CAN AY DÖZÜMLÜ XALQIM...

Vaxtıyla Şuşanın Topxana meşəsində bir ağacın kəsilməsinə görə milyondan artıq Azərbaycan vətəndaşı meydanlara axışdılar, etiraz dalğası bütün yurdu başına aldı, necə deyərlər yer yerindən oynadı... Millət Mərkəzi Komitəyə yürüş elədi. Nə döyənə, nə söyənə rast gəlməyən millət Əbdürrəhman Vəzirova itin sözün deyərdilər...

Yeddi arxa dönəni bəlli, əsilli-nəsili zadəgan, bəy və xan nəslinə mənsub olan Vəzirova "bambili" deyib bağırardıq...

Indi nətərdi əəə vəziyyət?..

Neçə illərdi Bakının tarixi binaları sökülür, qədim məhəllələr yox edilir, yaşı minilliklərə söykənən İçəri Şəhəri s.... çevirirlər, millətdən səs çıxmır...

Dalan yollarından qədim daşların söküb yerinə çağdaş Çexiya istehsalı olan metlaqlar vururlar. Bakının yaşıllıqları məhv edilir yerində göydələnlər tikilir, Xəzər dənizi dədələrinin mülkü kimi hasara alınır, millətin cınqırı çıxmır...

Sonunda isə nakam şairimiz Mikayıl Müşfiqin heykəli barbarcasına sökülür, millətdən, vətəndaşdan, soydaşdan yenə səs çıxmır...

Ölkədə yarım əsirdi bölgəcilər, tayfacilar, aşirətçilər həyasızcasına Azərbaycanı şəxsi şirkətə döndərirlər.

İt ilində Azərbaycana bir demokrat, hamıya ev-eşik qurmaq üçün faizsiz suda verən, heç kimi bölgələrə ayırmayan bir kimsənin xətrinə dəyməyən əsil mədəni insan Vəzirov gəlmişdi, bölgəcilər bolşeviklər kimi hakimiyyəti zorla çevirdilər...

Heç vaxt Azərbaycana öz vətənin və millətin sevəni hakimiyyətə gəlməsinə nə Rusiya, nə də İran imkan verməyəcək... Biz millət olsaq, onlar bunu bacarmazlar...

Yaxşı o zaman bir armud ağacına görə Vəzirovu söydük, hətta yaxasını cırdıq, adını "bambili" qoyduq, bəs onda bu günkü hakimi ixtidarin bütün bu qeyri-insani əməllərinə nə ad verəyin?...

Fyodor Dostoyevski deyir: "Xatirə istər acı olsu istər şirin, insana əzab verər". Bax indi beləcə millətimiz acılı-şirinli xatirələrlə, nastalji mahnılarla ezabli gün keçirirlər...

Ulu Yaradan baxır ki, bunlar torpaqların işğaldan azad etmək istəmirlər, haqların hüquqların bilmirlər və bilmək belə istəmirlər, üz döndərib bizdən...

Qurban olduğum hələki baxır ki, bəlkə bunlar özləri özlərinə hakim olub millət oldular, onda oda bizə arxa olar ki, torpağımızı və hakimiyyətinizi yadlardan azad edək, dostumuzu düşmənimizi tanıyaq, onda Allahda bizi nəzərə alar, bəndələrdə...

Hələlik birimizin başında Tehran, digərimizin başında Moskva havası veyillənirik..

Nə vaxtkı Azərbaycanımızın və baş kəndimiz Bakımızın xilaskarı Nuri Paşa'nın heykəlləri xuyabanlarimizi bənzəyəcək, onda biz azad olacağıq...

Elman Mustafazade

9 mart 2017-ci il

Xudaferin.eu

14:57