2560 İL YAŞI OLAN ŞUŞA İLKİN TÜRK MƏSKƏNİ KİMİ

Tariyel Azərtürk: “Nə yaxşı ki, dünyaya Azərbaycan türkü kimi gəlmişəm”

(Şuşanın adı və yaşı barədə bilmədiklərimiz)

...Profesor Tariel Azərtürk (Tariyel Əliyev) barədə “Təzadlar” qəzetinin 21.06.2021-ci il tarixli sayında baş redaktor Asif Mərzilinin müsahibəsi sayəsində ətraflı tanış olduq. Bəli, Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində 1942-ci ildə dünyaya gələn Tariel Azərtürk hazırda ABŞ-da yaşayıb, yaradır. T.Azərtürk biokimyaçı alim kimi tanınsa da, onun türkün tarixinə aid samballı elmi araşdırmaları da olduqca əhəmiyyətlidir. Biokimyaçı alim tituluna şumerşünas alimliyi də əlavə olunan T.Azərtürk yaşının yorulmadan türkün və Azərbaycanın tarixinə dair araşdırmalarını bu gün də davam etdirir. Onun 30 illik işğaldan azad olunan və bu ili “Şuşa” ili elan etdiyimiz Şuşanın yaşının 350 yox, 2560 olduğunu elmi şəkildə sübut etməsi olduqca maraqlıdır. Elə ona görə də Tariyel Azərtürkün Şuşanın ilk dəfə belə qədim tarixə malik olduğunu göstərən yazısı Avropada yaşayan dəyərli ziyalımız, “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadənin yaratdığı və Avropada, dünyada yaşayan çoxsaylı soydaşlarımızı ətrafında birləşdirən “Ya Qarabağ, ya ölüm” vatsap qrupunun rəhbərliyində təmsil olunan Gülarə Orucova tərəfindən yerləşdirilib. Geniş maraq doğurduğundan, Şuşamızın tarixini öyrənmək, həmçinin biokimyaçı və şumerşünas alim Tariyel Azərtürkü oxucularımıza daha yaxından tanıtmaq məqsədi ilə, həmin yazını təqdim edirik.

***

…Bu il martın 28-də AzTV-də Şuşa ilə bağlı verilişdə aparıcı Vüqar Zivəroğlunun arqumentləri diqqətimi çəkdi. Onun şəhərin adının İran ərazisində qədim türk tayfası olmuş SU ilə bağlamaq cəhdi maraqlı idi. Bu ideyanı inkişaf etdirmək qərarına gəldim. Bunun üçün əlimizdə gil yazılı mənbəələr var. Onlara istinad edək.
Şuşa şəhərinin adınının guya bu yerin havasının şəffaflığına görə şüşə təmizliyindən gəldiyini deyənlərin fikri, elə Azərbaycanda Türk tarixini Birinci Dünya müharibəsi dövrü ilə (1918) bağlayanların ideyası kimi puçdur.
Türkün BABİLDƏ doğulub, Kəngər körfəzi, Kilikiya, Aralıq, Mərmərə (TURAN və PELASAQİYA 2) və Ögey və İonian dənizləri sahillərinə (PELASAQİYA 1) yayıldığı və öz adını İtaliya sahillərini yuyan TURAN (Tirren) dənizinə verdiyi "tarixöncəsi" proseslərdən (bu saytda 2 Apreldə getmiş mənim "TARİXÖNCƏKİ DÖVR ARALIQ DƏNİZİ TÜRKLƏRİ VƏ MÜASİR AVROPA SİVİLİZASİYASI" materialıma bax-aşağıda) xəbəri olmayan hər kəs, istər akademik, istər savadsız insan olsun, fərqi yoxdur, şəhərin adını daş dəyən kimi çilik-çilik olan şüşə ilə bağlayır. Və bunu özünün kəşfi kimi qələmə verir.
Hələlik bütün faktları və türkün min illər qabaq yayıldığı dediyim oykumeni bir kənara qoyub, Kəngər (indiki Fars) körfəzinin sağ sahilindəki ELAMA gələk.
***

Bütün dünya ədəbiyyatı təsdiq edir ki, Elam dili türk dili kimi aqqlütinativ (yapışqan) dil olub. Bu, həqiqətə daha çox oxşayır. ELAMDAN tapılmış və yazılarını türkcə aça bildiyim on ədəd (!) silindr lövhə türkcə səslənir. Onuncu saydığım bir lövhədə deyilir (Şəkil 1):
"SINIQ ŞAMNARIN SÜSÜNƏ (SÜSÜLTÜSÜNƏ) YÜRÜB (YÜRÜYÜB) VƏ RƏDD ADDAD (Zamanlara rədd addat, iz qoy!)". Elamda türk yaşamırdısa, bu cür ağıllı tövsiyələri niyə türkcə qazıyırdı hind-avropalılara aid edilən elamlı? «Elam» sözünə hələ təqribən 6 min il bundan qabaq yazıb yaratmış şair və astronom ENLİL İSMƏNİN yaradıcılığında türkcə rast gəlirik. 4 sətrlik şeirinin ilkin iki misrasında o deyir:
"ÖMÜR SÜRMƏ ANCU (küləş) İLƏ, İRİ BAŞŞAQ ARA SƏN,
İKİ ŞÜÜŞ (şüyüd) KİMƏ UMUM, ELAM MAŞU GUR ƏKTİM". Babildə ilin quraqlığından gileylənən Şair, açıq elan edir ki, ləkdə susuzluğa davamlı qonşu Elamdan gətirilmiş maş əkib. Elam ölkəsinin mərsinin (gil yazı sözüdür- mərkəzinin, paytaxtının) adı ŞUŞA idi. Və o, gil yazıları yaratmış Türkün doğulduğu Babilə çox yaxın idi. Bəzən SUSA da yazırlar (Xəritə 1).

***
2700 il qabaq Hindistandan gəlmiş Əhəməni dinastiyası öz yerini qədim İran torpaqlarında bərkitdikcə, Elamın şərq tərəfindəcə mövcud olmuş türk ölkəsi TÜRÜKKÜNÜ də, digər türk dövləti olmuş ELAMI da işğal etdi. Və sonralar hər ikisinin nəki maddi-mədəni irsi vardısa, hamısını dədə malı kimi özününküləşdirdi. Hər halda, Babildə gil yazıda türkcə rast gəlinən türkün ŞƏMƏŞ (Günəş) allahı AHURA-nın, Bisutin qayasəthi abidəsində, artıq I Daranın başıüstünü bəzəməsi və elə u yazıdaca şahın ona hər an öz allahı kimi and içməsi faktı dediklərimə bariz nümunədir. Yerli elin Allahını oğurlayan onun daş kitabələrini, sözlərini oğurlaya bilməzdi?
Elamın və Türükkünün işğalı bizim eradan əvvəl 540-cı ildə baş verdi. Persiya şahı Kuruş (Sirus - şahlıq dövrü eradan əvvəl 559–530) Elamı və onun Şuşa şəhərini zəbt edir. Həmin ildə də orada yaşayan türk əhalisi də, digərləri də ELAMIN ŞUŞA mərsini tərk etmək məcburiyyətində qalaraq (bu gün də hələ bir milyon qaçqınımız var. Ukraynada 4 milyonu ötüb) Qarabağa üz tutur və şübhə yoxdur ki, təbii qala divarlarında gizlənməli olur. Və xalq nostalgiyanı süsültmək üçün Kəngər sahillərində qalmış doğma ŞUŞASININ adını təzə yurd yerinə verir: ŞUŞA!
Türükküdə (indiki Luristan) türkcə qayasəthi yazılı abidə bu gün də durur və o, məhz 2700 il əvvəl fars tayfasını Zaqros dağ ətəklərinə gətirmiş və Türükkü ilə Elam arasında "Parsumaş" adlandırdığı yerdə məskunlaşdırmış Əhəməni sülaləsinin lideri Haxameşə müraciətdir.

***
2-ci xəritədə göstərildiyi kimi, Elamı tərk edən türk, uzaq bir yolu qət edərək Qarabağdakı mağaralarda məskunlaşmalıydı. Bunun üçün Azərbaycan arxeoloqlarının aşkar etdikləri və “Şuşa mağara düşərgəsi” adlandırdıqları mağara və təbii istehkamlar, qala sığınacaqlar müvəqqəti dayanacaqlar üçün ideal yerlər idi. "ŞUŞA MAĞARA DÜŞƏRGƏSİ" Əgər Şuşada bu cür təbii yaşayış məskənləri omasaydı (şəkil 4, foto 1), insanın oranı doğrudan da ilk dəfə 270 il bundan öncə özü üçün məskən seçməsi fikrinə inanmaq olardı. Özünüz təsəvvür edin: insan, xarici qüvvələrin təcavüzündən qorunmaq üçün qədim şəhərlərinin ətrafına neçə metrlərlə qalın qala divarları çəkir, bu qafiyə ilə, heç şübhəsiz, onların inşasında yerli əhali illərlə ağır zəhmətə qatlaşırdı. Bunun üçün heç "Böyük Çin Səddi"nə getmək lazım deyil, elə həmən Pənahəli Xanın Ağdamdakı güzərgahda ucaltdığı Şahbulaq qala divarlarını misal çəkmək yetərlidir.
Belə olan halda, bəs necə olurdu ki, insan sərt, əlçatmaz qayalar üstündəki u boyda münbit yeri 18-ci əsrə qədər görə bilmirdi? Kəşf etməmişdi? Qəti ağlabatan deyil. Güman etmək olar ki, Şuşanın indi şəhər olan hissəsinin dərin qatlarında arxeoloji qazıntılar, axtarışlar aparılmadığından, hamımıza elə gəlir ki, neçə min hektarlarla u cazibəli yer Pənahəli Xana qədər nativ (bakirə) qalmış yer olub, ora insan ayağı dəyməmişdir.

ŞUŞADAKI MAĞARA BARƏDƏ (Vikipedia) “Şuşadakı tarixi abidələr sırasında özünə layiqli yer alan Daş dövrünə aid Şuşa mağarası (Çəkil 4, foto 1-T.A.) şəhərin yaxınlığında, I Zarıslı (Daşaltı) çayının dərəsində dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir. Daş dövründə yaşamış insanların məskəni sayılır. Şuşa şəhərindən cənubda, Daşaltı çayının sol sahilindədir.[1] 1971-ci ilin iyul ayında M.M. Hüseynovun rəhbərliyi altında Mil-Qarabağ arxeoloji ekspedisiyası Qarabağın dağlıq ərazilərində paleolit düşərgələrini aşkar etmək məqsədilə kəşfiyyat işləri aparmışdır.[2] Arxeoloji kəşfiyyat işləri zamanı Daş dövrünə aid Şuşa mağara düşərgəsi qeydə alınmışdır. Axtarışlar nəticəsində orada Paleolit dövrünə aid 4 ədəd daş məmulatı tapılmışdır[3]. Paleolitə aid iki ədəd kobud çapacaq, Mezolitə aid mikrolit bıçaqlar və s. aşkar olunmuşdur. Oradakı qarışıq torpaqdan isə miladdan öncə V–IV minilliklərə aid Enolit gil qab nümunələri, Tunc və Dəmir dövrlərinə və orta əsrlərə aid saxsı məmulatlarının qırıqları üzə çıxmışdır[4]".
- Sonuncu artefaktlar məhz dediyim köç dövrlərinə təsadüf edir (T.A.).
"Xüsusiyyətləri:
Mağaranın uzunluğu 120 metr, eni 20 metrə qədərdir. Şuşa mağarasının ağzında orta əsrlərə aid olan daşdan qalın istehkamlar, qala divarlarının qalığı vardır”. MƏNİM MİXİ YAZILI ARQUMENTLƏRİM-İSBATLARIM Onlardan bir az qabaq, yunanlar tərəfindən Kilikiya dənizi sahillərindən qovulmuş ETE ELİ (Xəritə 1) türkləri Apennin yarımadasına gələndən sonra, ilk məskun saldıqları indiki Florensiya ərazisinə ETRURİYAYA (-bu da bizim addır - ETE TURSİYA) öz ölkələri ETE ELİ adını, yəni indiki ITALI adını verdikləri kimi.
***
Biz gələn il Şuşanın 270 illiyini deyil, BAYAT türklərindən enmə olan Qacar şah dinastiyası nəslinə qohum olmuş Pənah Xanın ora köçməsinin 270 illiyini qeyd etməliyik. Belə deyilməlidir:
"Şuşa - 270 - Qarabağ xanlığının mərsi kimi".
***
QARABAĞDAKI ŞUŞANIN ÖZ YAŞINI İlK ƏHƏMƏNİ ŞAHI KURUŞUN ERADAN ƏVVƏL 540-cı İLDƏ ELAMI VƏ ONUN MƏRSİ ŞUŞANI İŞĞAL ETDİYİ İLDƏN SAYILMAĞA HAQQI VAR. BU TARİX
ŞUŞANIN 270 illiyi ilə yanaşı, onun 2560 illik YUBİLEY TARİXİ kimi də qeyd olunmağa layiqdir. Sonrakı dəqiq, nişanlanmış karbonla (C14) aparılacaq tədqiqatların dediklərimizi təsdiq edəcəklərinə inam yaradır.

***
Bu elmi mülahizəni - sadəcə düşünməyimiz üçün bir stimul kimi yazıram. Onsuz da 30-50 ildən sonra da olsa, aydınlaşacaq ki,
Dr. T. Azərtürkün gil yazı faktlarına söykənən düşüncə mərmisi Günəşə vururmuş.
Elamlı ulumuz demişgən: "SINIX ŞAMNARIN SÜSÜNƏ YÜRÜ"!..
Və inan ki, Türkün ayaq izlərində aşkar olunacaq hələ çox möcüzələr yatır.
____________________________
Şəkil 1. Elam (Şuşa) məbədlərinin birindən tapılmış gil yazılı 10-cu lövhə də türkcə səslənir.
Xəritə 1. Təqribən 3 min il qabaq Babylon, Elam, Türükkü dövlətləri.
Xəritə 2. Qədim Elam ŞUŞA`sı bizim indiki ŞUŞANIN törədicisi idi.
Kuruş eradan əvvəl 550-ci ildə Elamı və Şuşanı işğal etdikdən sonra didərgin düşmüş əhalinin quzeyə doğru təqribi marşrutu.
Xəritədə qərbdə Kilikiya dənizi sahilində mövcud olmuş Ete Eli türk dövləti (gil yazılar əsasında) də göstərilir.
Şəkil 4. Foto 1 - İndiki "Şuşanın mağara düşərgəsi". Şuşanın hələ Daş epoxasından - İbtidai icma dövründən insan üçün ilkin yaşayış məskəni olduğunu isbat edən canlı faktdır.

***

Redaksiyadan: Bu qədər elmi nmüəllifi, ömrünün 80-ci baharını yaşayan Tariel Azərtürk, ondan “Zəngəzur mahalının Nüvədi kəndindən Amerikaya uzanan yol…” adlı maraqlı yazı hazırlayan, həmkarımız Elman Eldaroğluna, ona verilən yüksək dəyərin qarşısında görün təvazökarlıq edərək nə deyib: ” …Bakı üçün çox darıxıram. Bu doğma şəhər, onun prospektləri, geniş küçələri, tarixi abidələri tez-tez yuxularıma girir. Doğma Azərbaycanımı, onun gözəl insanlarını çox sevirəm. Və nə yaxşı ki, dünyaya Azərbaycan türkü kimi gəlmişəm…Hamınıza ürəkdən təşəkkürlər edirəm, dostlar! Verdiyiniz dəyər yüksəkdir, Böyük ayardır. Kaş dediklərizin onda biri qədər ola biləydim. Kaş uydurma Şumer dilinin əslində Türk dilidir - 25 ildir yorulmadan dediyim həqiqət öz təsdiqini sağlığımda tapaydı. O zaman dedikləriniz bütün tərifəlayiq olduğum gerçəkliyini heç birinizdən, bütöv millətdən qəti utanmadan qəbul edərdim. Onda bilərdim ki, bu xalq üçün 50 ildir ucaltmaq istədiyim MİXİ YAZILI abidəni əbədi ucalda bildim.

Hazırladı və təqdim etdi: Elçin Məmmədli

Xudaferin.eu

17:41