Ağ Dənizin (bizlər yalnış olaraq Aralıq deyirik) Kıbrıs (Kipr) adasının çevrəsində suyun dibində 15 trilyon doğal qaz ehtiyatlarının olması dünyanın transkontinental şirkətlərinin maraq dairəsindən olmaqdan çıxaraq, dövlətlərarası ilişkilərə yenidən baxılmasına gətirib çıxarmaqdadır. Bu yataqların çoxu KKTC (Quzey Kıbrıs Türk Cümhuriyyəti) və Türkiyənin su hövzəsində yerləşir. Türkiyənin Orta Doğu və özünə müttəfiq dövlətlər araması bu proje çevrəsində soyuq savaş yenidən alovlanmaqdadır. Kimin bu prosesdə qalib çıxacağı isə hələ ki, məchuldur.
Yunan fitnəsi
Türkiyənin Ege dənizinə bağlı hövzəsində 2004-cü ildən üzü bu yana 17 adası və 1 qayalığı Yunanıstan tərəfindən işğal olunub. Marathi, Nergizçik, Koyun, Hurşit, Formoz, Eşek, Bulamaç, Kalolimnoz, Keçi, Sakarcılar, Koçbaba, Ardacık, Gavdos, Dionisades, Dhia, Gaidhouronisi, Koufonisi və Venedik qayalıqları Yunanıstan ordusunun nəzarətinə keçib. 2002-ci ildən iqtidarda olan AKP-nin bu səssiz işğala göz yumması Türkiyə üçün əsil rəzalətə çevrilib. Hətta 17 adanın AKP-nin iddia etdiyi kimi 1923-cü il 24 iyul “Lozan anlaşması”ndan sonra Türkiyə tərəfindən Yunanıstana tabe olması barəsində guya hüquqi sənədləri varmış. Halbuki, adaların yunanlara məxsus olması anlaşmanın heç bir maddəsində yoxdur. Adı keçən adalar AKP-nin öydüyü Osmanlı imperatoru (xəlifəsi) Sultan Vəhdəddinin dönəmində, 1913-cü ildə yunanlar tərəfindən işğal edilib. “Qurtuluş Savaşı” dönəmində Mustafa Kamal Atatürkün öndərliyində adalar geri qaytarılmış və “Lozan Anlaşması” ilə hüquqi statusunu bərpa etmişdir. AKP, yandaş siyasi çevrələr və “yalaq mətbuatı” bu gerçəkliyin üzərindən səssizcə keçməkdədirlər.
Halbuki, 1996-cı ildə Kardag qayalıqları olayları zamanı yunan ordusunu və bayrağını endirilməsində Türkiyənin bütün siyasi çevrələri bir araya gələrək ölkənin taleyi adı altında milli iradəni sərgiləmişdilər. Bu günkü gerizəkalı “dindoş”lar iqtidarı və gerizəkalı yalağa yandaşları yunan işğalının fərqində deyillər. Bu gün Yunanıstan həmin adalarda hərbi qüvvələrini yerləşdirmək, bayrağını sancmaq, hətta özəlləşdirmə adı altında bir sıra aksiyaları təşəbbüslərini irəli sürür. İlk baxışdan adaların əhəmiyyətsiz olması kimi yanaşımlar da vardır. Bu kiçik adalar adi gəzinti məkanı kimi gözə görünür. Ancaq, Ege dənizində irəli doğru atılan hər addım strateji hədəf sayılır. Ege dənizindəki Türkiyənin mülkü olan bu adalarla bağlı dəfələrlə anlaşmalar yaşanılıb. “Ədirnə anlaşması” (14 sentyabr 1829-cu il), “Uşi anlaşması” (18 oktyabr 1912-ci il), “London anlaşması” (30 may 1913-cü il), “Səfirlər Konfransı” (fevral, 1914-cü il), “Sevr anlaşması” (10 avqust 1920-ci il) Türkiyənin üz qarası kimi tarixə düşüb. Ona görə ki, yorğun, bitkin, qocalıb əldən düşümüş xilafətin xarabalıqları üzərində hegemon dövlətlər gələcək hədəflərinə hesablanmış tapu əldə etməklə Anadolunu türklərdən təmizləmək strategiyasının hüquqi əsasını ortaya qoymağa çalışırdılar. “Lozan Anlaşması” sayəsində (24 iyul 1923-cü il) Türkiyə Cümhuriyyəti bunlara son damğasını vura bildi. Mustafa Kamal Atatürkün yaxın silahdaşı İsmət İnönü Paşanın beynəlxalq danışıqlarda apardığı diplomatik uğurlarda xüsusi payı var. İndi heç nə olmamış kimi gerizəkalı AKP-nin “Bizim olanları Lozanda kayb ettik” ifadəsi yunan işğalına dolayı yolla hüquqi don geyindirilməsi kimi başa düşülməlidir.
Addım-addım hədəfin gizlinlərinə doğru
Ağ dənizdə tapılan və dünyanın zəngin doğal qaz yataqlarından biri sayılan Kıbrıs adası çevrəsində son 16 ildə BMT və AB-nin (Avropa Birliyi) səyləri gücləndirilmişdir. Kıbrıs adasında “Barış missiyası” altında iki kiçik dövlətin varlığına son qoymaqla hədəflərinə nail olmaq istəyən böyük gücləri əslində ilgiləndirən doğal qaz yataqlarından mümkün qədər daha çox gəlir əldə götürməkdir.
Türkiyənin illik doğal qaza olan illik ehtiyacı 53.5 milyard kub metrdir. Ağ Dənizdəki su hövzəsinə yaxın olan ərazidəki doğal qaz ehtiyatları ölkənin 280 illik ehtiyacı deməkdir. Yunanıstanın arxasında duran güclər Afinanın Orta Doğu və Ağ Dəniz hövzəsinə daxil olan ölkələrlə dolayı yolla anlaşmalar imzalamaq kimi hədəflərin tək amacı KKTC-ni aradan qaldırmaq, son olaraq Türkiyəni tamamilə təkləməkdir. Buna görə də bir yandan adadakı iki “icmanın” (türk və yunan əhalisi) bir dövlət içində yaşamasının hüquqi əsası sərgilənməkdə, digər yandan isə, adadakı türkləri görməzlikdən gəlmək kimi oyunlar oynanılır. Kıbrısın rum kəsimini isə BMT və Avropa Birliyi çoxdan “Kipr dövləti” kimi tanıyır. İndi sırada adanın ortaq taleyinin çözümü üçün çabalar göstərilir. Avropa Birliyi Yunanıstanı irəli verərək ərəb dövlətləri ilə gizli anlaşmalar imzalamasının sirri bundadır. 2003-cü ildə Ağ Dənizdə təhlükəsizlik məsələsində Misirlə anlaşmalar imzalayan Afinanın hədəfi Türkiyəni təkləmək idi. Elə bu dönəmdə Kıbrıs rum kəsiminin Livanla ortaq anlaşma imzalaması bu prosesin davamı idi. 2010-cu ildə gündəmə gələn “ərəb baharı” sonucu olaraq, Misirdə hakimiyyəti ələ keçirən “ixvançı” (radikal islam) rejimilə AKP-nin anlaşmalar imzalaması tamamilə yalnış addıma nədən oldu. Bu gün heç nə olmamış kimi “Mavi Mərmərə” ssenarisinin Türkiyənin əleyhinə işləməsi, İsrail kimi müttəfiqi itirmək AKP rejiminin yalnışlıqlarından birinə çevrildi. Elə bu anlaşılmaz olaylar yaşanıldığı bir dönəmdə Yunanıstan, Misir və Kıbrıs rum kəsimi “Ağ Dənizdə istiqrarın tək gücü bu üç dövlətdir” projesi ilə gündəmə gəldi. Ağ Dənizdə Türkiyənin hüquqi ərazisi olan 100 min kvadrat kilometrlik bölgə Yunanıstan, Liviya və Misirin ərazisi kimi yeni dərc olunan xəritələrdə göstərildi. AKP iqtidarı, onun siyasi müttəfiqi olan çevrələr və yandaş “yalağa KİV”lər bunları görməzlikdən gəlməkdə, susmaqdadırlar. Halbuki, Liviya və İsrail arasında Ağ Dənizdə 1000 kavdrat kilometr ərazi məsələsində iki ölkə savaş durumuna gəlmişdi. Sonucda uzlaşma əldə edərək geri çəkildilər. Yunanıstan isə, Türkiyədən bundan 100 dəfə artığını iddia kimi sərgiləyir. Rəsmi Afinanın üzdə liberal qılaflı baş naziri Aleksis Çipras o dönəmdə belə demişdi: “Bizim sınırlarımıza sorunlar çıxaranlar Avropa Birliyinin sınırlarını şübhə altına alırlar”. Beləliklə də Ege Dənizində Yunanıstanın işğal siyasətinin ardından Ağ Dənizdə Türkiyəyə qarşı yeni həmlələr irəli sürülməkdədir. AKP iqtidarının apardığı yalnışlıqların strateji baxımdan dəyəri bununla ölçülür. BMT-nin təməlində duran mübahisəli qanununda açıq şəkildə qeyd olunur ki: “Su hövzələrində 200 mil tutarlar istənilən ölkənin qanuni ərazisi hesab olunur”. 15 ildir hakimiyyətdə olan “dindoş” AKP rejiminin bu qanunla bağlı heç bilgisi yoxdur. Gerizəkalı ərəbləri himayə etməklə Suriya bataqlığında Orta Doğu siyasətinə üz tutmasının rəzaləti bu hədəflərlə bağlıdır. FETO və AKP iqtidarının “Balyoz operasiyonu” adı ilə Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığını çökdürməsi dönəmində Yunanıstan daha çox iştahlı siyasət yürütməyə başladı. Əslində Ağ Dənizdə Türkiyənin gücsüzlüyü KKTC-nin itirilməsi, Orta Doğuda söz sahibi olmaması deməkdir.
Ağ Dənizdə doğal qaz “soyuq savaşı”
Ağ dənizi ərəblər “Levanti” kimi adlandırırlar. İsrailin bölgədəki su hövzəsi sınırları və Hayfa limanından 135 km aralıqda “Tamar qaz yataqları” məsələsində uzun illərdir Liviya ilə problemlər yaşanılır. Burada dənizin dərinliyi 1634 metrdir. ABŞ-ın texniki araşdırmalarına görə, burada 122 trilyon kub metr doğal qaz və 1.7 milyard barel neft yataqları mövcuddur. Bu, Ağ Dənizdəki enerji qaynaqlarının 17 faizi deməkdir. Misirin Ağ Dənizdəki “Zöhr” adlı yataqlarında 850 milyard kub metr doğal qaz və 5.5 milyard barel neft ehtiyatları vardır. Ona görə də “İsrail-Ərəb”, “Türkiyə-Orta Doğu” böhranları, “Türkiyə-Yunanıstan qarşıdurması”, “İran mollakrat rejiminin Orta Doğuda ekspansiya siyasəti” Ağ Dəniz böhranlarına səbəb olubdur. Türkiyə dövlət olaraq dünyanın diqqət mərkəzində duran Ağ Dəniz strategiyasında sərgilədiyi siyasət sonucunda başarılı ola bilər. Yunanıstanın işğal etdiyi 17 ada və 1 qayalıq məsələsində iradə göstərərək Afinanı geri oturtmaq üçün atacağı addımlar Ege Dənizi ilə yanaşı, həm də Ağ Dənizdə iradəsinin təməl prinsipi olmalıdır. İlk dəfə bu möhtəşəm imzanı “Lozan Anlaşması”nda İsmət İnöünü qoymuş, 1974-cü ildə KKTC-nin memarı Bülənd Ecevit atmışdır. Bu gün hər iki liderə qarşı hədyanlar sərgiləyən “dindoş cameə”, AKP və yandaşları sanki Türkiyənin strateji önəmini görməzlikdən gəlirlər. Ölkəni başdan başa betona çevirən, dini əlində alət edib kütləvi savadsızlıq siyasətini yürüdən, mədəni təsisatları (teatrlar, operalar, orkestrlər və sair) “dinə haykırıdır” deyərək qapadan iqtidar bunun qarşılığında “imam xətib okulları”nın (mollaxana) sayını 2074-ə kimi artırmış, şagirdlərin sayı 450969 nəfərə çatıbdır. Dünyəvi elmin inkişafı ilə bağlı irəliyə doğru addım atmamışdır. Türban siyasəti ilə iqtidara gələn və 14 ildir hakimiyyətini bilgisiz insanlardan sosial baza kimi istifadə olunan Türkiyənin gələcəyi mücərrəd görünür. Məhz bu faktorlardan məharətlə istifadə edən güclər Türkiyəni kiçicik bir dəniz olan Egedən deyil, həm də Ağ Dənizdən sınırdışı etmək üçün uzaq strateji hədəflərə hesablanmış siyasət yürüdürlər. Özəlliklə də doğal qaz uğrunda yaşanılan vətəndaş savaşına, bölgəsəl yeni müttəfiqlər adlı oyunlara nədən olub. Demək olar ki, Fransa, İtaliya, İsrail, Avstriya, Almaniya, ABŞ, Hollandiya, İsveç, Norveç və digər dövlətlərin enerji şirkətləri Ağ Dənizdə lövbər salıblar. Türkiyə yeni müttəfiqlər axtarışında olmaq proseslərindən belə, xeyli uzaqda dayanıb. Görüntü kimi sərgilənən Türk Dünyası anlamında nəhəng projelər də yox kimidir. “Yüzyılın lideri” ayaması ilə gözbağlayıcıların şousunu hipnoza çevirmək siyasəti də başarıya nədən olmayıb. Bəlirsizlikləri “devletin vakası” adı ilə ört-basdır etmək hədəfləri gerizəkalılığa yol açmışdır. Belə bir durumla Ağ Dənizdə qaz yataqlarının istismarı siyasətinə qarşı soyuq savaşda başarı əldə etmək XXI yüzilin ən böyük möcüzəsi sayıla bilər. Hegemon dövlətlər sömürgəçi siyasətlərini Avropa Birliyi, NATO və başqa adlar altında yandaş “3-cü ölkələr” taktikası ilə hədəfə çeviriblər. “Ərəb Baharı” siyasətinin arxa baxçasının gerçəkləri bundan ibarət idi. Gürcütsandan sonra Ermənistanı da “demokratik dünya” cədvəlinə daxil etmək təşəbbüsləri Türkiyənin dolayı yolla “əl-qolunu bağlamağa” hesablanıbdır. Amac, Orta Asiya-Azərbaycan doğal qazını Türkiyə üzərindən dünyaya ixracını əngəlləmək, Ağ Dənizdəki yataqlara sahib çıxmaqdır. Türkiyə II Dünya Savaşı dönəmində yaşanılan İsmət İnönün çoxüfüqlü siyasi təcrübəsini tətbiq etməyincə indiki sorunlara nöqtə qoya bilməyəcək.
Ağ Dənizdə enerji savaşı yeni mərhələdə

Ənvər Börüsoy,
Ankara-Bakı
23:04