Azərbaycan teatrındakı rəzalətə nə zaman son qoyulacaq?

Həyatdakı personajların coğrafiyasının aktyor oyunu baxımından məkanının dəyişimi prosesləri artıq çağdaş teatrın ən çox dartışılan mövzularından birinə çevrilib. Bu həm də dramaturgiyanın və rejissor sənətinin elektron texnologiyanın bir parçasına çevrilib. “Fluxus” ədəbi cərəyanının ünlü simaları Yozef Boys, Nam Cun Payk, Corc Matsinüas, Terri Reyli, Con Keyc, Karlhants Ştokhauzen, Yonas Mekas, La Monte Yang, Yoko Ono və başqalarının bugünkü davamçıları teatr sənətində yenilik kimi happening, dekollage və s. prosesləri gündəmə gətimişlər. Beləliklə də çağdaş teatr sənəti və zamanın ritmik inkişaf axarının estetik-bədii yorumu böyük marağa səbəb olmaqdadır. Bütün bunları isə gözəlim Azərbaycanda görmək olmaz. MTN (Mədəniyyət və Turizm) nazirliyinin sənət üzərində inzibati amirlik metodunun stalinizm dönəmindən miras qalmış, zamanının axarını mürgüləyərək süzən nəhəng bürokratik əngəllər simvolu kimi hökm sürməkdədir. Kim buna inanmırsa, teatr sənətinin gerçək üzünə diqqətlə baxsın.
Kollektiv bədii forma və interaktiv teatr
Bu gün mədəniyyət sahəsində kimsəni aldatmaq qeyri mümkündür. Çağdaş texnoloji proseslər o qədər sürətlə inkişaf edir ki, klassik ənənələrdən miras qalmış dəyərləri zamanın axarı ilə uzlaşdırmaq hər bir insandan, mövcud qurumdan daha çevik olmağı tələb edir. Teatr sənətinin bu günkü inkişaf mərhələsinin yolları istənilən sənətsevərə bəlli olsa da, bütün bunlar indi Azərbaycanda yox kimidir. Bunun başlıca nədəni MTN və onun rəhbərliyi, özəlliklə də teatr sahəsinə sorumlu olan, 25 ildir bu görəvi məngirləmiş Ədalət Vəliyev və onun teatrlara direktorluq edən məmurlar komandasıdır. Qanunla teatrlarda direktoru kollektivin seçməsi olduğu halda, bu sahə qanunsuz şəkildə MTN və onun 25 illik iri çəkili məmuru Ədalət Vəliyev məngirləmiş, istədiyi kadrları teatrların başına direktor təyin etmişdir. Əslində bu direktorların çoxu elə Ədalət Vəliyevin özünə bənzəyirlər. Heç bir təşəbbsü göstərməmək, inzibati amirlik metodu ilə istənilən sənət adamını cəzalandırmaq qorxusu ilə yaradıcı mühitdə hər hansı başarı da olmaz. Olmaz, olmaz, olmaz əfəndim!!! Axı indi ötən yüzilin stalnizm metodu ilə idarəetmə mexanizmi çoxdan tarixin zibilliyinə gömülüb. Harada istedadı olmayan aktyor varsa, Ədalət Vəliyev onları teatrlara direktor təyin edib. Bunun tipik örnəyi Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrıdır. MTN-dəki bəzi boynuyoğun, amma içi düşüncəsi dayaz olan məmurlar var ki, son zamanlar bu sətirlərin müəllifinin arxasınca deyinərək belə bir açıqlamada bulunub: “Nə olsun. İrəvan Teatrı haqqında yazılanlarda fakt yoxdur, sübut-dəlil yetərli deyil”. Adam gör nə qədər savadsız və harındır ki, bizim yazılarımıza görə ürəkağrısı ilə deyil, gönünün qalınlığı ilə öyünür. Bizim hər hansı vətəndaşa qarşı nə öfkəmiz, nə də kibirimiz yoxdur. Bizi tək ilgiləndirən torpaqlarımızın işğaldan uqrtulması, mədəniyyətimizin və iqtisadiyyatımızın özgürcəsinə inkişafıdır. Dövlət o zaman çiçəklənir ki, onun özgür kültür düzəni gəlişmiş biçimdə olsun. Min dəfələrlə təəssüflər olsun ki, bu prosesin bir əyləc kimi qarşısını alan məhz MTN və onun rəhbərliyidir. Teatr məsələsinə gəldikdə, orada 25 ildir bu sahəyə sorumlu olan Ədalət Vəliyevdir. Onun teatrla ilgili son açıqlaması isə bürokratlığın harmonik şəkildə polifonik zirvəsidir. Sənətə rəqəmlə deyil, bədii uğurla yanaşmaq sanki onun sahəsi deyilmiş. 2006-cı ildən üzü bu yana teatrlarda 1042 tamaşa qoyulub. Bunlardan hansı milli teatr sənətimizin zirvəsinə çevrildi? Bu suala Ədalət Vəliyev həzrətləri heç zaman cavab verə bilməyəcək.
Bürokratiya sənəti cılızlaşdıran vasitədir
Çağdaş teatr sənəti “Improvement of the production process at modern theatre” (Çağdaş teatr prosesində quruluşun təkmilləşdirilməsi) anlamı ilə yeni bədii yorumlar üzərində inkişaf edir. Çünki, internet texnologiyaları sayəsində insanlar dünyanın bir parçası olduqlarına daha çox inanmaqdadırlar. Ona görə də mədəniyyət bu aləmlə harmonik şəkildə bütün olmalıdır. Azərbaycanda demək olar ki, bu anlam XX yüzilin inzibati amirlik metodlarının içində itib-batmışdır. Elə ona görə də milli teatr sənətimiz özümlü bir biçimdə sanki öz keçmişində dəfn olunub. Bizim son zamanlar İrəvan Teatrı ilə bağlı araşdırma yazılarımız bu gerçəkliyi bir daha sübut etdi. Bu teatrda direktor görəvində 17 ildir çalısan İftixar Piriyevin 138 illik yaşı olan qocaman sənət məbədini tamamilə məhv etdiyini elə ona verilən fəxri titul da sübut edir. “Əməkdar mədəniyyət işçisi”. Axı bu fəxri ad keçmişdə klub müdirlərinə verilərdi. Yəni həvəsakar səviyyədə və bu sahənin inkişafındakı xidmətlərinə dövlətin biganə qalmadığının anlamına gəlirdi. Biz ona görə qeyd edirik ki, İftixar Piriyev Azərbaycan teatrının qocaman məbədlərindən biri olan İrəvan Teatrını dram dərnəyi səviyyəsinə endirmək siyasətini yürüdür. Ədalət Vəliyev tetarlarda necə yarıtmaz direktor siyasətini yürüdürsə, direktorlar da pilləvari şəkildə aktyor, rejissor, dramaturq və sair sahələrdə bu estafeti davam etdirirlər. Məhz bürokratiyanın inzibati-amirlik metodu teatr sənətini diz çökdürür. Çünki, bürokratlar istedadı sevməzlər. Onlar zamanın ritminə uyumlu və çağımızın sorunlarının bədii yorumunun qarşısını almaq metoduna önəm verərlər. Kim buna inanmırsa, getsin və gözəlim İrəvan Teatrındakı mövcud durumla azacıq da olsa ilgilənsin. Bu teatrı kim qəzalı duruma salıb? Nə üçün bu teatrda işləmək istəyən istedadlı sənətkarlar oradan uzaqlaşıblar? Onları buna məcbur edən faktorlar nədən ibarətdir? İftixar Piriyevin zor gücünə mərhum prezident, 24 ildir hakimiyyətdə olan YAP-ın əbədi lideri Heydər Əliyevlə ilgili yazdığı cızma-qaraların səhnələşdiriıməsi prosesini seyr etsinlər. Payızın amansız yağmurları və qışın soyuğunda aktyorların və rejissorların, eləcə də texniki heyətin əsə-əsə, dona-dona tamaşaları məşq etdiklərinə baxın.
Ölkədə orta aylıq əmək haqqı 521.6 manat olduğu halda, nədən teatrlarımızda bu qədər acınacaqlı durum yaşanılır? Buna MTN-ə rəhbərlik edənlər nə üçün göz yumurlar? Akademik statuslu (Dövlət Akademik Dram Teatrı və Dövlət Akademik Opera və Balet Teatrı) teatrlardan savayı bütün teatrlarımızda dünyanın ən dəhşətsaçan, rəzalətə bərabər işçilərə maaş verilir. Faktiki olaraq, akademik statusu olmayan teatrlarda çalışanların günldəlik gəliri 4-9 manat arasındadır. Bütün bunlara göz yuman MTN və onun rəhbərliyi, teatrların direktorlarıdırlar. Əgər teatrların qanunla təsbit olunmuş hüquqlarına əməl olunarsa, dövlət büdcəsini talamadan teatrlarda istənilən səviyyədə maaş problemi də öz həllini tapar. Ancaq, bu prosesə ciddi şəkildə mane olan isə MTN müavini Ədalət Vəliyev və onun teatrlara təyin etdiyi direktor ordusudur. Ona görə də teatrlarımızda sənət adamları daim səfalət içində yaşamağa məhkum ediliblər. Sanki, MTN rəhbərliyi quldar, teatrlarda çalışanlar zəmanəmizin qullardırlar. Bölgə teatrlarımız isə demək olar həyatın dibində çabalamaq üçün dünyaya gəlmiş bir zümrəni xatırladır. Halbuki, bu rəzaləti durdurmaq üçün çevik analitik mərkəz olmalı və vaxtında yaranmış sorunların çözülməsi üçün gərəkən addımlar atılmalıdır.
Nədən İrəvan Teatrını hədəf aldıq?
Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq üçün tarixi yurd yerimizdəki maddi mədəni abidələrimizin canlı əfsanəsi “Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı”dır. 17 ildir bu qocaman teatra direktorluq edən İftixar Piriyev addım-addım öz dərin zəkası ilə onu dram dərnəyi səviyyəsinə endirib. Prosesin belə davam etməsi sonucda 138 illik tarixi olan bu teatr məbədinin bağlanılmasına səbəb olacaq. Biz buna inanırıq. Ona görə ki, ölkəmizdə bütün kino-teatrları, klubları və mədəniyyət evlərini özəlləşdirməyə çıxaran MTN kimi bir qurum mövcuddur. Həmin mədəniyyət ocaqları isə özəlləşdirmə adı altında dəllallara satılır. Kim buna inanmırsa, Bakının düz mərkəzində yerləşən “Vətən” kino-teatrını kənardan seyr etsin.
İftixar Piriyevin kəraməti sayəsində taleyini bu qocaman teatr məbədinə bağlamış xalq artistləri: Esmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Dilarə Əliyeva, Tünzalə Əliyeva, rejissor Anar Sadıqov, aktyorlardan Mehman Piriyev, Rəşad Səfərov, Ramil Məmmədov, Müdhət Aydın, Rada Nəsibova, Samir Bayramlı, Emin Seyfullayev, Elçin Nəcəfov, Elşən Mehdizadə, Səadət Həsənalıyeva, Xəqani Əliyev, Tutu Əliyeva, Emin Sevdiməliyev, Zəka Ziya, Könül Əbilova, Samirə Hacıyeva, Mərahim Nəsibov, Ruhiyyə Yəhyayeva və başqa istedadlı aktyorlar İftixar Piriyevin kobud idarəetmə metodundan bezib teatrdan uzaqlaşıblar. Onun direktor kimi apardığı yarıtmaz siyasətinin nəticəsidir ki, bir nəfər də olsun peşəkar aktyor bu teatrda işləmək istəmir, tək-tük qalanları gözüm-çıxdıya salıb min bəhanə ilə teatrdan uzaqlaşdırmağa çalışır. İşdən getmək məcburiyyətində qalan peşəkar aktyorların yerinə qeyri peşəkarlar işə götürülüb. Bu teatr mövsümündə isə Ayşən Mirzəzadə və Məryəm Qələndərova kimi aparıcı aktrisalar işdən çıxmağa məcbur olublar.
Teatra bu gün marağın azalmasının əsil səbəbi başda MTN olmaqla, direktorların teatr prosesinə müdaxilə etməsidir. Halbuki, yaradıcılıq elə bir sahədir ki, orada zamanın əsil nəfəsi duyulmursa, həmin teatr daha çox “dəfn bürosu”nu xatırlatmalı olur. Son illərdə əməkdar incəsənət xadimi Orcu Qurbanovun İrəvan Teatrında hazırladığı, bir-birindən maraqlı olan tamaşaları repertuardan çıxarılıbdır. Bunun qarşlığında isə direktor İftixar Piriyevin plakat janrında ötən yüzilin 30-cu illərində dəfn olunmuş süni monumentalizmə pərçimlənmiş əsərlərinin ruhu teatr sənətinə olan münasibətdə ikrah hisslərinə səbəb olub. MTN rəhbərliyi buna teatr sənəti deyirsə, vay MTN-nin ağlına və zəkasına. Əgər təqdir etmirsə, o zaman nədən bu rəzalətə gözlərini yumub, qulaqları kar, dili lal olub? “Empire” düşüncə tərzində epoxal sənətin dizaynını qorumaq elə bu anlamın nə qədər gerizəkalı olduğunu isbat edir. Elə buna görə də, İrəvan Teatrı və digər teatrlarımız bu rəzalətin içində çabalayırlar. Sənətin piramidasında aktyorlar, rejissorlar, dramaturqları bürokratlar əvəz edib. Azərbaycan teatrının ən böyük problemi də budur. Bu qavrama görə direktorlar teatrlarda at oynadırlar. İrəvan Teatrının direktoru İftixar Piriyev onların tipik nümayəndəsi kimi daha qabarıq görünür. Stereotipləri demək bizdən, yarıtmazlığı düzəltmək isə MTN və teatrların direktorlarının görəvidir. Bu problemlərin tək çözüm yolu isə, teatrlarda bütün səlahiyyətlərin rejissorlara verilməsidir. Direktorların tək görəvi qanunda da qeyd olunduğu kimi, “bilet satmaq”dır. Onların bu gün “kolxoz” təfəkkürü ilə teatrlara rəhbərlik etməsi mədəniyyətimizin tamamilə məhvi deməkdir. Qarabağımızı bizə düşmənçilik edən ermənilər, teatrlarımızı istedadsız aktyorlar direktor statusu ilə işğal ediblər. Mədəniyyətin işğalı hər bir xalqın sonu deməkdir. Bax bunu unutmayaq.

Ənvər BÖRÜSOY, sənətşünas
Xudaferin.eu
16:44