Malatyada zəlzələ nəticəsində bir nəfər ölüb, 69 nəfər yaralanıb

Bu gün Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 69 nəfər yaralanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, 22 bina çöküb, 5 nəfər dağıntılar altından çıxarılıb, xəsarət alan 20 nəfər xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Zəlzələ Türkiyə vaxtı ilə saat 12:04-də (Bakı vaxtı ilə 13:04) qeydə alınıb. Episentri yer səthindən 6,96 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Malatya ilə yanaşı, ətraf vilayətlərdə -Kahramanmaraş, Gaziantep, Adıyaman və Şanlıurfada da hiss olunub.

Xudaferin.eu

 

16:38