Ömər Çəlik: PKK terror təşkilatı Fransa tərəfindən birbaşa himayə olunur

PKK terror təşkilatının ən güclü şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri də Fransadır. Onların fəaliyyəti Fransa tərəfindən birbaşa himayə olunur. Dəfələrlə bu ölkədə terror təşkilatının bayraqları və simvolları ilə aksiyalar keçirilib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik söyləyib.
“Terror adlı ilanı kim qoruyursa, o ilan da sabah onu sancır”, - deyən Ömər Çəlik PKK-nın Parisdə törətdiyi iğtişaşları kəskin şəkildə qınadıqlarını, Avropada yüksələn bu faşizm dalğasına görə xəbərdarlıq etdiklərini xatırladaraq bildirib ki, kim terroru himayə edirsə, kim terrorçu fəaliyyətə icazə verirsə, bir gün həmin bəla ilə üz-üzə qalacaq.
Terrorizmlə birgə mübarizəni yeganə çıxış yolu kimi dəyərləndirən Ömər Çəlik deyib: “Gəlin, heç bir ayrı-seçkilik etmədən terror təşkilatları ilə birgə mübarizə əsasında əməkdaşlıq edək”.

Sabir Şahtaxtı
Xudaferin.eu

22:37