Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 min 156 nəfərə yüksəlib

Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 41 min 156 nəfərə yüksəlib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer tərəfindən açıqlanıb. Onun sözlərinə görə, Hataydakı 15 binada axtarış-xilasetmə əməliyyatları davam edir. Bölgəyə 300 minə yaxın çadır göndərilib.
Fevralın 6-da Kahramanmaraşda baş vermiş iki dağıdıcı zəlzələdən sonra yeraltı təkanlar ara vermir. İndiyə qədər zəlzələ bölgəsində 6 min 414 afterşok qeydə alınıb.

Xudaferin.eu

21:21