Türkiyənin beş vilayətində yanğınla mübarizə davam edir

Türkiyənin Muğla, Antalya və Isparta vilayətlərində meşə yanğınları davam edir. Uşak və Dənizli vilayətlərində bir neçə yanğın ocağının yaranması barədə məlumatlar daxil olub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, artıq yeddinci gündür Türkiyənin Egey və Akdeniz bölgələrində meşə yanğınları davam edir.

Ölkənin Meşə İdarəçiliyindən verilən son məlumatlara əsasən, iyulun 28-dən avqustun 3-dək qardaş ölkənin 38 vilayətində 154 meşə yanğını qeydə alınıb. Bunlardan 145-i nəzarət altındadır. Isparta, Dənizli, Muğla və Antalyada doqquz yerdə yanğınla mübarizə davam etdirilir. Bundan əlavə, bu müddət ərzində 91 kənddə də yanğın hadisəsi baş verib.

Hazırda alovun yaşayış zonalarına keçməsinin qarşısının alınması üçün intensiv tədbirlər görülür.

Günel Məlikova

Xudaferin.eu

16:09