ADAM KİMİ QUŞLAR ...(YAY YAZISI )....

Hələ Bərdəyə getməmişdim ..Ordan nəvələr cükküldəşdi ki , bəs atam bizə quşlar alıb ..tutuquşular ! Dedim , boy ,evinizdə üç tutuquşu var ( qızım və iki qızı) neynirdiniz əlavə ikisini ? ..Dedilər , çox şirindilər, adlarını da qoymuşuq--Boncuk , Minik ..

Nə isə.. Gəldim Bərdəyə .. birinci şığıdım qəfəsin yanına .. Kişi quşu heç gözüm tutmadı ..Özündən müştəbeh , yekəxana ..buxaq sallayıb, yaşıl kostyumda -- Adam kimi.... Elə bil hər səhər Bərdə xaşxanasında xaş yeyir üstündən də araq içib gəlir ..Adam kimi .. Qadın quş isə nazik uzun ..mavi yaxalıqlı ağ paltarda ..incə bir səs ...Adam kimi ..

Kişi quş qadın quşa düşmən kimi baxırdı ..Arada Qadın quş cükküldəyəndə o da dimdiyi ilə ağzından vururdu sanki ..Adam kimi ..yəni çox danışıb baş -beynimi aparma , beynim çönür ..Hətta bir dəfə Qadın quş Kişi quşun qulağına nəsə deyirdi .. Bu da Qadına bir kəllə atdı Adam kimi ..o da düşdü qəfəsin küncünə ..Orda mızıldandı ..çox güman dedi ki , Allah vursun səni ! ...Adam kimi..

Hələ ətcəbalalar olanda Qadın quş saçını süpürgə elədi ..Adam kimi..yazığın tükü də tökülmüşdü ..Arada yuvadan çıxıb su içir , nəsə dimdikləyir , Kişi quş macal vermir ..dəhmərləyib yuvaya atırdı , yəni ki , uşaqları tək qoyma ..Adam kimi ! .. Özünə nə var ! Qəfəsin içində bir dəstə şüyüd , kök , arpa , buğda ,darı ..su .. Hələ arpanı yeyib qabığını üstümüzə tüpürürdü ...Adam kimi ! Qanacağı heç yox ! ..Qanacaq qaranquşda olur ..Yadınızda olar , "Qaranquş qanacağı" adlı bir yazı paylaşmışdım....Qapımin düz qarşısında yuva qurmuşdu ..Gördüm qaranquş dayanmadan cəh -cəh vurur ..Səsə çıxdım ..ana qaranquş yumurtaların üstündə yatırdı ..Ata qaranquş da ona nəğmə oxur biqərar ..Bu mənzərəni görmək lazımdı...Başımı divara vurmaq istədim.. ..Ana qaranquş da hərdən başını qaldırıb qara gözlərini süzürdü ..Taa Adam kimi demirdi , bu havağın yatmağıdı, aazz ?!.. Sonra da tərbiyəli balalar böyüdürlər ..yuvanı batırmaq olmaz ,balkondan sallanmayın , bir -bir yeyin .. Orda adam balası olsa , çoxdan düşmüşdü yerə ..Sonra da məftilin üstündə sıraya düzülüb dərs oxuyurlar ..Adam kimi... Qanacağı qaranquşdan öyrənmək gərək , bəlkə , Adam kimi olduq ..

" Qızılcıq şərbəti" filmində Abdulla kişi evdə tutuquşunu görür və deyir ki , mən gedirəm , qayıdanda bu quşu burda görməyim ..mən də elə dedim ...Qızım qəfəs təmizləməkdən allergiya olub ! ..

Bəsti İsmayıl

Xudaferin.eu

00:03