BİZ ÇÖRƏYİ DİZİNİN ÜSTÜNDƏ OLAN MİLLƏTİK

Nədənsə biz həmişə diğərlərinin yaxşılığın unudar, özümüzü isə yersiz tərifləməyi sevərik...

Xüsusən son vaxtlar bu millətə bir mərrə qədər faydası olmayan bəzi siyasilər və ziyalılar, geninə-boluna boğazdan yuxarı bu millətə təriflər yağdırar, ancaq bir yixilana əl uzatmaz, bir ağlayan kiritməz, bir yaralı barmağa belə məlhəm qoymazlar...

Əslində isə dünyada ən vətənpərvər ziyalı öz millətinə tənqidi yanaşan, nöqsanlara göz yummayan, əzilən xalqının yanında olanlar sayılır.

Əsil Ziyalı hansı quruluşda yaşamasından asılı olmayaraq, öz doğma balası şah olsa belə həmişə xalqının yanında olmaqla bərabər hakimiyyətə müxtəlif olanlardı. Ziyalılar nə qədər hakimiyyətə ciddi müxalif olsalar, hakimiyyət bir oqədər güclü olar. Tarixdə həmişə güclü hakimiyyətləri isə yaltaq ziyalılar yıxıblar...

Onun acı taleyini düşünəndə özümüdə günahkar sanıram... Axı biz niyə bu qədər qədirbilməz millətik?....Niyə? Nəyə görə? Nədən?...
Suallar çox, cavab isə...

Zeynalabdin Tağı oğlu Tağıyev, el arasında HACI ZEYNALABDİN 1838-ci ildə burjuaziya Bakısında anadan olub, 1924- ildə Kommunist Bakısında elə özü oxutduğu Kommunistər tərəfin əzabla öldürülüb, elə onlar tərəfindən də odduz-közsüz yandırılıb...

Məsəl var deyərlər, tısbağanı ya öldürdün, ya arxası üstə çevirdin, eyni şeydi...

Bu gün mən sizə Azərbaycan milyonçusu,mesenat, Çar Rusiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevdən deyil, onun vaxtinda ölkəni tərk edən qızlarındanda deyil, Kommunist Azərbaycanında yaşamağa məhkum edilmiş qızı Sara Xanımın acı taleyindən söhnət açacam...

Sara Xanımı sovet vaxtı Kommunist küçəsində ağ xalata oxşayan nimdaş paltarda, var-gəl edə-edə əzəmətli binaları göstərib onlara məxsus olduğun deyərək haray çəkən vaxtlar görmüşəm. Zavallı qadın fəryad çəkərdi, sovet sisteminə açıq-açığına küfr edərdi... İnsanlar isə yanindan "dəlidi" deyərək etinasız ötüb keçərdilər...

O zamanlar Kommunistlərin təbliğatı nəticəsində dədəmizi, nənələrimizi doğru-dürüst tanımazdıq, əksinə babalarımızın qatillərinin heykəlləri ilə Bakımızı bəzədiymiz illər idi o illər...

Getsin birdə gəlməsin...

Şəhərdə demək olarkı Hacı Zeynalabdin Tağıyevin qızı Sara Xanımı tanıyan doğurdanda yox idi. Varsa da səsləri çıxmazdı...

İllər ötür və mənə məlum olur ki, dövlətin güc strukturlarının birində yüksək vəzifədə işləyən qaynatamın ən yaxın ailə dostu, əslən Quba zadəgan şəcərəsinə mənsub, dövrünün ən tanınmış memarı Nəriman Əliyev illərcə Sara Xanıma maddı və mənəvi dayaq durur, ona doğma anası kimi qayğı göstərirmiş...

Sovet vaxtı Bakı şəhər sovetinə Sara Xanıma ev üçün müracət edilir, evlər işlərinə baxan rus əsili Baksovetin sədr müavini nəyinki Sara Xanıma ev vermək, bu təklifdə bulunanları belə həps etdirməklə hədələyir...

"Siz kimsiniz burjuaziya törtöküntüsünə ev tələb edirdiniz, o qaranlıq zirzəmi belə ona çoxdur " deyib bağırırmış...

Sonra Nəriman Əliyevi şəxsən tanıdım və doğmalaşdıq. Onunla tanışlıqdan sonra anladım ki, atalarımızın dediyi "sağ əl verdiyin sol əl bilməsin gərək" deyilən əllərin sahibi sən demə illəriymiş memar Nəriman Əliyeviymiş...

Sonra "Dalğa" verlişləri... Jurnalistlər İlqar Qasımov, Nadejda İsmayılova Sara Xanımla bağlı tv-də ürək parçalayan şərhləri...

Və artıq bütün Azərbaycan gözləri görməyən, qulaqları eşitməyən Sara Xanımı tanımağa başladılar...

Şouvmenlər Sara Xanımla şəkil çəkdirir, kimsə bir torba yardım gətirir və özünü yardımsevər göstərmək istəyir və s. və i...

Dəxli olmayan adamlar özlərin təriflədir, nədənsə Sara Xanıma illərcə gizlincə qayğı göstərən Nəriman Əliyev yada düşmür... Düzü heç Nəriman Bəy belə reklamı qəbul etməzdi...

Qurbət həyatı məni tək vətəndən deyil, sevdiyim insanlardan da uzaq saldı...

Düz 35 ildir Azərbaycanın ən şərəfli ziyalı oğlu Nəriman Əşrəf oğlu Əliyevlə əlaqəm yoxdur. Bilmirəm ölüb ya sağdır... Həyatda elə insanlar varkı onlar mənim üçün həmişə yaşayırlar, o cümlədən Nəriman Əliyevdə.

Sozümün sonunda Bakılı-Rayonlu söhbəti salıb, "Qarabağlılar Qarabağı qoyub qaçdılar, dədələrinun qəbrinə sahib çıxmadılar" deyən, Hacı Zeynalabdin Tağıyevin saldığı BAKININ bakılıları, əziz azərbaycanlı bacı və qardaşlarım! Ay Elman sözüm elə sənədə aiddir!..

Kimsəsizlərə sahib çıxan, şərqdə ilk dəfə qızlara məktəb açan, pulsuz yemək-içməklə, pal-paltarla təmin edən xeyriyyəçi Hacının qızı Sara Xanımın rütubətli zirzəmidə yaşamasından heç utanırsınızmı?...

Bax ona görə inciməyin deyirəm ki, biz çörəyi dizinin üstündə olan millətik...
Gəlin millət olağın...

Elman Mustafazadə

Xudaferin.eu

10:22