Vətənin adsız qəhrəmanları...

Əziz yurddaşlarım, dəyərli soydaşlarım, Müstəqillik Azərbaycan Respublikasının vətəndaşları!

Siz heç bu adamı tanıyırsınız? Siz onu heç bir yerdə, bir toplantılarda gördünüzmü? Diaspor adı ilə fəaliyyət göstərən təşkilatlarda, diasporla bağlı dövlət tədbirlərində rastiniza çıxdımı?

Çətin... 

Rəhmətlik Mirzə Xəzər deyərdi: "Qədir bilmək özüdə bir mədəniyyətdir".

Görəsən bizdə bu mədəniyyət varmı?....

Atalarımız deyib ki, igidi öldür haqqını yenə. Ancaq biz igidi öldürüb haqqında, pulunuda, mülkünü belə mənimsəyən millətik... 

Haqqında söhbət açmaq istədiyim, indi bir kenara cekilib heç bir kimsənin xəbəri belə olmayan ömür sürən Tale Bəy Həsənovur.

Təsadüfən Bəy demədim... O əsil Bəy, özüdə yeddi arxa dönəni Bəy və bu şərəfli davranışı əməldə yaşadan bir Azerbaycan Oğludur.

Kimdir Tale Həsənov?

Ixtisasca şərqşünas olan Tale Bəy, Azərbaycanın Hacıqabul adlanan kiçik bir səhhətində çox imkanlı bir ailədə dünyaya gəlib. İmkanlı olmaların ona görə qeyd etdim ki, bu ailənin qapıları həmişə bütün imkansız insanların üzünə açıq olub.

Hətta imkanları əvvəlki kimi olmadıqları illərdə belə heç kim onların kiməsə yarindiqlarinin, əyildiklərinin şahidi olmayıblar...

Xudaferin jurnalının işıq üzü gördükdən sonra, Avropada qürbət mətbuatında yeni bir dönəm başladı. Onlardan biri də Tale Həsənovun öz şəxsi hesabına nəşr etdirdiyi və baş redaktor olduğu "Benilüks" qəzet idi. Bu qəzet Azərbaycan həqiqətlərini, Qarabağ acılarını pulsuz-parasız bütün Avropadalilar arasında yayardi...

Tale Həsənov Sovetlər dağılandan sonra Avropada Azərbaycan diasporunun formalaşmasında və inkişafında misilsiz xidmətləri olan bir şəxsiyyətdir.

Onun ideyası ilə Niderland Belçika və Lüksemburqu əhatə edən konqres yarandı.

Bundan sonra yenə onun ideyası və zəhməti sayəsində "Avropa Azərbaycanlıları Konqresi" yaranmışdır.

Ancaq tessufler oldun onu ideya babsi olduğu heç bir içtimai təşkilatlara, toplantılara, nə də qurultaylara dəvət etmirlər...

Onun adam edib ərsəyə gətirdiyi bəzi nankor "patriotlar" belə onun yaxşılıqların üstündən qara xət çəkilər... 

Bu gün eşitdin ki Tale Hasanovun şəhərində ciddi problem yaranıb və xəstə yatır. Sarsıldım və çox üzüldüm.

Hər Bakıda olanda onunla demək olar ki, hər gün görüşlərdə olardım.

2006 ildə Amsterdamda konqresin təsis konfransına isə böyük mübahisə və mübarizədən sonra onun iştirakına nail oldun.

Çün ki, məsələni sərt qoydum. "Ya bu konqresin ideya babası Tale bəy təsis konfransında iştirak edəcək, canlı olaraq xeyir-dua verəcək, ya da konfrans baş tutmayacaq. Əlbəttə ədalət qalıb gəldi...

Bütün varlığı ilə Vətənə və millətə bağlı olan Tale Bəy, sənə Ulu Tanrıdan şəfa diləyir.

Azadlığı uğrunda bütün Avropada mübarizə apardığın və gözünün ağı-qarası bir qızının ana yurdu olan Şuşalı günlər arzulayıram sənə, əziz vefali dostum və qardaşım.

Dərin hörmət və məhəbbətlə:

Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalinin baş redaktoru.

P.S. Çap olunacaq Qürbət Xatirələri" kitabında Tale Bəydən geniş bəhs olunub...

Xudaferin.eu

09:30