Tanıyıram, Sizdə Tanıyın...

Bu gördüyünüz oğlan Rüstəmdir. Onun haqda danışmazdan öncə bir haşiyə cıxım...

İnsanıq, həyatda pullu pulsuz günlərimizdə ola bilər. Qarnımızın ac və tox vaxtlarıda ola bilər...

Ulu Tanrı bizi, millətimizi, bütün bəşəriyyəti acgöz, görməmiş, gözü onun-bunun əlində olan insanlardan qorusun.

Birdə görürsən görməmişin biri, kiminsə sayəsində əlinə fürsət düşüb zənginləşdı, başlayır sərvətin nümayiş etdirməyə, pulu ilə öyünməyə, insanlara yuxarıdan aşağı baxmağa. Belələri Azərbaycanda daha çoxdur...

İndi Azərbaycanda qəribə bir tendensiya yaranıb. Birdən birə çoxlu Qarabağ, Şəki, Gəncə xanlarının "törəmələri" peyda olub...

Bakıda bir məclisdə həyadan uzaq, yüngül davranışlı bir qadın, Xurşud Banu Natəvanın törəməsi olduğunu deyib öyünür, mən bu şəcərəni az-çox tanıyan biri kimi bir kənarda oturub bu qadının yerinə xəcalət çəkirdim...

Və ya bəzən bir restorana dəvət edirlər, məclis sahibi oliqarx-məmur, başlayır gic-gic duzsuz, düşük mənasız əttökən söhbətlərə. Gəzdiyi, yataqda kef çəkdiyi qadınlardan adbaad danışan bu məmuru dinləyəndə, adam az qalır qalxıb desin "zəhərə qalsın sizin bu süfrəniz"... Ancaq... hansısa dosta görə susmaq məcburiyyətində qalırsan...

Restoranlarda səs-küydən oturmağı sevməsəm də, Rustəmlə birgə tez-tez Bakıda şam yeməyinə gedərdik. Onunla birgə şəhəri piyada gəzirdik. Rüstəmlə danışmağa mövzu çoxdur. Onun geniş dünya görüşünə, savadına, sadə və səmimiyyətinə görə heç vaxt darıxmırsan. Adam hər görüşündə Rüstəmdən nəsə yeni bir şey öyrənir...

Bilirsiniz ki, Azərbaycanda maşın sürmək mədəniyyəti sıfıra bərabərdir. Ona görə ki, demək olarkı əksəriyyəti sürücülük vəsiqəsini oxumadan, rüşbətlə alırlar. Bakıda bir qayda olaraq əksər sürücülər maşının içində oturib piyadanı söyərlər, piyadalarda sürücüləri...

Mənim tanıdığım dostlarımın arasında ən mədəni, bütün znaklara əməl edən, keçidlərdə minnətlə deyil, hörmətlə piyadalara yol verən yeganə adam Rüstəmi gördüm...

Rüstəm o qədər təvazökar, xeyirxah, tərbiyyəli və kübar bir insandır ki, sankı insanlara kömək etməkdən zövq alır... Onu heç bir yüksək vəzufə belə dəyişə bilməyib. Həmişə özü olub, sözü olub, dürüst olub.

Bu tərbiyyə onun doğulub böyüdüyü ocaqdan gəlir. O ocaqkı oradan Azərbaycan elminin bünövrəsisini qoynlar çıxıb. O ocaqkı o ağır illərdə neçə-neçə Azərbaycan ziyalıların ölümün pəncəsindən xilas edən böyük Dövlət xadimi Mir Teymur Mir Ələkbər oğlu Yaqubov kimi Şəxsiyyətlər çıxıb.

Ona görə dostum Rüstəm bəy başqa cürə ola bilməz. Bir daha görüşmək ümidi ilə əziz dostum.
Sədaqətli dostlarım sizlər üçün çox darıxdım, tezliklə gələcəm...

Elman Mustafazadə
Xudaferin.eu

13:42