Polis hər bir millətin simasi və şərəflidir.

Uzun illərdi polislərlə bağlı Azerbaycandan heyacanli xəbərlər gəlməkdədir. Dəfələrlə internet saytlarında oxumuşuq ki, yüksək çinli məmurlar və onların harın, qudurqan övladları polislərimizə divan tuturlar. Gah polis döyülür, gah da şəxsiyyəti alçaldılır. Bütün bu cinayətkarlar bir qayda olaraq cezasiz qalırlar...

Polis sistemində bəzi noqsanlara rəğmən vətəndaş, vəzifəsindən, kimliyindən asılı olmayaraq polisin tələbinə tabe olmalı, polisə hörmətlə yanasmaldir. Ancaq polis sistemində olan nöqsanlar da tənqiddən kənarda qalmamalıdır...

Bəlkədə, Azərbaycan polisi qədər dünyanın heç bir ölkəsində Vətən uğrunda şəhid verən ikinci bir ölkə yoxdur. Birinci Qarabağ müharibəsində son damla qanına dək doyuşərək qəhrəmancasına şəhid olan yüzlərlə polisimiz olub.

Hər bir sahədə olduğu kimi, polislərin də arasında tərbiyyəsiz, rüşvətxor, satqın, nadan, alçaq, qəddar ola bilər, lakin, onlar minlərlə qeyrətli, namuslu, Azərbaycan polisinin varlığına vicdanına şübhə, Vətənsevər, Dovlətin keşiyində duran igid polislərimizin peşəkar fəaliyyətinə kölgə sala bilməz.

Bu günlərdə Azərbaycandan gələn həyacanlı xəbər, qürbətçilırimizin hiddətinə səbəb olmuşdur. Azərbaycanda hansısa yüksək çinli məmur, biznesmen-deputat, polisin nəyinki əmrinə tabe olmamış, bu hələ azmış kimi, bu harin qudurqan məmur, polisimizi qəddarcasına doymuş və ağır yaralanmışdır.

Əgər polisimizi gözümüzün önündə döyüb, alçaldır, ləyaqətin tapdalayırlarsa, bizlər isə buna laqeyd yanaşırıqsa, onda biz yaşamağa haqqı olmayan millətik!

Əgər polislerimiz yüksək çinli məmurlar və onların harın, fərari övladları tərfindən ayrıseçkiliyə məruz qalırsa, deməli getdikcə ölkəmizin, dövlətimizin əmniyyəti və müstəqilliyi təhlükədədir...

Polisimizə və əsgərimizə əl qaldıran kəs, kimliyindən asılı olmayaraq ən ağır cəzaya məhkum olunmalıdır!

Polisinin, əsgərinin qədrini bilməyən millət, bir gün özgə millətlırin polislərinin və əsgərlərinin tapdağı altında olar...

Elman Mustafazade

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudaferin jurnalinin baş redaktoru.

30 iyun, 2015-ci il, Amsterdam.

Xudaferin.eu

10:14