Azad Qarabağda,azad Laçında azad fəaliyyət...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Avqustun 9-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 93 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz olaraq doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Laçınlılar daha da gözəlləşən və abadlaşan Laçın şəhərində yaşayacaqlar .
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları,
dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.
İşğaldan azad olunmuş Laçın rayonunda bərpa - qurucüluq işləri sürətlə davam edir .
Burada böyük Aqro və Sənaye parkı salınır .
Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunu artırmaq üçün inşa olunan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Bunlardan 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulur .
Aqro və Sənaye Parkının tikinti rəisi Efe Əmir Dəmirəl bildirib ki, Laçın şəhərində tikilən yeni Aqro və Sənaye Parkında işlər gecə-gündüz aparılır:
“Tezliklə bu gözəl sənaye parkı fəaliyyətə başlayacaq. Biz daha fərqli sənaye parkları-heyvandarlıq və ətçilik sahələrinin tikintisini planlayırıq.
Onu xüsusi vurğulamaq istəyirəm ki, burada laçınlıların işlə təmin olunması bizi çox sevindirir. Tikinti - quruculuq işi sahəsində vakansiyalarımız var .
İşləmək istəyən vətəndaşlar bizə müraciət edə bilər.
Biz laçın əhalisi başda olmaqla işləmək istəyənləri öz şirkətimizə qəbul edirik.
Laçının gözəl , ekoloji cəhətdın çox təmiz mistik havası var.
Bu, çoxdan arzuladığmız bir havadır, şükür ki, Laçın havasından udmaq bizə qismət oldu, arzumuza çatdıq. Ən böyük arzularımızdan biri də burada gözəl sənaye parkları, iş yerləri qurmaqdır. Nə gözəl ki, Laçın var, nə gözəl ki, Qarabağ var”.

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .

Xudaferin.eu

17:00