Silahlı Qüvvələrimiz reğionun ən güclü ordusudur .

Azərbaycan Xalq Cümhuriyyəti dövründə 26 iyun 1918 - il tarixində general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan hərbi korpusu yaradıldı .
Həmin tarixdən 105 il ötür .
Bu gün Silahlı Qüvvələrimiz ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü və milli maraqlarını qoruyur .
Regionda barış və sülhün təmin olunması üçün qəhrəman hərbiçilərimiz əzmkarlıqla çalışır . Sədaqətli xidmətləri ilə Dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir .
İkinci Qarabağ Müharibəsində qalib gəlməyimiz Azərbaycanın Cənubi Qafqazda mövqeyini daha da gücləndirdi .
Bizim mövqelərimizi zəiflətmək məqsədiylə İran Qafanda konsuluğunu açdı .
Onların ardınca Rusiya da Zəngəzurda öz konsulluğunu açacağını elan etdi .
Bütün bunlara cavab olaraq Ərdoğan yenidən prezident seçildikdən sonra Kiprdən sonra ilk beynəlxalq səfərini Azərbaycana etdi .
Bakıda çıxış edərək Türkiyənin Şuşada baş konsulluğunun açılacağı ilə bağlı bəyanat verdi. Təbii ki , bu niyyət təsadüfi ola bilməz .
Türkiyə İranın Qafanda ( Zəngəzurda ) baş konsulluq açmasına və bunun ardınca Rusiyanın da həmin bölgədə konsulluq açmaq istəyinə biganə qala bilməzdi .
Moskva və Tehrandan fərqli olaraq Ankaranın Cənubi Qafqazda təsiri daha güclüdür .
Çünki Türkiyənin reğonda müttəfiqi ll Qarabağ müharibəsinin qalibi Azərbaycandır .
Hazırda Azərbaycan və Türkiyə arasında dərin hərbi inteqrasiya prosesi gedir .
Azərbaycan Silahlı Qüvvələrinin idarə olunmasında qardaş Türkiyənin təcrübəli generalları da iştirak edir .
Artıq Türkiyə Azərbaycanla birgə hava komandanlığı idarəetmə sisteminin yaradılması təşəbbüsü ilə çıxış edir.
Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə təlimləri davamlı xarakter alıb . Azərbaycan ordusunun Türkiyə standartlarına uyğunlaşdırılması prosesi davam etdirilir.
Yaxın gələcəkdə vahid Türkiyə-Azərbaycan ordusunun yaradılması həyata keçirililə bilər .
Azərbaycan və Türkiyənin əsas hədəflərindən biri də Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır.
Zəngəzur dəhlizinnin açılması İran və Rusiyanın Cənubi Qafqazda regional mövqelərinin zəifləməsinə səbəb olacaqdır .
Azərbaycan və Türkiyənin bölgədə güclənməsi
Cənubi Qafqazda digər oyunçu sayılan Avropa Birliyi dövlətlərinin də diqqətindədir .
Ermənistan sərhədində müşahidəçilərinin sayını artırmağa hazırlaşan Avropa Birliyi dövlətləri də Azərbaycanla Türkiyənin ordusunun birğə gücündən çəkinirlər . Çünki onlar yaxşı bilirlər ki , məkrli planlarının qarşısı alınacaqdır .
Nəticədə avropalılar optimal variant kimi NATO-dakı müttəfiqi Türkiyənın regiondakı siyasi iradəsi ilə hasablaşmağa məcbur olacaqlar .
Bu əlverişli mövqeyi yaradan əslində Azərbaycan Silahlı Qüvvələrinin qüdrətidir .
Əziz zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayırıq .
Azərbaycan ordusuna eşq olsun !
Yaşasın Azərbaycan!

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

13:20