İMPERİALİST DÖVLƏTLƏRƏ HEÇ VAXT GÜVƏNMƏK OLMAZ .

Rusiya kimi imperialist dövlətlər "dostlarını" maraqlarına cavab vermədiyi mərhələdə qurban verərək soyuqqanlıqla satır .
Moskvanın qurban verdiyi "etibarlı dostlar" siyahısı yzundur .
Bu siyahıda Nəriman Nərrmanov Məhəmməd Nəcibulla, Erix Honekker, Fidel Kastro, Müəmmar Qəddafi, Slobodan Miloşeviç, Səddam Hüseyn, Əskər Akayev, Viktor Yanukoviç kimi öz millətini sevən lakin ruslara inanan çoxsaylı dövlət xadimlərinin adı var .
Rusiyanın
" etibarlı dostlarının " həyat hekayəsinə nəzər yetirəndə bu deyilənlərin həqiqət olduğu ortalığa çıxır .
Rusiyanın satdığı
" dostlatından" biri də vaxtı ilə Əfqnıstanın dövlət başçısı olmuş MƏHƏMMƏD NƏCİBİLLA olmuşdur .
Bu yazımızda onun həyat hekayəsin hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm .
Əfqan xalqının siyasi xadimi Məhəmməd Nəcibulla
6 avqust 1947- ci il tarixində Əfqanıstanın Kabil vilayətinin Qardez rayonunda anadan olmuşdur .
Gənc yaşlarında Sovet hakimiyyətində [ SSRİ-də ] tibb sahəsində Ali təhsil almışdır . İdeoloji cəhətdən kommunist olmuşdur . Əvvəllər İranda səfir işləmişdir .
Əfqanıstan Xalq-demokrat partiyasının daxilindəki "Xalk" fraksiyasının tələbi ilə vətəndaşlığı əlindən alınmışdır . Moskvaya sığınmağa məcbur olmuşdur .
Moskvanın ən etibarlı adamı kimi Əfqanıstana - Kabula sovet qoşunları ilə bərabər qayıtmışdır .
Sonradan Əfqanıstan "KQB"-sinin [ Dövlət Təhlükəsizlik Komitəsinin ]
rəhbəri, 1986-cı ildən isə prezidenti olmuşdur .
1989 -cu ildə Sovet qoşunları Əfqanıstanı tərk etdi .
Məhəmməd Nəcibulla isə daha 3 il hakimiyyətdə qaldı.
Sonra hakimiyyəti koalision hökumətə təhvil verdi .
Həyat yoldaşını və 3 qızını Hindistana - Dehliyə yollayıb, özü Kabulda qaldı.
4 il BMT-nin Kabuldakı nümayəndəliyinin ofisində yaşadı.
1996-nın 26 sentyabrında taliblər qəfildən paytaxt Kabulu tutdu .
Lakin heç kim , nə BMT nə də rəsmi Moskva Məhəmməd Nəcibullanı xilas etmək barədə düşünmədi. Əslində isə bütün tərəflər Əfqanıstan hadisələrinin əsas şahidi olan Nəcbullanın aradan çıxarılmasını - ölümünü istəyirdi .
Həyatının son dəqiqələrində Pakistan xüsusi xidməti Nəcibullaya "Düren xətti"- ilə bağlı (2 ölkənin mübahisəli sərhədlərinə son qoymaq üçün ) sənədi imzalatdıra bilmədilər.
Onu döydülər, işgəncə verdilər, maşına bağlayıb sürüdülər, qardaşı ilə birlikdə camaatın gözü qabağında asdılar. Məhəmməd Nəcibullanın qismətinə dəhşətli ölüm, alçaldılma və aqoniya düşdü.
Nəcibullanın meyiti 1 həftə asılı qaldı. Sonra isə naməlum yerdə bir quyuya atdılar .
Məhəmmət Nəcibullanın faciəsi "Tərəqqipərvər bəşəriyyətin" və "dünyanın ağaları" tərəfindən lal sükut ilə müşayiət olundu.
Düşmənə heç vaxt boyun əyməyən, böyük şəxsiyyəti yaxın dostları , o cümlədən Moskvadakı əqidə yoldaşları Nəcibullanı satdı, düşmənlər alçaltdı. Kommunist Nəcibulla ifrat səmimiyyətinin qurbanı oldu .

Qəvami Sadıqbəyli , Jurnalist - politiloq .

Xudaferin.eu

17:51