REVANŞİST ERMƏNİLƏRİN ƏLACI KƏSİLİB ...

Məlum olduğu kimi 19 aprel 2024 - cü il tarixində Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclasında Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin Azərbaycana təhvil verilməsi razılaşdırılıb .
Bu məlumatdan xəbər tutan revanşist ermənilər Azərbaycana qaytarılacaq 4 kəndin ətrafında vəziyyəti gərginləşdirməyə çalışır .
Lakin Paşinyan hökümətinin tapşırığı ilə erməni polisi Bağanıs Ayrımla bitişik Əskipara tərəfə gedən yolu bağlayıb .
Revsnşit ermənilərin və keşişin qızışdırması ilə baş verən proseslər ətraf kəndlərin sakinlərini qəzəbləndirib .
Onlar yolun açılmasını tələb edirlər.
Sakinlər deyirlər ki, artıq həmin ərazidə ölçmə işləri aparılır .
Bağanısdən Əskiparaya gedən yolun Bağanıs Ayrıma çatdırılması üçün hazırlıq işləri görülür .
Sakinlərin sözlərinə görə, yolun bir neçə saat ərzində Azərbaycan tərəfinə keçməsi gözlənilr .
Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib ki, Bağanis - Əskipara yolu ərazidə aparılan minatəmizləmə işləri və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bağlanıb .
Nazirlik qeyd edib ki, yolun Bağanıs-Əskipara hissəsində sərhədin demarkasiyası ilə bağlı işlər başa çatdıqdan sonra həmin kəndlər Azərbaycana təhvil veriləcək .
Açıqlamada kəndlərin Ermənistana məxsus olmadığı etirazçıların diqqətinə çatdırılıb .
Artıq Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd nişanı qoyulub .
Bu, sülh istiqamətində atılan ilk konkret addımdır .
Sülh istiqamətində atılan real addımlar
" Dənizdən dənizə böyük Ermənistan " xəyalları ilə yaşayan xəstə təfəkkürlü erməni kilsə xadimlərini , diasporasını PƏRT edib , onların "içini yandırıb".
Buna görə də aprelin 24 - də revanşist ermənilər İrəvanda qondarma “erməni soyqırımı qurbanları”nın xatirəsinə həsr olunmuş məşəl yürüşü keçiriblər .
“Daşnaksütyun” partiyası tərəfindən təşkil edilən yürüşdən əvvəl Respublika meydanında mitinq olub . Mitinqdə revanşist - müxalif siyasi qüvvələrin nümayəndələri, o cümlədən eks-prezident, Ermənistanın Respublika Partiyasının sədri Serj Sarkisyan da iştirak edib .
Mitinqin sonunda toplaşanlar Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.
Baş verən hadisələr göstərir ki , prezident İlham Əliyevin yürütdüyü strateji siyasət proqramı mərhələ - mərhələ həyata keçirilir və uğurla tamamlanır .
Azərbaycanın əldə etdiyi nailyyətlər ermənilərin və onların havadarlarının yuxusunu qaşırır .
Əlacı kəsilən revanşit ermənilər Azərbaycan və Türkiyə bayraqlarını yandırmaqla təsəlli tapırlar .
Azərbaycanın uğurları isə davam edir .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

16:28