AMEA nın Neft - Kimya Prosesləri İnstitunun nailiyyətləri davam edir ...

Vaqif Məhərrəm oğlu Abbasov 05 oktyabr 1952 ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub . Öz zəhmətsevərliyi və prinsipiallığı sayəsində Kimya elmlər dokroru və AMEA nın həqiqi üzvülüyünədək yüksəlib . Hələ 1982 ci ildə onun təşəbbüsü ilə inhibitorun qış modifikasiyası yaradılıb və istehsalı təşkil olunub.
Artıq 1983 - 1988 ci illərdə 21389 ton VFİKS-82 , 1989-1997-ci illərdə 6600 ton Azəri inhibitoru istehsal olunaraq Rusiya Federasiyasında, Ukraynada, Azərbaycanda və Qazağıstanda istifadə olunmuşdur.
1984-cü ildə V.M.Abbasovun ideyası və rəhbərliyi ilə AP-L34-1 antistatik aşqarı yaradılmış, Perm Aviasiya Mühərrikləri zavodunda və Tbilisi Aviasiya zavodunda sənaye sınağından keçmiş və istifadəyə qəbul olunmuşdur.
V.M.Abbasov əməkdaşları ilə birlikdə 1986-cı ildə "Kaspi" adlı hidrogen sulfid korroziyası inhibitoru yaratmış , Heydər əliyev adına Neft Emalı Zavodunda katalitik riforminq qurğusunda sənaye sınağından keçirmiş onun istehsal və tətbiqini həyata keçirmişdir. Hazırda bu inhibitor həmin zavodda benzinin stabilləşmə kalonunun müdafiəsi üçün istifadə olunur.
1990-cı ildə yaradəlmış "Kaspi-2" adlı yeni korroziya inhibitoru Qərbi Qazağıstanın Tengiz yatağında sənaye sınağlndan keçirilmiş və həmin yataq üçün nəzərdə tutulmuş texniki tələblərdən də yüksək nəticə alınmışdır.
Dünyada analoqu olmayan "Kaspi-X" inhibitoru H.Ə.Əliyev adına neft emalı zavodunda sənaye sınağından keçib və həmin ildən tətbiqinə başlanıb. 1995-ci ildən 2012-ci ilin dekabr 25-nə qədər 13887.5 ton Kaspi-X istehsal olunmuş və istifadə edilmişdir. Hazırda inhibitorun istifadəsi davam edir.
Kaspi-X inhibitoru 2010-cu ildən eyni zamanda Azərneftyağ Nefr Emalı Zavodunda da istifadə olunur. 1998-ci ildə yaradılmış "Xəzər" deemulqatoru da H.Ə.Əliyev adına Neft Emalı Zavodunda neftin duzsuzlaşdırılması və susuzlaşdırılması üçün sənaye sınağından keçirilib və istifadəsinə başlanılıb. 1998-ci ildən 2012-ci ilin dekabrın 25-ə qədər bu reagent 2138.45 ton istehsal olunub və istifadə edilib.
Hazırda onun tətbiqi davam edir.
2003-cü ildə dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin təmizlənmə texnologiyası işlənib hazırlanıb, "Ağ Naftalan yağı"nın istehsalı təşkil olunub, bu yağ Azərbaycan Respublikasında və Ukraynada dərman preparatı kimi qeydiyyatdan keçmişdir .
2009-cu ildə "NKPİ-34-2" yanğından mühafizə üçün köpükəmələgətiricisi maddə yaradılıb, sənaye sınağından keçirilib və istehsalı təşkil olunub. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu reagentin istehsalı və istifadəsi üçün lisenziya vermişdir .
2003-cü ildən yaradılan "Bakı" ərp həlledicisi maddəsinin də neft emalı zavodlarında sənaye sınağı keçirilib və qapalı soyutma konturlarını ərpdən təmizləmək üçün istifadəyə qəbul olunub.
Hazırda bu maddə H.Ə.Əliyev adına Neft Emalı Zavodunda və "Azərneftyağ" Neft Emalı Zavodunda istifadə olunur.
2009-cu ildə yaradılan "Kaspi-X(M)" inhibitoru da H.Ə.Əliyev adına Neft Emalı Zavodunda kimyəvi təmizlənmiş suyun nəqli sistemində korroziyadan müdafiə üçün sınaqdan keçirilib və tətbiqinə başlanılıb.
2009-cu ildən 2012-ci ilin dekabrın 25-ə qədər 238.7 ton "Kaspi-X(M)" istehsal olunub və istifadə edilib.
2011-ci ildə yaradılan Xəzər-24 deemulqator-inhibitoru "Azərneftyağ" İstehsalat Birliyində Almaniyadan alınan "Disolvan" və Azərbaycanda istehsal olunan "Alkan" deemulqatorları ilə müqayisəli olaraq sənaye sınağından keçib və tətbiq üçün daha əlverişli olduğu müəyyən edilib.
2011-ci ilin noyabr-dekabr aylarında bu deemulqatorun Abşeron Neft Qaz Çıxarma idarəsində sənaye sınağından keçirilib və yüksək nəticə əldə olunub.
Vaqif Abbasaov neft - kimya sahəsində alimlərin təkmilləşməsində də yaxından iştirak edir . Onun qayğısı sayəsində 36 nəfər elmlər namizədi , 10 nəfər isə elmlər doktoru alimlik dərəcəsi almışdır .
Akademik Vaqif Abbasovun rəhbərliyi ilə AMEA nın Neft - Kimya Prosesləri institutu nailiyyətlərini bu gün də davam etdirir və Respublikamızın İqtisadiyyatının inkişafında yaxından iştirak edir .
Biz də Avropada fəaliyyət göstərən " Azərbaycanın Dostları " Beynəlxalq Cəmiyyəti adından hörmətli alimimiz
Akadamik Vaqif Abbasov başda olmaqla AMEA nın Neft - Kimya Prosesləri İnstitunun əməkdaşlarına Can sağlığı və yeni - yeni uğurlar arzulayırq .
Sayğılarla : Cəmiyyətin sədri - ELMAN MUSTAFAZADƏ .
Materialı hazırladı : QƏVAMİ SADIQBƏYLİ

Xudaferin.eu
11:12