Bahadur bəy Qarabağda məşhur olan qalabəyovlar soyuna məxsusdur. Bu soyun kökü Otuziki elinin Xıdırlı oymağına bağlıdır. Kökdə dayanan isə Məhəmməd ağadır. Məhəmməd ağanın Hacı Lazım bəy adlı oğlu vardı. Hacı Lazım bəy Qarabağ xanlığının sərkərdələrindən olmuşdu. İbrahimxəlil xanın saray adamlarından sayılırdı. Divan gənəşiyində onun sözü keçərliydi. Məhəmmədxan bəy Hacılı-Cavanşirdən sonra Şuşa qalasının komendantı olmuşdu. Hacı Lazım bəyin törəməsi Qalabəyov soyadını daşıyırdı.
Hacı Lazım bəyin Məhəmmədəli bəy, Məhəmməd bəy, Hacı bəy və Cəfər bəy adlı oğulları vardı.
Məhəmmədəli bəy Hacı Lazım bəy oğlu Otuziki elinin seçkin bəylərindən sayılırdı. Bir çox döyüşlərdə ad-san qazanmışdı. Xıdırlı obasının yüzbaşısı idi. Bir müddət Şuşa qalasının komendantı olmuşdu. Rus ordusunda xidmət etmişdi. Soltanbud yaxınlığında, Qırçı qışlağında Troitski polkunda qulluqda idi.
Məhəmmədəli bəy 1812-ci ildə İran qoşunları ilə atışmada həlak oldu.
Məhəmmədəli bəy Ayna xanımla yaşam qurmuşdu. Kərim bəy adlı oğlu vardı.
Kərim bəy atasından sonra Xıdırlı obasının yüzbaşısı olmuşdu. Rus ordusunda xidmət etmişdi. Araz kənarında sərhəddar idi. 1826-ci ildə İran ordusunun basqını nədənində basılıb, Mehdiqulu xanın yanına, İrana qaçmışdı. 1833-cü ildə qayıtdı. Vətənə dönəndən sonra özəl mülkünün idarəsi ilə məşğul olmuşdu.
Kərim bəyin Baxış bəy, Təhməz bəy, Şahmar bəy, Bahadur bəy və İsmayıl bəy adlı oğulları vardı.
Bahadur bəy Kərim bəy oğlu Qalabəyov 1845-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Molla yanında oxumuşdu. Sonra rus-tatar məktəbində təhsilini davam etdirmişdi. Mülkədar idi. Özəl mülkünü idarə etməklə keçinirdi. Böyük at zavodu vardı.
Bahadur bəy Qalabəyov qış mövsümünü ailəsi ilə birlikdə Cavanşir qəzasının Əyricə kəndində keçirirdi. Burda böyük imarəti, malikanəsi vardı.
1906-1907-ci illərdə Şuşa qəzasında ən böyük kəndli çıxışlarından biri Bahadur bəy Qalabəyovun mülklərinin dağıdılması ilə başladı. Bir müddət sonra bu çıxışın təsiri ilə qonşu qəzalarda da kəndlilərin mülkədar-bəylərə və çar məmurlarına qarşı mübarizəsi genişləndi. (XX əsr Azərbaycan tarixi II cild (Ali məktəblər üçün dərslik) Bakı, «Apostroff», 2014. s.46) İri mülkədar torpaqlarının, daşınar və daşınmaz inventarlarının müsadirə edilməsi və bölünməsi sahəsində iş genişlənirdi. Məsələn, qalabəyovlardan alınan mal-qara və atların yoxsul əhali arasında pulsuz bölünməsi üçün tədbir görüldü. («Kommunist» qəzeti (rusca), 18 iyun 1920-ci il, № 39.)
Bahadur bəy Qalabəyov Difai partiyasının üzvü idi. O, qohum-qəbiləsi ilə birlikdə əl-ələ, çiyin-çiyinə verib, əhalinin müdafiəsini təşkil etmişdi.
1900–1905-ci illərdə Yelizavetpol (Gəncə) qubernatoru olmuş Nikolai Lutsau Qafqaz canişininə məruzə etmişdi ki, “Cavanşir qəzasının erməni sakinləri 1905-ci ilin fevral ayından istefada olan zabitlərdən ordu təşkil edib, dövlətə qarşı çıxırlar”. (GMA, f. 13, siyahı 77, iş 149, vər. 8-10) Bahadur bəy Qalabəyov erməni qatil-quldurlarına xəbərdarlıq etmişdi ki, türk-müsəlman kəndlərinə yaxınlaşan silahlı şəxsləri vuracaqlar.
Bahadur bəy Qalabəyov 1913-cü ildə “Nəşri-Maarif” cəmiyyətinə 200 manat ianə etmişdi.
Bahadur bəy Qalabəyov 1918-1920-ci illərdə də Cavanşir qəzasının əhalisini erməni basqınçılarından qorumuşdu.
Əsrin əvvəllərində Bahadur bəy Qalabəyov tərəfindən Əyricədən Yevlağa qədər salınan daş yola hərəkət edən Nuru paşa başının dəstəsi ilə günortaya yaxın Yevlax vağzalına yetişdi. Bəli, bu, o Nuru paşadır ki, gələcəkdə bütün Azərbaycan xalqını, onun dövlətçiliyini xilas edərək azərbaycanlıların xilaskarı adıyla ürəklərdə unudulmaz məhəbbət yuvası quracaq. Əzəmətli, boy-buxunlu Faruq Nuru paşa oynaq yerişli boz kəhər atın belində, onunla yanaşı at belində 6-cı ordunun zabiti Lazım bəy gəlirdi. Sonrakı cərgələrdə hər sırada üç nəfər atlı olmaqla iyirmiyə yaxın hərbi geyimli zabit, arxada isə Osmanlı aynalısı, üçatılan və beşatılanla silahlanmış, tüfənglərini yəhərin üstündə yanpörtü tutmuş on-on beş nəfərdən ibarət suvari mühafizə dəstəsi, bir də Naxçıvandan Kəlbalı xan və Qarabağdan Sultan bəy tərəfindən qoşulmuş bələdçilər gəlirdi.
Qeyd etdiyimiz kimi Şimali Azərbaycanın türk-müsəlman əhalisinə qarşı təcavüz və qırğın siyasətini Bakı Xalq Komissarları Şurasında hakimiyyəti ələ keçirmiş S.Şaumyan başda olmaqla onun erməni və rus silahdaşları həyata keçirmişdilər. Onlar Bakı şəhərində təşkil olunan hərbi hissələrə birinci növbədə Həştərxan, Petrovsk, Krasnovodskdan olan erməni əsgərləri daxil edir və Bakıda saxlayırdılar. S.Şaumyan bolşevik ordusu tərkibinə daxil etdiyi erməni briqadasında polkovnik Avetisov, daşnak Amazaps və digər ermənilər komandir heyətinə daxil edilmişdilər. Erməni hərbi hissələri silahlandırılır, ermənilər yaşayan ərazilərin ətrafında səngərlər qazılır və Çar Rusiyası ordusunda qulluq etmiş türk-müsəlman zabitlər həbs olunurdu. Nəzərdə tutulmuş hazırlıqdan sonra 1918-ci mart ayının 30-da rus-erməni hərbi hissələri Bakı şəhərinin müsəlmanlar yaşayan məhəllələrini hərbi gəmilərdən və təyyarələrdən atəşə tutdular. Üç gün ərzində ermənilər 30 min nəfərə qədər türk-müsəlmanı qətlə yetirdilər. Erməni bolşevik quldurları bundan sonra qəzalara hücum edərək, Şamaxıda 40000, Qubada 2000, Lənkəranda 4000 dinə türk-müsəlmanı məhv etdilər, dörd günlük- iyunun 27-də iyulun 1-dək çəkən Göyçay döyüşündə məğlub olub geri məkilməyə məcbur oldular. Başda Nuru Paşa olmaqla Qafqaz İslam Ordusu Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyul ayının sonuna yaxın S.Şaumyanın başçılıq etdiyi Bakı bolşevik hökuməti istefa verməyə məcbur oldu. Rus-erməni-daşnak-bolşevik hərbi birləşmələri canlı türk-müsəlman ordusunun zərbələri altında geri çəkilirdilər. Qafqaz İslam Ordusu 1918-ci il sentyabr ayının 15-də isə Bakını rus-erməni istilasından azad etdi və erməni terroruna son qoydu.
Bahadur bəy Qalabəyov Maya xanım Eyvazxanbəyova ilə ailə qurmuşdu. Ələkbər bəy adlı oğlu vardı.
Bahadur bəy Qalabəyov: el üçün yansa da..

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
12:36