Əliş bəy Qarabağda tanınmış nəsil olan olan səfiyevlərə mənsubdur. Bu soyun ulu babası Hacı Bünyadalıdır. Hacı Bünyadalı XIX əsrdə Kəbirli mahalının indiki Salmanbəyli kəndində dövran sürmüşdü.ı Bünyadalının Səfi adlı oğlu vardı.
Səfi Hacı Bünyadalı oğlu Şuşa qəzasının Kəbirli sahəsinin Salmanbəyli kəndində anadan olmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul olmuşdu.
Səfinin törəmələri Səfiyev soyadını daşıyırlr.
Səfi Gülxanım Hacı Alı qızı ilə ailə qurmuşdu. Abbas, Binnət adlı oğlanları vardı.
Abbas Səfi oğlu Şuşa qəzasının Kəbirli sahəsinin Salmanbəyli kəndində doğulmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul olmuşdu. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Abbasın Nadir, Müslüm adlı oğlanları vardı.
Nadir Hacı Abbas oğlu Şuşa qəzasının Salmanbəyli kəndində dünyaya gəlmişdi. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul olmuşdu.
Nadirin Əliş adlı oğlu vardı.
Əliş Nadir oğlu 1898-ci ildə Şuşa qəzasının Kəbirli obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra dayısı Rəhim bəy Novruzbəyovun açdığı məktəbdə oxumuşdu. Zaqafqaziya (Qori) Müəllimlər seminariyasında təhsilini davam etdirmişdi. 1917-ci ildə seminariyanı tamamlamışdı. Seminariyada Abaşidze, Məiş Hüseynov, Qəzənfər Qəniyev, Yusif Qasımov, Yasin Miralayev, Hüseyn Paşayev, Xosrov Şirinbəyov, Lətif Şahməmmədbəyov, Əhməd Seyidov və Rzaqulu bəy Şadlinski ilə birgə təhsil almışdı.
Əliş bəy Səfiyev bir çox məktəblərdə müəllim işləmişdi.
Əliş bəy Səfiyev Qönçə xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə qurmuşdu. Qadir, Nadir, Zakir adlı oğulları, Zərrəntac xanım, Sənəm xanım adlı qızları vardı.
Qarabağın vətənpərvər ziyalıları Şuşa şəhərində müxtəlif xarakterli mədəni kütləvi tədbirlər - teatr tamaşaları, müsamirələr və s. keçirməklə xalqın ictimai-siyasi şüurunun daha da inkişaf etməsinə, onların milli mənlik uğrunda mübarizəyə qalxmalarına təkan verməyə çalışırdılar. Bu işdə ətraf qəzalarda müəllim kimi fəaliyyət göstərən Ə. Sofiyev və b. ilə yanaşı Rəsul Hacıyev, Zülfüqar Hacıbəyov və digər xadimlərin tez-tez Şuşada müxtəlif xarakterli mədəni-kütləvi tədbirlər keçirməyə gəlmələri lə öz uğurlu təsirini göstərirdi.
Əliş bəy Səfiyev: xalq müəllimi
Əliş bəy Səfiyev

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
13:07