Mirzə Məhəmmədəli xan Qaragözlü: yaxşı ad sahibi

XIX əsrdə Qacarlar dövlətinin bir sıra idarələrində bacarıqlı katib-xəttat kimi çalısan azərbaycanlı səxsiyyətlər olmuşlar. Onlardan biri Mirzə Məhəmmədəli xandır.

Mirzə Məhəmmədəli xan 1847-ci ildə Həmədan əyalətinin Qırxlar kəndində anadan olmuşdur və Məhəmməd xanın oğludur. Qaragözlü elinin Hacılı oymağındandır.   

         Allahqulu xan Elxanı Həmədan hakimi təyin olunduğu zaman Məhəmmədəli xanı oz münşibasısı, (rəisi-dəftəri-hökumət), yəni Həmədan hökumətinin dəftərxana rəisi vəzifəsinə təyin etdi. O, gözəl xəttə malik idi və 1876-cı ildə Allahqulu xan başqa işə təyin olunaraq, Tehrana dəvət olunduqda onun yanında munşi-xəttat vəzifəsini icra etməyə baslamışdır.

         Allahqulu xan Elxanı 1881-ci ildə Zəncan hakimi təyin olunduğu zaman Məhəmmədəli xan da öz əvvəlki pesəsi ilə onun yanında xidmət etməyə başladı. Məhəmmədəli xan 1882-ci ildə Allahqulu xan vasitəsilə Londondan Tehrana qayıtmış İranın səlahiyyətli numayəndəsi Mirzə Mülkum xanla tanış olmuş, sonra isə İngiltərə səfirliyinə munşi vəzifəsinə təyin olunaraq onunla Londona getmişdir, 6 il İranın Londonda fəaliyyət göstərən səfirliyində çalışmışdır. O, bu müddət ərzində nümayəndə kimi iki dəfə Tehrana gəlmişdir. Mirzə Məhəmmədəli xan burada fəaliyyət göstərərkən Mirzə Mülkum xanın İranın İslər Nazirliyinə göndərdiyi məlumat və raportları səlis xətlə yazır, eyni zamanda "Qanun" qəzetinin nəşrində fəal iştirak edirdi.

         Mirzə Məhəmmədəli xan Qaragözlü Londonda nəşr olunan və İrana gətirilməsi qadağan edilmis "Qanun" qəzetində fəaliyyətinə gorə Nasirəddin şahın göstərişi ilə həbs olunmuşdu. Məlum olduğu kimi bu qəzet İranda hökm sürən haqsızlıqları, o cümlədən sah usul-idarəsini açıq tənqid etdiyi üçün qadağan edilmişdi. Burada dərc olunan yazıların Mirzə Məhəmmədəli xanın qələmindən çıxdığı güman edildiyi üçün bir neçə adamı, o cümlədən onu Qəzvinə sürgun edib, 22 ay orada saxladılar. Qeyd etmək lazımdır ki, Nasirəddin şahın qatili Mirzə Rza Kirmani də onların arasında idi.

         Məhəmmədəli xan Həmədani həbsdən azad edildikdən sonra yenidən Avropaya getmiş, 1892-1902-ci illərdə orada çalısmış, yaşamışdır. O, 1903-cü ildə Avropadan qayıtdıqdan sonra Fəridülmülk ləqəbinə layiq gürülərək, Kirmanşaha göndərilmiş və orada xarici işlər üzrə kargüzar və pasport isləri rəisi vəzifəsinə təyin olunmuşdur.

Məhəmmədəli xandan "Yaddasthayiruzaneyi xətti" adlı gündəlik yadigar qalmısdır. O, gündəliyin bir yerində belə yazır: "Şükur edirəm ki, burada (Kirmansahda-Ə.Ç.) heç kəs məndən narazı və şikayətçi deyildir. Yaxşı ad qazanmağı dünya malından və insanlara əziyyət verməkdən üstün tutdum. Kirmanşahda qazandığım yazdıqlarımdır". (Mirzə Məhəmmədəli xan Qaragözlü, Xatirati-Fərid, )

O, iki il Həmədanda kargüzarlıqla məşğul olmus, çətin şəraitdə yaşamısdır.

         Məhəmmədəli xan Həmədani 1334-cü (1915) ildə, 71 yaşında vəfat etmişdir.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

 

21:34