Məşədi Əyyub Baki: xoştəb, xoşxətt və xoşgüzəran..

Məşədi Əyyud Baki
Əslən qarabağlı olan XIX əsrin gözdə və görkəmli şairlərindən biri də Məşədi Əyyub Bakidir.
Məşədi Əyyub Baki Qarabağda, Şuşada məşhur olan sadıqovlar soyuna mənsubdur. Sadıqovlar Cavanşir elinin Hacılı oymağına bağlıdırlar. Bu soyun ulu babası Daşdəmir Cavanşir-Dizaq mahalından Şuşaya köçmüşdü. İndiki Merdinli məhəlləsində məskunlaşmışdı. Ticarətlə məşğul olmuşdu.
Daşdəmirin Ocaqqulu adlı oğlu vardı.
Ocaqqulu Daşdəmir oğlu 1772-ci ildə Şuşa şəhərinin indiki Merdinli məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul olmuşdu. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Ocaqqulu 1860-cı ildə vəfat edib.
Hacı Ocaqqulu Gülü ilə ailə qurmuşdu. Sadıq adlı oğlu vardı.
Sadıq Hacı Ocaqqulu oğlu 1820-ci ildə Şuşa şəhərinin indiki Merdinli məhəlləsində doğulmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul olmuşdu. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Sadıq Püstə xanım Zeynalabdin bəy qızı Vəzirova ilə ailə qurmuşdu. Muxtar, Əhməd, Nəsir, Əyyub adlı oğlanları, Güllü xanım adlı qızı vardı.
Hacı Sadığın dördüncü oğlu Əyyub 1866-cı ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Əyyub bir müddət Şiraz şəhərində yaşamışdı.
Məşədi Əyyub Bakinin Şuşada 3 mərtəbəli evi vardı. Tədqiqatçı-jurnalist Vasif Quliyev yazır: “Məşədi Əyyub Bakinin evi isə Merdinli məhəlləsində üçmərtəbəli bina idi. Bu evdə şair Məşədi Əyyub Baki və qardaşı, “Lövhi” təxəllüslü şair Məşədi Nəsir birlikdə yaşayırdılar. Həmidə xanım Cavanşir binanın ikinci mərtəbəsini bir neçə illiyə kirayəyə götürmüş, birinci mərtəbəsində dəzgahlar düzəltdirib toxuculuq emalatxanası açmışdı. Həmin emalatxanada şuşalı qadınlar yundan parça toxuyur və dolanışıqlarını çıxarırdılar. Cəlil Məmmədquluzadə “Ölülər” və “Anamın kitabı” əsərlərini burada yaşayarkən yazıb tamamlamışdı. Evə vaxtaşırı olaraq dövrün tanınmış yazıçı və şairləri, sənət adamları gələr, xalqın gələcək taleyi barədə müxtəlif mövzularda söhbətlər aparar, müzakirələr edərdilər.
Sonralar Şuşanın varlı tacirlərindən olan Məşədi Məhəmməd həmin evi almış, küllü miqdarda pul xərcləyərək lazimi qaydada təmir etdirmişdi. Sovet hakimiyyəti illərində həmin binanın üst mərtəbəsində Şuşa Rayon Partiya Komitəsi, alt mərtəbəsində isə Şuşa Rayon Komsomol Komitəsi yerləşirdi”. (https://www.azerbaijan-news.az/posts/detail/susada-gorkemli-sexsiyyetler...)
Məşədi Əyyub şair idi. Baki təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firudin bəy Köçərli öz əsərlərində söhbət açmışlar.
Mir Möhsün Nəvvab yazırdı: “Məşədi Əyyub mərhum Hacı Sadıq bin Hacı Ocaqqulu Qarabağın Şuşa əhalisindəndir. Cənab Məşədi Nəsir Levhinin ən kiçik qardaşıdır. Şuşa şəhərində anadan olub, İyirmi beş yaşı var. Zəif bədənli, xoşsurət, saf əhvalı, şən-zarafatcıl xoşsöhbət bir cavandır. Bütün söz-söhbətli zarafatla doludur, azyaşlı olmasına baxmayaraq, ardıcıl, xoş mitfi, mətin və duzlu şerləri, müxtəlif qəzəlləri var. Təxəllüsü Bakidir. Bizim “Məclisi-faramuşan”ın üzvlərindən biridir. Aşağıdakı şeirləri öz dəsti-xəttilə yazılmışdır.
(Rəbbi-ül-əvvəl 1309-cu il).
(Bakının öz xəttilə)
Əzizimiz şuşalı Nəvvab Mir Möhsün Ağamirzadənin xahişi ilə mən, Məşədi Əyyub mərhum Qarabağ taciri Hacı Sadıq oğlu-Baki təxəllüs-dostlarıma yadigar məqsədilə sözlərimi öz dəsti-xəttimlə bu nüsxəyə yazıram. Baxmayaraq ki, bəndəniz öz ömrünü başa vurmaq üzrədir. Lazım bilir ki, nə qədər ki, canında su var, alimlərimiz astanasına baş əysin. On yeddi yaşında evlənmişəm. Hal-hazırda 25 yaşım vardır.
Ərəb torpağından uzaq düşmüşəm, fars küləyinə məruz qalmamışam. Qorxum yoxdur. Yeddi il Qarabağın Beytül-ədəbində (məktəbində) Hacı Məhəmməd bəy Qarabağinin oğlu Mirzə Kərimdən dərs almışam. O, yeniyetmə cavan olsa da, həqiqətdə doxsan yaşlı qoca kimi tavanası yoxdur.
Öz əhvalımı öz şerimlə belə söyləyə bilərəm:
Məhəbbət gülüstanında nə günəş, nə torpaq,
Eşq məhəlləsində nə bulanmış nə ətəyi təmiz olmaq?!
Xülasə, şairlik məsələsində də ixtilaf mövcuddur, bəziləri zövqə, bəziləri isə təbə malik olmağı üstün tutur. Lakin bu sətirlərin müəllifi deyir ki, zövq və təbin yuxarıdakı məsələyə dəxli yoxdur. Çünki bütün bəşər övladı zövq və təbə malikdirlər, belə olduqda nə üçün hamı şair olmasın? Əgər Allah verəndirsə (fitridirsə) zülm və əziyyəti düçardırlar. Hər kəsin gözü varsa, dərk edib ki, həqiqətən şerin badəsi məhəbbətdir. Belə ki, görkəmli (itaəti vacib olan) şairlər bu həqirin sözünün şahididir. Ah, bisavadlıq!
1309-cu il rəbiüssani ayında Qarabağın məşhur Şuşa qalasında yazıldı”. (Mir Möhsün Nəvvab, Təzkireyi-Nəvvab, Bakı, “Azərbaycan” nəşriyyatı, 1998, 560 səh. S.379-380)
Məşədi Əyyub Bakinin şeirlərindən örnək.
Viran olu könlüm evi viranə görəndə,
Viranə virantər olu viranə görəndə.
Billahi, tutub od, yanaram şəm tək axir,
Hər yerdə ki, xakistəri-pərvanə görəndə.
Aşüft oluram zülfi-pərişan kimi hər dəm,
Könlüm kimi hər yerdə sınıq şanə görəndə.
Qəmnak olu hər kim məni, ya şeirimi görsə,
Aqil olu divanə çü divanə görəndə.
Yüz hiylə ilə zahidi-xudbinin əlində
Kafər oluram səbheyi-səddanə görəndə.
Yox məndə nə mey rəğbəti, nə cəzbeyi-saqi,
Qan ilə dolar çün məni peymanə görəndə.
Dərd əhü oturub bir neçəsi badə içəndə,
Çox dərd olumuş onlara biganə görəndə.
Nəvvab, Qaradaği, deyəyin Növrəsə bari,
Kəc fikrə ki, o düşməyə meyxanə görəndə.
Baki gözü peyvəstə tökər əşki-xunalud,
Hər yerdə ki, yox təxtəpuşi xanə görəndə.
Məşədi Əyyub Baki 1900-cü ildə vəfat edib.
Məşədi Əyyub Balış xanım Mehdi bəy qızı Vəzirova ilə həyat qurmuşdu.

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
20:37