Mehdi bəy Mehdibəyov Azərbaycanın gözəl guşələrindən biri olan qədim-qayım Qarabağ vilayətinin xalqımızın fikir xəzinəsinə, söz-sənət dünyasına, təhsil və mədəniyyət elitasına bəxş etdiyi ən dəyərli simalardan biridir.
Mehdi bəy Qarabağda, Şuşada tanınmış mehdibəyovlar soyuna mənsubdur. Bu soyun ulu babası Mehdi bəydir. O, XVIII yüzilin sonlarında Şuşa şəhərində yaşamışdı. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Mehdi bəyin törəmələri Mehdibəyov soyadını daşıyırlar.
Mehdi bəyin İbrahim bəy, Qasım bəy adlı oglanları vardı.
İbrahim bəy Mehdi bəy oğlu 1801-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu.
İbrahim bəy 1826-1828-ci il Rusiya-İran müharibəsində iştirak etmişdi. Komendantlıq tərəfindən medalla təltif olunmuşdu.
İbrahim bəyin Ağa bəy adlı oğlu vardı.
Ağa bəy İbrahim bəy oğlu 1835-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Ağa bəyin Mehdi bəy adlı oğlu vardı.
II Mehdi bəy Ağa bəy oğlu Mehdibəyov 1863-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Sonra, on yaşında türk-rus (rus-tatar) məktəbində təhsil almışdı. Fars və rus dillərini mükəmməl öyrənmişdi.
Mehdi bəy Mehdibəyov pedaqoq idi. Bir çox məktəblərdə müəllim kimi çalışmışdı.
Mehdi bəy Mehdibəyov Yevlax yük stansiyasında marka vuran, un anbarında işçi kimi çalışmışdı. Sonra Aşqabada getmiş, Rus gəmiçilik idarəsində kantorda çalışmışdı.
Mehdi bəy Mehdibəyov diplomat idi. İranda konsul kimi çalışmışdı.
Mehdi bəy Mehdibəyov gözəl şeirlər yazırdı.
XX əsrin əvvəllərində dağlar gözəli Şuşanın çiçəklənməsi, elm, mədəniyyət və incəsənətin sürətli inkişafı üçün geniş imkanlar yarandı. Xoş avazı, gözəl səsi ilə bütün Şərqdə, Avropanın bir sıra ölkələrində böyük şöhrət qazanmış görkəmli sənətkarlarla yanaşı, gənclər arasında da nadir istedadlar yetişməyə başladı və Şuşada musiqi sənətinin inkişafı üçün daha güclü təkan oldu. Mehdi bəy Mehdibəyov Şuşaya qayıdıb, uşaqlara musiqi öyrətdi. O, gənc nəslə tar çalmağın sirrini böyük həvəslə aşılayırdı.
Mehdi bəy Mehdibəyov bütün şüurlu həyatını və fəaliyyətini bilavasitə Vətən təhsilinin, mədəniyyətinin hərtərəfli inkişafına, kompleks tərəqqisinə həsr etmişdi.
Mehdi bəy Mehdibəyov mənalı ömür yolu zəhmətlə, alın tərilə əldə edilən şərəfli həyatın, mənalı illərin, məhsuldar çağların məcmusudur. Bu ömür yolunda zəhmət, istedad, intellekt, qələm əzəməti və qüdrəti, şair səmimiyyəti, müəllim hikməti, ziyalı müdrikliyi naxışlarla dolu bir xalı toxuyub. Bu xalının hər bir naxışı Azərbaycan xalqının mənəvi sərvətidir.
Mehdi bəy Mehdibəyov 1915-ci ildə vəfat edib.
Mehdi bəy Cavanşir soyundan olan Bəyim xanım Cəfər bəy qızı Qasımbəyova ilə ailə qurmuşdu. Əli bəy, Baxış bəy adlı oğlanları, Faximə xanım adlı qızı vardı.
Mehdi bəy Mehdibəyov nəcib, alicənab insani keyfiyyətləri mehdibəyovlar nəslinin ümumi təlim-tərbiyəsi ilə bağlı idi. Onun övladları və nəvələrində də bu ziyalı keyfiyyətləri var, daima cücərib yeni nəslinə də sirayət edir.
Mehdi bəy Mehdibəyov: Mənalı yolun yolçusu..

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
14:31