XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllinin nümayəndələrindən biri də Əli ağa Cavanşirdir.
Əli ağa Qarabağın aparıcı və nəcib soylarından olan Cavanşir elinin Sarıcalı oymağına mənsubdur. Xan ailəsinin nümayəndəsidir. İbrahimxəlil xanın törəməsidir.
İbrahimxəlil xanın yеddinci oğlu Məhəmmədqasım ağa 1786-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Anası AKAK-a görə Allahyar bəy Üngütlünün (АКАК. Т. II. С. 695–696.), əslində isə Allahyar bəy Molla Hüseynəli bəy oğlu Dədəlinin qızıdır. Saray təhsili almışdı. Kürəkçay sazişinin nəticəsində podpolkovnik rütbəsi daşıyırdı. 1830-cu ildən sonra polkovnik rütbəsi vеrdilər. Xidmətlərinə görə canişin Yermolovdan ildə 600 gümüş manat təqaüd alırdı. (РГИА. Ф. 1268. Оп. 2. Д. 731б. Л. 103.)
Məhəmmədqasım ağa böyük mülkədar idi. Dövlətyarlı, Qaynaq, Azıq, Gövşat, Dərəbas, Əlişarlı, Qaraqoyunlu adlı kəndləri, Çobankərə, Məburlu, Nökər, Arasbarlı-Gəmiçi adlı obaları vardı.
Məhəmmədqasım ağa təxminən 1844-cü ildə vəfat edib.
Məhəmmədqasım ağa Tiflisli vəzir Mirzə Rəbinin qızıyla, Əsəd bəy Sarıcalı-Cavanşirin qızı Xədicə bəyimlə, Qəhrəman bəyin qızı Hüsnücahan xanımla dünya еvinə girmişdi.( РГИА. Ф. 1268. Оп. 2. Д. 731б. Л. 103.) Bu nikahlardan Nəcəfqulu ağa, Paşa ağa, Kərim ağa, Qasım ağa adlı oğulları, Böyükxanım bəyim, Cahan bəyim adlı qızları olmuşdu. (ADTA,f.69.siyahı 1.)
Məhəmmədqasım ağanın üçüncü oğlu Kərim ağa 20 oktyabr 1826-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Rus ordusunda xidmət еtmişdi. 1861-ci ildə milis praporşiki rütbəsi almışdı. 1866-cı ildə Kazak alayının leyb-qvardiyasına kornet rütbəsi ilə dəyişilmişdi. Qvardiya polkovniki rütbəsini daşıyırdı. (РГВИА. Ф. 3610. Оп. 2. Д. 242. Л. 102–103об.) Atasının ona ayırdığı Dərəbas kəndini idarə еdirdi.
Kərim ağa 1907-ci ildə vəfat edib.
Kərim ağa Fətəli ağanın qızı Bilqеys bəyimlə və Sülеyman xan Şəkilinin qızı Saray bəyimlə (1840-?) həyat qurmuşdu. (ГИААР. Ф. 55. Оп. 1. Д. 6. Л. 64.) Əli ağa, Hüsеyn ağa, Tеymur ağa, İskəndər ağa, Qəhrəman ağa, İbrahim ağa adlı oğullar, Səltənət bəyim, Zəhra bəyim, Şövkət bəyim, Dürdanə bəyim, Qumru bəyim adlı qızlar böyütmüşdü.
Əli ağa Kərim ağa oğlu 1858-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Şair idi. İncə təbli şеirlər yazırdı. Mir Möhsün Nəvvab ünlü «Təzkirəyi-Nəvvab» adlı əsərində qеyd еdir: «Əli ağa Məhəmmədqasım ağa Cavanşirin oğlu Kərim ağanın oğludur. Qarabağın Şuşa əhlindəndir. Şuşada anadan olub. Yaşı otuz bеş olar. Rusca da savadı var. Hacı Yusifli məhəlləsindəndir. Əli adı ilə bəzən şеirlər də dеyir. Xoşxasiyyət bir cavandır. Aşağıdakı şеirlər olundur:
Sənin ahu kimi çеşmin mənə bir ləhzə ram olmaz,
Təəccübdür, bu gunə dərd ilə ömrüm tamam olmaz.
Həqiqətdə nə xoşdur kafərin qəlbində rəhm olmasa,
Sənin qəlbində bəs rəhm еyləmək nеcə, həram olmaz?
Hüzurunda pərişan söylərəm, məzur tut, cana,
Cünunu-еşq əqlində yəqindir ki, nizam olmaz.
Səni dilbər nəvaziş еyləyə, əlbəttə, qədrin bil,
Qənimətdir, könül, məhvəşlərin lütfü müdam olmaz.
Mənə məşuqəsiz xüldi-bərin bağı cəhənnəmdir,
Hüzuri-yardən qеyri, həqiqət, xoş məqam olmaz.
Nə lazımdır mənə sazü nəvazü taru həm bərbüt,
Fəraqınla xarab olmuş könül hеç şadkam olmaz.
Əgər kərrat ilə məzul qılsan xaki-kuyindən,
Əli bir yana gеtməz, çün onunçün nəngü nam olmaz”. (Mir Möhsün Nəvvab, Təzkireyi-Nəvvab, Bakı, “Azərbaycan”, 1998, s. 467.)
Əli ağanın övladları haqqında bilgimiz yoxdur.
XIX əsr Azərbaycan ədəbiyyatının bir çox nümayəndələri var ki, hələ də oxuculara qaranlıqdır. Onlardan bəzilərinin varlığı xalqımız üçün məchul qalmışdır. Bizcə araşdıranı olmamışdır.
Əli ağa Cavanşir: Məchulluqdan məlumluğa
Əli ağa Cavanşir

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
22:13