Məşədi Məhəmmədqasım bəy Dizaqi: Erməni fitnəsinin qurbanı

Erməni amilini Cənubi Qafqazda təşkil edənlər və ondan öz imperiya məqsədləri üçün istifadə edən hegemon dövlətlərin dəstəyi XIX əsr boyu avantüralara söykənən erməni fitnəsinin yeni-yeni faciələr törəməsinə münbit şərait yaradıb. Fürsət düşəndə pislik etməkdən çəkinməyən ermənilərin qurbanlarından biri də Məşədi Məhəmmədqasım bəy Dizaqi oldu.
Məşədi Məhəmmədqasım bəy Səlim bəy оğlu 1777-ci ildə Dizaq mahalının Rəfəddinli kəndində dünyanı tanımışdı. Mədrəsə təhsili almışdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. İbrahimxəlil xana və Mehdiqulu xana xidmət etmişdi.
Məşədi Məhəmmədqasım bəy diplоmat idi. Dəfələrlə İrana, Qacar şahlarının sarayına elçi getmişdi.
Azərbaycanın Şimal xanlıqlarının ərazilərinin işğalından sonra, 1813-cü ildə müsəlman əyalətlərini idarə etmək üçün iqamətgahı Qarabağın mərkəzi Şuşada yerləşməklə xüsusi orqan - “Müsəlman əyalətləri hakimi” təsis edildi. Bu orqanın yaradılması Azərbaycan xanlıqlarının, xüsusilə də Qarabağ xanlığının tamamilə ləğvi istiqamətində atılan mühüm addım hesab edilməlidir. Maraqlısı budur ki, “Müsəlman əyalətləri hakimi»” vəzifəsinə qatı xristian təəsübkeşi olan V. Q. Madatov təyin edildi.
A. P. Yermolov komissiyaların fəaliyyəti dövründə Qarabağı idarə edən knyaz Mədətovu şahzadə Abbas mirzə ilə görüşməyə cəlb etdi. Görüşdə sərhəd xəttinin müəyyən olunması məsələsi müzakirə olunmalı idi. Нər iki tərəfin razılığı ilə görüş Xüdafərin körpüsünün yanında baş verdi. Böyük qüvvə ilə burada düşərgə salan knyaz Mədətov Abbas mirzəni atəşfəşanlıqla qarşıladı. Lakin onunla danışıq heç bir nəticə vermədi. Beləliklə, bir tərəfdən qışm yaxınlaşması, digər tərəfdən Rusiyanın
Göyçə gölünün şimal və şimal-şərq hissələrini güzəştə getməməsi üzündən sərhəd xəttinin müəyyən olunması yarımçıq qaldı. Heç nəyə nail olmayan komissiya üzvləri də dağılışdılar (Потто В. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях, т.3, СПб, 1886, c. 15- 16).
Tatixçi Mirzə Yusif Qarabaği yazır: " General Mədətov bu dövlətin başçılarının izin və icazəsi ilə şahzadə ilə görüşmək arzusunu bildirdi. Buna görə də öz ölkəsinin məşhur bəylərindən, Qazax atlılarından bir neçəsini götürüb Xudafərin körpüsünün o tayına, Abbas mirzənin yanına getdi. Şahzadə Abbas mirzə Mədətovun barəsində lazım olan ehtiramı və izzəti göstərdi. General Mədətov şahzadənin ordusunun içərisində rus adətilə atəşfəşanlıq və bayram keçirilmək üçün ona icazə verilməsini xahiş etdi. Abbas mirzənin icazəsilə yaxşı atəşfəşanlıq tədarükü görüldü. Bir gecə elə atəşfəşanlıq göstərdilər ki, Abbas mirzə ordusu atlarının çoxu cilovlarını qırıb ordu içərisinə qaçdılar. Sübhə kimi çox adamlar öz atlarını tapa bilmədilər. Qızılbaşlar bu atəşfəşanlığa, onun ustalıqla düzəlməsinə, təşkil edənlərinə heyrət edib afərin dedilər. Bir dəfə Mədətov şahzadə ilə olan söhbət və danışıq zamanında ona demişdi: “Siz gərək Göyçə və Sədərəkdən əl çəkib bizim ixtiyarımıza verəsiniz ki, Tiflis və Gürcüstan xalqlarının otlaq yerləri geniş olsun”. Şahzadə Abbas mirzə Mədətovun belə cəsarət və ədəb qaydalarına riayət etməməsinə təəccüb edərək qəzəblənir. İkinci gün general Mədətovun dayısı Bidrus bəy şahzadənin yanına gedir.
Şahzadə Abbas mirzə ona şikayət edib deyir:
- Sənin bu bacıoğlun çox cahildir. Heç sözünə həd və ölçü bilmir, o bir nəfər generaldır, Rusiya şahının onun kimi minlərlə generalı var, heç kəsin bu cür söhbətlər eləməyə ixtiyarı yoxdur. Şah babam Tehranda, rus padşahı da Peterburqda oturmuşdur. Ancaq onlar belə sərhəd və vilayətlər barəsində danışıb bir-birinə bağışlaya bilərlər. Mənə və ona bu cür söhbətlərdən danışmaq yaraşmaz. Siz ki qoca və böyüksünüz, ona nəsihət ediniz. Burada yaxşı demişlər: “Elə ki cavanın cavanlığı cuşa gəldi, təqsir qocadadır ki, onu aram etməyir”. (Qarabağnamələr. II kitab. Bakı, "Şərq-Qərb", 2006, 288 səh.s.70)
General Velyaminovun 1825-ci il sentyabrın 25-də Abbas mirzəyə yazdığı məktubda İrəvan hakimi Hüseynqulu xanın hərəkətlərini qeyd edərək öz narazılığını bildirməklə yanaşı, guya bu torpaqların Gülüstan müqaviləsinə əsasən ruslara məxsusluğunu bir daha iddia etmişdi (16,60-61). Abbas mirzə isə general Velyaminova yazdığı ınəktubda onun iradının əsassız olduğunu, əksinə bu torpaqların müqaviləyə əsasən şah hökumətinə məxsusluğunu bildirmişdi. O, yazırdı: «Rusiya dövlətinin sərhəd rəisləri İran hökuməti sarayında saxlanılan general Yermolovun məktubuna və rus komissarlarının tərtib etdiyi xəritələrə əsasən bəzi əraziləri istəyirlər. Əgər ali İran dövləti tərəfindən sizin dövlətə ərazi güzəşt edilsə onda gözətçi məntəqəsi yaratmalısınız. Lakin о dövlət tərəfindən sizə bu icazə verilməyib, öz-özünə gözətçi məntəqəsi yaratmaq sülh müqaviləsinə ziddir. Mən təəccüb edirəm ki, Rusiya hökumətinin məmurları sülh müqaviləsinin əksinə olaraq belə hərəkətə cəsarət edirlər...»( Кавказский сборник, т. XXI, Тифлис, 1900, c. 62-63). Sənədlərdən göründüyü kimi, hər iki tərəf yazdıqları məktublarda bir-birini günahlandıraraq mübahisəli ərazilərin onlara məxsus olduğunu sübut etməyə çalışırdılar.
V. Q. Madatоvun tapşırığı ilə Qacarlar məmləkətinə yollanan Məşədi Məhəmmədqasım bəy Dizaqi sоn gedişində Abbas mirzə tərəfindən tutulmuş, geri buraxılmamışdı.
Məşədi Məhəmmədqasım bəy mülkədar idi. Şuşa şəhərində rəiyyəti, Rəfəddinli və Köşbək kəndlərində rəiyyəti və tоrpağı vardı.
Məşədi Məhəmmədqasım bəyin törəmələrindən bəziləri Səlimbəyov, bəziləri isə Məmmədqasımbəyоv sоyadını daşımışdılar.
Məşədi Məhəmmədqasım bəyin Həsən bəy və İsmayıl bəy adlı оğulları vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
14:29