Bəllidir ki, Şuşada yaşayan insanlar uzunömürlü olurlar. Çünki buranın havası və suyu təmizdir. Həmçinin burada insanlar çox hərəkətdə olurlar. Qida məhsulları da orqanikdir.
Şuşanın ən uzunömürlü şəxslərindən biri də Məşədi Pəncəli Əli oğludur. O, Şuşa şəhərinin, Pənahabad qalasının ilk bünövrəsini qoyanlardan idi.
Pəncəli Əli oğlu 1735-ci ildə Təbriz şəhərində dоğulmuşdu. Ailədə Pənci çağrıldığından bu adla tanınmışdı. Molla yanında oxumuşdu. Sənətlə ilgilənmiş, yəhər ustası – sərrac olmuşdu. Atası ilə bərabər Pənahəli xan Sarıcalı-Cavanşirin dəvəti ilə Bayat qalasına, ordan Şahbulağa, sonra isə Pənahabad qalasına gəlmişdi. Şuşa şəhərinin Təbrizli məhəlləsində məskunlaşmışdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Pənci yüz yaşı yıxıq salmışdı. Yumağa dönəndə Qasım bəy Zakir yazmışdı:
Saqqal dönüb süməkə, söyləmə, Zakir,
Qəflətdən ayıl sən!
Sövdayı-qiyamətdə gərək ər ola mahir.
Taət yolun öyrən.
Qorxum burasıdır ki, olam Pənci tək axır,
Baqqal daşı yek mən.
Köçmək dəmidir, yatma, kişi çapakü şakir
Dur, düş yola, tərpən!
Bihörmət ikən çarə odur mərgi arayım,
Şayəd ola qısmət.
XIX əsrdə Şuşada qocalara sataşanda bu deyimi işlədirdilər: “Ə, bədbəxt oğlu, yumağ olub, Məşədi Pənciyə dönmüsən?”
Məşədi Pənci 1857-ci ildə vəfat edib.
Məşədi Pəncinin Həsən, Məmmədəli adlı oğlanları vardı.
Bu il Şuşa ili elan olunduğundan sovqatlarımız çox olacaq. Siz oxumaqda olun..
Şuşa şəhərinin ilk sakinlərindən biri – Pənci

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
16:52