Azərbaycan xalqı və milləti qarşısında böyük xidmətləri olan şəxslərdən biri də Tağı bəy Şirinbəyovdur. O, əlində silah çar hökuməti, erməni quldurları ilə vuruşmuşdu. Ədaləti müdafiə etmişdi.
Tağı bəy Şuşada məşhur olan şirinbəyovlar soyundandır. Bu soyun ulu babası Əlinağı bəydir. Əlinağı bəy Şuşa şəhərində ömür sürmüşdü.
Əlinağı bəy Mehri xanımla ailə qurmuşdu. Şirin bəy adlı oğlu vardı.
Şirin bəy Əlinağı bəy oğlu 1794-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Şirin bəyin törəmələri Şirinbəyov soyadını daşıyırdılar.
Şirin bəy Kərbəlayı Tükəzban xanımla ailə qurmuşdu. Hüseyn bəy, Həsən bəy, Tağı bəy, Zeynal bəy, Məhəmməd bəy adlı oğulları vardı.
Şirin bəyin üçüncü oğlu Tağı bəy 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra rus-tatar məktəbində almışdı. Türk, fars, ərəb, rus və fransız dillərini bilirdi. Ticarətlə məşğul idi. II gildiya tacir idi.
Tağı bəy Şirinbəyov əsasən Rusiyanın Vladiqafqaz, Petrovsk şəhərlərində ticarətlə məşğul idi. Məlumdur ki, Şuşa şəhərinin xarici ticarətinin inkişafı və çiçəklənməsini Rusiya ilə bağlayırlar. Amma bir çox rus məmurları ticarət karvanlarının təhlükəsiz hərəkətlərini təmin etmək əvəzinə, özləri də quldurlarla birləşir, talan edilmiş malları bölmək məqsədilə ticarət yolları üzərindəki karvanların talan edilməsinə şərait yaradırdılar. Çar hökumətinin qanunlarına görə, tacirlər basqınlara məruz qalanda yerli hakimlər talan edilmiş malları ya tapmalı, ya geri qaytarmalı və yaxud da ticarət hesab kitabına uyğun qiymətlə onun dəfərini ödəməli idilər. Müsəlman tacirlərə barmaqarası baxan çar çinovnikləri get-gedə azğınlaşırdılar.
Tağı bəy Şirinbəyovun haqqı pozulduğundan hökumətdən qaçaq düşmüş, qardaşı Kərbəlayı Məhəmməd bəyin dəstəsinə qoşulmuşdu. Sonra özü müstəqil qaçaq dəstəsi yaratmışdı. 1880-ci ilə bağlı polis məruzələrindən aydınlaşdırdıq ki, Tağı bəyin qaçaq dəstəsində Kərbəlayı Dadaş Hacı Hüseynəli oğlu, Nəsir Kərbəlayı Namaz oğlu, Bəşir Məşədi Abış oğlu, Nəsir Əmiraslan oğlu, Kərbəlayı Həsən Kərbəlayı Mehdiqulu oğlu adlı adamlar vardı.
Aparılan araşdırmalar göstərir ki, qaçaqlıq həyatı yaşayan Tağı bəyin dəstəsinin daldanacaq yeri Xənəzək və Cəmilli arasındakı meşəlik idi.
Tağı bəy Şirinbəyov 7 aprel 1872-ci ildə Şuşa qəbirstanlığının yanında Yurkovskini cəzalandırmışdı.
Tağı bəy Şirinbəyov dəstəsi ilə 1881-ci ildə gecə basqınlarının birində qaravul nəfərlərindən sıravi Akim Fişenkonu yaralamışdı.
Şuşa şəhərindəki erməni əsilli gecə gözətçiləri şikayət edirdilər ki, Tağı bəyin atdığı güllələr qulağımızın dibindən keçir…
Tağı bəy və qardaşı Kərbəlayı Həsən bəy həmyerlisi Əhməd Qasım oğlunu yaralamışdılar.
Şuşa şəhər sakinləri Kərbəlayı Məhəmmədəli Ağakişi oğlu və əmisi oğlu Süleyman Dadaş oğlu Həşim Hacı Əli oglu (1840-1881) ilə dartışırdılar. Süleyman girəvəyə salıb, Həşimi öldürdü. Şəhərə səs düşdü. Həşim Kərbəlayı Həsən bəyin qaynatasıydı. Camaat orda-burda danışırdı ki, şirinbəyovlar onların nəslini kəsəcək. Kərbəlayı Məmmədəli qaçıb, polis idarəsində gizləndi. Süleymanı isə tutub, Sibirə göndərdilər. Bu arada Tağı bəyi də tutdular.
1886-cı il məlumatına görə Tağı bəy Şirinbəyov Gəncədə həbsxanada yatırdı. Sonra ona 5 il iş kəsib, sürgünə yolladılar.
Tağı bəy Şirinbəyov sürgündən dönəndən sonra Bakı şəhərində yerləşdi. Şəhərin bazarlarında bir neçə dükan açıb, istifadəyə verdi. Sonra Tütün fabriki açdı. Tez bir zamanda iş adamı kimi tanındı. Qardaşı Kərbəlayı Həsən bəyin övladlarını Bakıya dəvət etdi. Şəhərin görkəmli guşələrində torpaq sahəsi alıb, evlər tikdirdi. O, kapitalını ancaq bina tikintisinə deyil, həm də dövrün cəhalət girdabında boğulan xalqının maariflənməsinə, onun mədəniyyət səviyyəsinin yüksəldilməsinə sərf etmişdir.
Tağı bəy Şirinbəyovun fabrik və ticarət müəssisələrinin illik ticarət dövriyyəsi artıq 200 min rubla çatmışdı.
Tağı bəy Şirinbəyov Qarabağda olduğu kimi, Bakı şəhərində də fəqir-füqaraya yardım edirdi. O, kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıblara, qoca və xəstələrə arxa durur, təhsil almağa imkanı olmayan uşaqlara əl tutur, onların oxumasına yardım et-mək kimi humanist ideyalara qulluq edirdi.
Tağı bəy Şirinbəyov Bakı şəhərində “Qarabağlılar” məscidinin tikintisinə xeyli vəsait ayırmışdı.
Nisbətən azad sahibkarlıq üçün yaranan şəraitdən Tağı bəy Şirinbəyov iş imkanını genişləndirmək istəyirdi. Erməni qatil və quldurları imkan vermədilər.
Tağı bəy Şirinbəyov 1906-cı ildə Bakı şəhərində ermənilər tərəfindən öldürüldü. Mir Möhsün Nəvvab yazır: «Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən ataşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerindən ağır yaralanmışdı». (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, 128 səh. s.17).
Tağı bəy Şirinbəyov Göyçək xanımla ailə qurmuşdu. Böyükkişi bəy adlı oğlu, Tükəzban xanım, Zəhra xanım adlı qızları vardı.
Tağı bəy Şirinbəyov: bir əli verimdə..
Tağı bəy Şirinbəyov

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
18:15