Azərbaycan tarixinə zəhməti, insanpərvərliyi, prinsipiallığı, cəzarəti ilə adını yazan görkəmli hüquqşünaslardan biri də Mirzə Qasım bəy Mehmandarovdur. O, bir qazilər, fəqihlər, görkəmli hüquqşünaslar ocağına bağlıydı. Onun sosial-siyasi görüşləri istər Çar Rusiyanın müxtəlif yerlərində, istərsə də öz vətənində hüquq düşüncəsi və mədəniyyətinin formalaşmasında xeyli rol oynamışdır. Bu onunla izah edilə bilər ki, dövrün sosial-siyasi hadisələrinin gedişindən və başverən proseslərin mahiyyətindən bəhrələnmiş hüquqşünasın mütərəqqi ideyaları hüququn formalaşmasına təsir göstərməyə bilməzdi.
Mirzə Qasım bəy Qarabağda, Şuşada məşhur olan mehmandarovlar soyundandır. Bu soyun ulu babası Mirzə Əli bəydir. O, Qarabağ xanlığında mehmandar kimi xidmət etmişdi. Mirzə Əli bəyin Həsən bəy, Mustafa bəy və Sadıq bəy adlı oğulları vardı. Atası Mirzə Həsən bəy Mehmandarov (1803-1897) Qarabağın tanınmış mülkədarlarından və hüquq işçilərindən idi.
Qasım bəy Mirzə Həsən bəy oğlu 1837-ci ildə Şuşa şəhərində doğulmuşdu. Ilk təhsilini atasından almışdı. Sonra Qəza məktəbini bitirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Qasım bəy Mehmandarov 1848-ci ilin noyabr ayının 15-dən Şuşa qəza idarəsində xidmətə başlamışdı. 6 sentyabr 1849-cu ildə II dərəcəli dəftərxana xidmətçisi mülki çini almışdı. 1852-ci ildə həmin qəzada katib işləyirdi.
Mirzə Qasım bəy Mehmandarov 1853-cü ildə kollej qeydiyyatçısı çini ilə şöbə müdiri vəzifəsinədək yüksəlmişdi. Müharibədə Vladimir lentini gəzdirməklə tünd bürünc medala layiq görülmüşdü.
Mirzə Qasım bəy Mehmandarov 1853-1856-cı illərdə müharibədə iştirak etmişdi.
Mirzə Qasım bəy Mehmandarov 1858-ci ildə Kuban vilayəti Temryuk qəzası III sahəsinə məhkəmə müstəntiqi vəzifəsinə göndərilmişdi. 1873-cü ildə qəza rəisinə ərizə yazıb işdən çıxarılmasını xahiş etdi. Ərizəsinə müsbət cavab verildi. Sevincək Şuşaya döndü.
Mirzə Qasım bəy Mehmandarov hüququ gözəl bilirdi. Ona görə də işsiz qalmadı. 1873-cü ildə Yelizavetapol (Gəncə) Dairə məhkəməsində kiçik notarius məmuru kimi işə başladı. Sonra bu notariat kontorunun müdiri olmuşdu.
Mirzə Qasım bəy Mehmandarov 1854-cü ildə XII klas, sonra Quberniya katibi, daha sonra kollej assesoru, 1874-cü ildə saray müşaviri mülki çinlərini almışdı.
Mirzə Qasım bəy Mehmandarov 1893-cü ildə 35 illik qüsursuz xidmətinə görə IV dərəcəli “Müqəddəs Vladimir” ordeninə layiq görülmüşdü.
Mirzə Qasım bəy Mehmandarov ata baba xasiyyətlərinə uyğun çox mehmandar, qonaqpərvər adam idi. Qarabağdan Gəncəyə yola düşənlər düşərgə yeri ki onun evini seçirdilər. Xeyriyyəçi kimi də çavlanmışdı. Əmisi Mustafa bəylə birlikdə Şuşa şəhərinin “Təzə məhəlləsi”nə su çəkdirmişdi. Bulaq inşa etdirmişdi.
Mirzə Qasım bəy Mehmandarov 1891-ci ildə dul qalmış bacısı Ağca xanımın iki övladını Baxış bəy və Bahadur bəy Yusifbəyovları Gəncədə öz himayəsinə almış, hər ikisini oxudub məşhur hüquqşünas etmişdi.
Mirzə Qasım bəy Mehmandarov 3 avqust 1903-cü ildə vəfat edib. Şuşada “Mirzə Həsən” gorgahında dəfn edilib.
Şuşalı şair, “Şərqi-Rus”un Qarabağ üzrə müvəkkili İbrahim Tahir Musayev təmsil etdiyi qəzetdə yazırdı: “Bu avqust ayının 3-cü günündə Qarabağ nücəbalarından Gəncə şəhərinin notariusu, cənab Qasım bəy Mehmandarov mübtəla olduğu mərəzdən rəhayab olmayaraq və əsli-rəhəti-həqq oldu”.
Qasım bəy Mehmandarov əvvəlcə əmisi oğlu Mirzə Mustafa bəyin qızı Bilqeyis xanımla, onun vəfatından sonra Sayad xanım Ağa Əbdüləli qızı Quliyeva ilə ailə qurmuşdu.
Mirzə Qasım bəy Mehmandarov: öz kökünə uyğun

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
13:35