Bala bəy Gülməmmədbəyov: Münbit şərait və mühəndislik..

Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Bu mirasın daşıyıcılarından biri də Bala bəy Gülməmmədbəyovdur.
Bala bəy Qarabağda məşhur olan gülməmmədbəyovlar soyundandır. Bu soyun ulu babası Gülməhəmməd bəydir. Gülməhəmməd bəy ailəsi ilə bərabər Cavanşir-Dizaq mahalından köçüb, Şuşa şəhərinin Mеrdinli məhəlləsində məskunlaşmışdı. Pənahəli xan Sarıcalı-Cavanşirə, sonra İbrahimxəlil xana xidmət еtmişdi.
Gülməhəmməd bəyin törəmələri Gülməmmədbəyov soyadını daşıyırdılar.
Gülməhəmməd bəyin Həsən bəy adlı oğlu vardı.
Həsən bəy Gülməhəmməd bəy oğlu təxminən 1750-ci ildə Cavanşir-Dizaq mahalında anadan olmuşdu. Molla yanında təhsil almışdı. İbrahimxəlil xana xidmət еtmişdi. Pak Xorasan torpağını, Məşhədi müqəddəsi ziyarət etmişdi.
Məşədi Həsən bəyin Məhəmmədqasım bəy, Sadıq bəy adlı oğulları vardı.
Məşədi Həsən bəyin ikinci oğlu Sadıq bəy 1799-cu ildə Şuşa şəhərində anadan oliuşdu. Molla yanında oxumuşdu.
Sadıq bəyin Abbas bəy, Cəfər bəy, Hüseyn bəy, Bağır bəy adlı oğlanları, Püstə xanım, Nabat xanım, Nahid xanım, Salatın xanım, Xatın xanım adlı qızları vardı.
Abbas bəy Sadıq bəy oğlu 1836-cı ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu.
Abbas bəy Ağca xanımla ailə qurmuşdu. Əliş bəy, Həzi bəy adlı oğlanları, Maya xanım adlı vardı.
Əliş bəy Abbas bəy oğlu Gülməmmədbəyov (1878-1920) Şuşanın quruculuq işlərində fəal iştirak etmiş şəxslərdəndir. Şəhərdə “Dum Əliş bəy” ləqəbi ilə tanınırdı.
Əliş bəy Saray xanım Həsənəli bəy qızı Vəlibəyova ilə ailə qurmuşdu. İskəndər bəy, Bala bəy adlı oğlanları, Zümrüd xanım adlı qızı vardı.
Əliş bəyin ikinci oğlu Bala bəy 28 oktyabr 1912-ci ildə Şuşa şəhərinin Merdinli məhəlləsində anadan olmuşdu. Orta təhsilini bitirəndən sonra Azərbaycan Sənaye institutuna daxil olmuşdu. İnstitutu energetik ixtisası ilə tamamlayandan sonra “Azneft”in müxtəlif təşkilatlarında çalışmışdı.
Bala bəy Gülməmmədbəyov 1942-ci ilin iyul ayında orduya çağrılmışdı. Hərbi kamissarlığın 12 sentyabr 1942-ci il 2325 nömrəli qərarı ilə neftçi-mühəndis kimi Çkalov vilayətinin Buturuslan şəhərinə ezam edilmişdi.
Bala bəy Gülməmmədbəyov savaş bitəndən sonra Azərbaycana dönmüşdü. Dissertasiya müdafiə etmiş, texnika elmləri namizədi elmi adına yiyələnmişdi. Hidroenergetika, hidrometriya, hidrologiya və topoqrafiya sahəsində aktiv iştirak etmişdi. B. Gülməmmədbəyovun dissertasiyası müasir elmi-texniki tərəqqinin nailiyyətləri və texnologiyalarla bağlı olduğundan onun elmi-praktik nəticələri nəinki bizim ölkəmizdə, hətta bir çox yaxın və uzaq xarıcı ölkələrdə bəyənilərək elmi-təcrübi istehsalat sahələrində tətbiq tapmışdı. O, Azərbaycanda elektroenergetika sahəsində elmi tədqiqatların, xüsusən, hidroenergetika istiqamətində məqsədyönlü elmi araşdırmaların aparılmasında, hidroqovşaqların və su elektrik stansiyalarının layihələndirilməsində müstəsna xidmətlər göstərmişdi.
Bala bəy Gülməmmədbəyov 3 may 1991-ci ildə vəfat edib.
Bala bəy Gülməmmədbəyov Lətafət bəyim Kəlbəli ağa qızı Cavanşirlə ailə qurmuşdu. Fərhad bəy, Əlişir bəy adlı oğlanları, Şəmsə xanım adlı qızı vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
13:52