Hacı Həsən bəy Qarabağda, Şuşada tanınmış şəmşibəyovlar soyuna mənsubdur. Bu soy Cavanşir elinin Yağləvənd oymağının Külədərli tayfasına bağlıdır. Babası İsmayıl bəy Şəmşi bəy oğlu 1762-ci ildə Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Şuşa şəhərində yaşayırdı. Qarabağ hakimləri İbrahimxəlil xan Cavanşir və onun oğlu Mehdiqulu xanın yanında qulluq göstərmişdi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı İsmayıl bəy Hüsnüqəmər xanımla ailə qurmuşdu. Atakişi bəy, Abdin bəy adlı oğulları vardı.
Atası Atakişi bəy Kərbəlayı İsmayıl bəy oğlu Şuşa şəhərində doğulmuşdu. Mollaxanada oxumuş, mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Atakişi bəy Zəhra xanımla yaşam qurmuşdu. Rzaqulu bəy, Həsən bəy, İmamqulu bəy adlı oğulları, Bacıxanım xanım adlı qızı vardı.
O, zadəgan və zənginliyi ilə öyünməyib, əltutmaqla, yetim-yesirə dayaq-dəstək olmaqla təskinlik tapıb.
Atakişi bəyin ikinci oğlu Həsən bəy 1830-cu ildə Şuşa şəhərinin Merdinli məhəlləsində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Fəxri hacı ünvanı daşıyırdı.
Hacı Həsən bəy Şəmşibəyov Şuşa şəhərinin varlı-hallı adamlarından sayılırdı. Neçə-neçə faytonu, ilxısı vardı. Xurşidbanu bəyim şəhərə su çəkdirəndə pul üçün müraciət etdiyi adamlardan biri də Hacı Həsən bəy idi. Hacının səxavətinə görə su novunun birini onun qapısına çəkdirmişdi.
Hacı Həsən bəy Şəmşibəyov xeyriyyəçi kimi tanınmaqla yanaşı həm də ictimai xadim idi. O həyatı boyu Şuşada baş verən bütün hadisələrə maddi və mənəvi köməyini əsirgəməmişdi. Onun Qarabağ iqtisadiyyatının müxtəlif sahələrində, şəhərin quruculuğunda, sosial və mədəni tədbirlərdə əvəzsiz xidmətləri vardı.
Hacı Həsən bəy Şəmşibəyov həmişə yoxsullara əl tutmuş və yetimlərə havadar olmuşdur. Rastabazardakı dükanlarının nəfindən məscidlərə pul ayırar, oxumaq üçün uşaqları Kərbəlaya, Kazımeynə göndərərdi.
Hacı Həsən bəy qohumu, Yağləvənd Kərbəlayı Abbasqulu bəyin qızı Xanımağa xanımla yaşam qurmuşdu. Hüseyn bəy, Əli bəy, Mehdiqulu bəy, Şəmşi bəy, Kərim bəy, Qara bəy adlı oğulları, Zəhra xanım, Xanım xanım, Bulqeyis xanım və Gözəl xanım adlı qızları vardı.
Hacı Həsən bəy Şəmşibəyov: Xeyrxah və xeyriyyəçi
Ənvər Çingizoğlu
Jurnalist-etnoqraf

12:35