Hacı Zalov: Mən qəssab olmayacağam...

Azərbaycanın pedoqoqika tarixində yüzlərlə görkəmli müəllimlər olmuşdur ki, bu şəxsiyyətlər zaman-zaman tarixiləşərək, yaddaşlara köçmüş və həmişə xatırlanmışlar. Belə şəxsiyyətlərdən biri də görkəmli pedaqoq Hacı Zalovdur.

Hacı Şuşada tanınmış zalovlar soyundandır. Bu soyun ulu babasi İsmayıldır. İsmayıl Şuşa şəhərinin Gəlmələr məhəlləsində yaşayırdı.

İsmayılın Zal, Aslanəli adlı oğlanları vardı.

Zal İsmayıl oğlu 1824-cü ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində anadan olmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Atasından qalma qəssabxanası vardı. Orda ət satmaqla məşğul olmuşdu. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Zalın törəmələri əvvəlcə Hacıyev, sonra Zalov soyadını daşıyırdılar.

Hacı Zalın Səfər adlı oğlu vardı.

Səfər Hacı Zal oğlu 1858-ci ildə Şuşa şəhərinin Gəlmələr məhəlləsində doğulmuşdu. Məhəllə mollaxanasında oxumuşdu. Qəssab kimi fəaliyyət göstərmişdi.

Səfərin Hacı adlı oğlu vardı.

Hacı Səfər oğlu 1888-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. 1903-cü ildə real məktəbə qəbul olmuşdu. Real məktəbi bitirəndən sonra Zaqafqaziya (Qоri) Müəllimlər Sеminariyasına hazırlaşmışdı. Seminariyanı tamamlaması haqqında tam məlumatımız yoxdur. Uzun müddət müəllim işlədiyini bilirik. Ağcabədi kənd məktəbində dərs demişdi. Sonra Şuşa şəhərinə dəyişilmişdi.

Hacı Zalov 1920-ci ildə bolşevik hərəkatına qoşulmuşdu.

Qarabağlı müəllimlərdən bəziləri bolşevik hərəkatına qoşul­muş­du. Şuşa bolşeviklərininin tələbi üzrə general-qubernator Xos­rov bəy Sultanov Bakıya çağırılıb həbs edildikdən sonra 1920-ci il mayın 20-də bolşeviklərin Qarabağ Mahal Komitəsinin, Qarabağ üzrə fövqaladə komissar Dadaş Bünyadzadənin və onun müavini Karakozovun iştirakı ilə keçirilən birləşmiş iclasında Qarabağ Vilayət İnqilab Komitəsi yaradıldı. İnqilab Komitəsinin sədri Baha­dur Vəlibəyov, katibi Abram Marquliyev, üzvləri isə müəllimlərdən Qambay İbra­himbəyov, Hacı Zalov və başqaları təsdiq edildi. Təşkil edilmiş bu Vilayət İnqilab Komitəsi Şuşa, Zəngəzur və Cavanşir qəzalarına da rəhbərlik etməli idi. İnqilab Komitəsi nəzdində torpaq, daxili işlər, ədliyyə dövlət nəzarəti, səhiyyə ictimai-təminat, təchizat, maarif, maliyə şöbələri və xalq təsərrüfatı şurası təşkil edlmişdi. (Siyasi Tarix arxivi, fond 1, siyahı 85, iş 89, vərəq 8.)

Hacı Zalov 1923-cü ildə “Müsavat”ın gizli iclaslarında iştirak edirdi.

Tədqiqatçı-jurnalist Vasif Quliyev yazır: “Onun iştirak еtdiyi ilk yığıncaq 1922-ci ilin avqustunda Şuşa yaхınlığındakı «Məlik Şahnəzər» mağarasında kеçirilən konfrans oldu. Burda Müsеyib Bədəlbəyov, Sеymur Hacıyеv, Ədil bəy Mеhmandarov, Əbdüləli Orucov, Hacı Zalov, Mirmеhdi Ağamirov və ümumiyyətlə, Qarabağın müхtəlif qəza təşkilatlarından gəlmiş on bеş nəfər iştirak еdirdi. Konfransı Sеymur Hacıyеv açaraq bir çoх məsələlər - ümumi bеynəlхalq vəziyyət, Azərbaycanda bolşеviklərin tеzliklə yığılacağı, Müsavat partiyasının hakimiyyəti ələ almaq niyyətində olduğu və sair barədə mə’lumat vеrdi. Əbdüləli Orucov isə partiyanın proqramı və nizamnaməsi haqqında danışdı. Bu toplantı Хasayın şüurunda çoх mühüm dəyişikliklər yaratdı və o, uğrunda mübarizə apardığı idеyanın müddəaları ilə yaхından tanış oldu...” (Quliyev V. Biz gedəsiyik dünya qalası, Bakı, “Şuşa”, 2001, s.)

Hacı Zalov sovet dönəmində də müəllim işlədiyi bilinir. Professor Zeynal Tağızadə Hacı Zalov haqqında yazır: “Qonşumuzda Mirzə Hacı Zalov adlı bir müəllim vadı. Qışda Ağcabədidə dərs deyər, yayda isə istirahətə gələrdi. Onun həyatına baxıb həsəd aparırdım. Kənd müəllimi olduğu üçün ayda 33 manat 33 qəpik alardı. Səhər yuxudan qalxıb əl-üzünü yuduqdan sonra, stol arxasında oturardı, ağ samovar pıq-hapıq qaynardı, çörək, pendir, qaymaq bütün naz-nemət stol üstündə. Evimizdə stul, kürsü, taxt olmazdı. Bizdə ancaq qırmızı taxt vardı, onda da babam yatardı. Zülfüqar əmimin otağındakı stolun üstünə isə o qədər şüşə qab yığılmışdı ki, yer yox idi. Hacı müəllim çaydan sonra bir tərəfə çəkilib qəzet-kitab oxuyar, sonra müəllim libasını geyinib kəndə çıxardı. Saat 3-4 də qayıdardı, stolda yenə borş, dovğa, mal ətindən kotleti buğlanırdı. Axşamlar arvadı ilə şəhərin ermənilər yaşayan hissəsindəki yay klubuna, Cıdır düzünə, qaya başına gəzməyə gedərdi” . Tağızadə Z. Ömrün üfüqləri, Bakı, “Səda”. 2011, səh. 24-25.)

Hacı Zalov həyatı professorun təqdim etdiyi kimi gözəl olmayıb. Qorxu çəkib. Qapısında dayanacaq qara maşını gözləyib. Onun həyatı kimi  əmək fəaliyyətində də çox gərgin illər olmuşdur. Həmişə tutqu və işdən çıxarılma qorxusu altında yaşamışdı.

Hacı zalov tarix, mədəniyyət, etnoqrafiya elmləri haqqında dərin biliyi və zəkası ünsiyyətdə olduğu insanları və onu tanıyanları həmişə heyran edirdi.  

Bütün həyatı boyu saflıq və paklıq, əməksevərlilik və insansevərlilik, haqqa-ədalətə vurğunluq, namus və qeyrət yükünü mərdanəliklə öz çiynində daşımış Hacı Zalovun xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Və biz payımıza düşəni yaşatdıq...

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

12:57