Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması

Biz mühacirətdə olan ayrı-ayrı soylar, şəxsiyyətlər barədə bir sıra materialları, tarixi sənədləri ilk dəfə araşdırıb, oxucuların gözündən iraqda qalanları gün işığına çıxarmışıq. Bu soylardan biri də şəkinskilərdir.
1806-cı ildə Şuşada çar zabiti Lisaneviçin İbrahimxəlil xanı, onun arvadını və ailəsini faciəli surətdə güllələməsi hadisəsi, Səlim xanın Rusiya himayəsindən imtina etməsinə səbəb oldu. Sonra isə vəziyyətin gərginliyini nəzərə alaraq, yenidən çar I Aleksandra məktub yazıb onu bağışlamasını xahiş etdi. Səlim xanın tərəddüd keçirdiyini hiss edən çarizm, onu hakimiyyətdən götürmək üçün, general Nebolsinin başçılığı ilə Şəki üzərinə qoşun göndərdi.
1806-cı il oktyabrın 22-də Şəki yaxınlığında baş verən həlledici döyüşdə Səlim xanın qoşunu məğlub edildi. Səlim məğlub edildikdən sonra, tutulub Tiflisə gətirilib və onun nəsli xanlıq hüququndan məhrum edilib. Sonra isə qaçaraq Abbas mirzənin düşərgəsinə gedib. Abbas mirzə onu və ailəsini Meşkin ətrafında yerləşdirib.
Səlim xan 12 aprel 1826-cı il tarixdə Osmanlı imperiyasının ərazisindəki Kir şəhərində vəfat edib.
Səlim xan Tuti bəyim İbrahimxəlil xan qızı Cavanşirlə ailəli olub. Hüseyn xan, Hacı xan, Əbdürrəhman xan, Salman xan, Süleyman xan adlı oğlanları, Asya bəyim, Fəxrənnisə bəyim adlı qızları var idi.
Məsud xan Şəki və Türkmən çaparı Xudaqulu Ağ
Səlim xanın ikinci oğlu Hacı xan Şəki şəhərində anadan olub. Saray təhsili alıb. Atası ilə bərabər İrana qaçıb.
Əminə Pakrəvan yazır: "Özəlliklə mal-mülkləri Gülüstan anlaşmasından sonra Rusiyanın işğalına məruz qaldığından Təbrizə qaçan xanlar bu savaşın həmən başlamasından yanaydılar. Onlar belə hesab edirdilər ki, Qacar dövləti qalib gələcək və bunlar da öz mülklərinə dönəcəklər. Fətəli şah tərəfindən təsdiqlənən savaş planında hər bir xan öz dəstələri ilə ruslara qalmış mülkləri doğrultusunda hücuma başlayacaqdı. Bu üzdən də Mir Mustafa xanın oğlu Mir Həsən xan Ərdəbildən Lənkərana doğru hərəkətə başladı. Söhrab xan Gürcinin də iki alayı ona yardım amacı ilə görəvləndirildi. Şahzadə Şeyx-ül Məluk iki top alayı ilə Ərakdan Muğana tərəf hərəkət etdi. O, Mustafa Şirvaniyə, Hüseyn xan və Hacı xana ilhaq olmalı idi. Mustafa Şirvani, Hüseyn xan və Hacı xan Şəki xanının oğullarıydı. Onların da atalarının mülkü ruslar tərəfindən işğal edilmişdi". (Pakrəvan Ə. Abbas mirzə və Azərbaycan, Bakı, "Qanun", 2007, 208 səh. s.99-100.)
Məşədi Məhəmməd adlı şəxs Səlim xanın oğlu Hacı xanın tapşırığı ilə 1837-ci ildə Şəkiyə gəlib. O, burada özünü xanın varisi kimi qələmə verərək ətrafına xeyli adam toplayıb və çarizm əleyhinə təbliğata başlayıb. 1838-ci il avqustun sonlarında üsyançılar Şəki vilayətinə daxil oldular. Əhalinin əhvali-ruhiyyəsinə güvənən Ağa bəy və Məşədi Məhəmmədin dəstəsi Şəkiyə yaxınlaşdı. Komendant idarəsinin məmurları da orada idilər. İlk həmlədən üstünlüyü ələ alan üsyançılar, qala istisna olmaqla, şəhəri ələ keçirdilər. Sentyabrın əvvəlində Şəkiyə başqa əyalətlərdən əlavə rus qoşun dəstələri gətirildi. Qüvvələr nisbəti dəyişdi. Sentyabrın 3-də üsyançılar Şəkini tərk etdilər. Rutullu Ağa bəy Dağıstana, Məşədi Məhəmməd İrana getdi. Beləliklə, Şəki üsyanı məğlubiyyətə uğradı.
Hacı xan Şəki öncə Fətəli şahın, sonra Məhəmməd şahın sərkərdələrindən olub.
Babək xan Şəki Məsud xanın böyük oğlu
Məhəmmədtağı Lisanülmülk Sipehr yazır ki, Hacı xan Şəki cəld və cəsarətli bir şəxsiyyət idi. (Məhəmmədtağı Lisanülmülk Sipehr, Nasix ət-təvarix, Tehran, Əsatir, 1377)
Hacı xan Şəki 1841-ci ildə, sərdar Hacı Nurməhəmməd xan Dəvəli-Qacardan sonra Xuzistan və Kirmanşahın valisi olub.
Hacı xan Şəki 1842-ci ildə Xuzistanda öldürülüb. (Həqaiqülxəbar-Nasiri, I cild, s.31) Onun yerinə Əbdülhüseyn xan Cavanşir təyin olunub.
Hacı xanın Əbdülqadir xan, Şeyxəli xan adlı oğlanları vardı.
Əbdülqadir xan Hacı xan oğlu Şəki şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi alan Əbdülqadir xan valideynləri ilə bərabər İrana qaçıb. Qacarlar ordusunun Mühacirlər alayında xidmət edib. Şücaülmülk ləqəbini daşıyırdı.
Əbdülqadir xan Şücaülmülk 1879-cu ildə əvvəl sərtib (briqada generalı) rütbəsilə Qacarlar ordusunun Mühacirlər alayının rəisi idi. (Tarixi müntəzəmi Nasiri, 3-cü cild, s.675)
Əbdülqadir xan Şücaülmülk İran Kazak briqadası yaranarkən mühacirlərin bu hərbi birləşməyə cəlb edilməsinə qarşı çıxıb. «Hələ kazak xidmətinə yazılmayan Tehran mühacirləri hərbi nazirin çağırışını duyub, Şah Əbdüləzimdə bəstə əyləşdilər. Fikirləşdilər ki, onları məcburən xidmət etməyə təhrik edəcəklər. (Косоговский В.А. Очерк развития персидской казачьей бригады // Новый Восток. 1923. Кн. 4. С. 392;) Onları bu işə vadar edənlərin biri də Mühacir alayının rəisi, sərtibi əvvəl Şücaülmülk Əbdülqadir xan Şəkinski idi. O, fikirləşirdi ki, mühacirlərin hamısı İran Kazak briqadasına cəlb edilsə, əsgərsiz qalacaq. Buna görə də, alaylara könüllülər cəlb etməyə başladılar.
Əbdülqadir xan Şücaülmülk Mühacir alayının başında bir çox əməliyyatlarda iştirak edib. Qaynaqlarda yazılır ki, o, keşikçibaşının əmrilə Buşehr şəhərinə yürüş edib. (Həqaiqülxəbar-Nasiri, I cild, s.209)
Əbdülqadir xan Şücaülmülk başçılıq etdiyi Mühacirlər alayında sərtib Həsən xan Quba, sərhəng İskəndər xan, sərhəng Kərim xan, sərhəng Əliməhəmməd xan İrəvani, Fərəculla xan, Nəcəfqulu xan, Əli xan Abdulla xan oğlu, Nemətulla bəy, Səməd ağa, yavər Məhəmməd xan Ayrımlı, yavər Hacı xan Ayrımlı, Xəlil xan Ayrımlı, Şeyxəli xan Şəki, Məhəmməd xan Lütfəli xan oğlu, Qulamhüseyn xan, Əliəkbər ağa, Abbas ağa Qaffar xan oğlu təmsil olunurdu. (Etimadüssəltənə, Tarixi-müntəzəmi-Nasiri, s.26)
Əbdülqadir xanın Məhəmmədhəsən xan adlı oğlu vardı.
Mənsur xan Şəkinin kitablarından biri
Məhəmmədhəsən xan Əbdülqadir xan oğlu Şəki Ərdəbil vilayətinin Hacıxanlı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında aldıqdan sonra Tehran Nizamiyyə mədrəsəsində (hərbi məktəbdə) oxuyub. Orduda xidmət edib. Naib (leytenant) rütbəsindən sərtib (briqada generalı) rütbəsinədək yüksəlib. Atasının Şücaülmülk ləqəbini daşıyırdı.
Hacı xanın ikinci oğlu Şeyxəli xan Ərdəbil vilayətinin Hacıxanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında aldıqdan sonra Tehran Nizamiyyə mədrəsəsində (hərbi məktəbdə) oxuyub. Qacarlar ordusunun Mühacirlər alayında xidmət edib. Naib (leytenant) rütbəsindən sərtib (briqada generalı) rütbəsinədək yüksəlib.
Şeyxəli xan Şəki Rza şah Pəhləvinin şahlıq illərində Hərbiyyə akademiyasında dərs deyib.
Şeyxəli xanın Məsud xan, Mənsur xan adlı oğlanları vardı.
Məsud xan Şeyxəli xan oğlu 1917-ci ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada və sonra orta məktəbdə oxuyub. Daha sonra Fransaya yollanıb, idman akademiyasında minicilik ixtisasına yiyələnib. İrana qayıdandan sonra orduya çağrılıb. Süvari orduda əsgərlərin təlimi ilə məşğul olub. Sərhəng (polkovnik) rütbəsi ilə ordudan tərxis olunub. İran Çövkən komandasına başçılıq edib.
Karen xan Şəki - Babək xanın oğlu
Məsud xan Şəki Tehranda “Məktəbi-Şəki” adlı minicilik məktəbi açıb. Onun və türkmən süvarisi Xudaqulu Ağın səyi ilə qısa vaxt ərzində yaradılan məktəb elə həmin il atçılıq idmanı üzrə keçirilən yarışda birinci yeri tutub.
“Məktəbi-Şəki” atçılıq mərkəzinin yetirmələri İranı bir çox beynəlxalq yarışlarda təmsil ediblər.
Məsud xan Şəki 1980-ci ildə Moskvada, olimpiadada iştirak edib.
Məsud xan Şəki Tehranda böyük bağ salmışdı.
Məsud xan Şəki 1983-cü ildə vəfat edib.
Məsud xan alman əsilli bir xanımla ailəli olub. Babək xan və Zamin xan adlı oğlanları var.
Babək xan Məsud xan oğlu Şəki Tehran şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra Tehran universitetinə daxil olub. Universiteti tamamlayandan sonra atasının yaratdığı “Məktəbi-Şəki”də çalışmağa başlayıb. Mahir minici kimi ad çıxarıb.
Babək xan Şəki Tehran şəhərində Milli Atüstü Oyunlar Festivalı keçirib.
Babək xan Şəki yaşlaşandan sonra idman yarışlarına qatılmır, münsiflər heyətində iştirak edir.
Babək xanın Karen xan adlı oğlu var.
Karen xan Babək xan oğlu Şəki Tehran şəhərinin Evin məhəlləsində dünyaya gəlib. Orta təhsil alıb, sonra universitetdə oxuyub. Hazırda Almaniyada yaşayır. Orda dədə-baba peşələri - atçılıq idmanı ilə məşğul olur.
Məsud xanın ikinci oğlu Ramin xan 1958-ci ildə Tehran şəhərində anadan olub. Orta təhsil aldıqdan sonra Tehran universitetini bitirib. Ailə ənənəsinə uyğun olaraq atçılıqla məşğul olub. O, atçılığın cıdır, konkur, çövkən, polo növləri üzrə bütün yarışlarında iştirak edib.
Şəki atçılıq məktəbinin loqosu
Ramin xan Şəki dəfələrlə beynəlxalq yarılarda kuboka layiq görülüb.
Şeyxəli xanın ikinci oğlu Mənsur xan 1919-cu ildə Tehran şəhərində doğulub. İbtidai təhsilini mollaxanada alıb. Sonra orta məktəbdə davam etdirib. Neft şirkətinin göndərişi ilə İngiltərədə, Birminhem şəhərində universitetdə oxuyub. Universitetin riyaziyyat fakültəsini bitirib. Magistraturanı fizika fənni üzrə tamamladıqdan sonra İrana qayıdıb və Abadan şəhərində çalışmağa başlayıb. Sonra siyasi səbəblərdən İranı tərk edib. 1948-ci ildə Çexoslavakiyada yerləşib. Sadiq Hidayətin təklifi ilə Çex şərqşünası Yan Ripka (1886-1968) ilə tanış olub.
Mənsur xan Şəki Praqa universitetinin şərqşünaslıq faküləsində fars dilindən dərs deyib. Fars dili üzrə tədqiqatlar aparıb. Sasanilər dövrünü araşdırıb, pəhləvi dilinə aid incələmələr edib.
Mənsur xan Şəki İranika ensiklopediyasının müəlliflərindən biri idi.
Ramin xan Şəki - Məsud xanın ikinci oğlu
Çexoslavakiyada dərc olunan şərqşünaslıq dərgilərində ingilis dilində elmi məqalələri çap olunub.
Mənsur xan Şəki Çexoslavakiyada fizika üzrə doktorluq müdafiə edib.
Mənsur xan Şəkinin kitabları:
“Moderní perská frazeologie a konversace A modern Persian phrase-book”, 1963;
“Moderní perská frazeologie a konverzace : a description of the modern Persian speech-sounds : with a supplementary gramophone record”, 1963;
“Popis hlásek v moderní perštině namluvených na pripojenou gramofonovou desku. A description of the modern Persian speech-sounds, with a supplementary gramophone record”, 1963;
“A study on nominal compounds in neo-Persian”, 1964;
“Principles of Persian bound phraseology”, 1967;
“The concept of obligated successorship in the Mādiyān ī hazār dādistān”, 1975;
“A modern Persian-English phrase book”, 1987.
Mənsur xan Şəki 2000-ci ildə vəfat edib.
Qədim soy-soplarımızın gələcək nəsillərə çatdırılmasında araşdırmalarımız davam edir.

18:29