“Sara Xatunun əsli və nəsli” kitabı nəşr olunub

Jurnalist-etnoqraf, respublikanın əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlunun bu günlərdə “Sara Xatunun əsli və nəsli: bayandurlar” adlı kitabı çapdan çıxıb. Kitabın rəyçiləri tarix elmləri doktoru Nərgiz Quliyeva, tarix elmləri üzrə fəlsəfə doktoru Şəhla Nurizadə, elmi redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru Mahal Qacarlı məsləhətçisi Sevda Nəcəflidir. Kitab “Sara Xatun” ictimai birliyinin maddi dəstəyi ilə işıq üzü görüb.

Nəşrdə Azərbaycan xalqının etnogenezində, maarif və mədəniyyətində önəmli rol oynamış Bayandur oymağının, Bu oymağın nümayəndəsi, Azərbaycanın ilk diplomat qadını Sara Xatunun yaşam yolundan bəhs edilir.

“CBS PP” nəşriyyatında çapdan çıxan kitab. 176 səhifədən ibarət kitabda Ağqoyunlu tayfa ittifaqının aparıcı və nəcib oymağı olan bayandurların şəcərəsi verilib, hər bir şəxsiyyət detallı şəkildə təhlil edilib. Nəşrdə zəngin, maraqlı və dramatik keçmişə malik bayandurların soykökünün təxminən 1000 ili əhatə edən dövrü ilk dəfə tarixi-bioqrafik şəkildə araşdırılıb.

 

Xudaferin.eu

19:00