Əyyub xan Nəsiri: savadlı olduğu üçün şah ola bilmədi..

Əyyub xan Nəsiri və digər kazak zabitləri
Azərbaycanda elə nəsillər, elə şəcərələr var ki, onların adları dövlətçilik və hərb tariximizə əbədi həkk olunub. Bu soylardan biri də Ziyadlı-Qacarlardır ki, onların hərb tariximizdə qoyduğu iz silinməzdir. Bu nəslin ən görkəmli hərbçilərindən biri də Əyyub xan Nəsiridir.
Əyyub xan 1888-ci ildə Tehran şəhərində anadan olmuşdu. Sərtib (briqada generalı) Hacı Əhməd xan İrəvaninin oğludur. Soyları Nəsirxani adlanırdı. Bu soy Qacar elinin Ziyadlı oymağına mənsub idi.
Əyyub xan ibtidai təhsilini mollaxanada almışdı. Sonra İran Kazak briqadasının məktəbinə daxil olmuşdu. Məktəbi naib (leytenant) rütbəsi ilə bitirmişdi. Qabiliyyəti və bacarığı sayəsində briqada rəhbərlərinin diqqətini cəlb etmiş, tez bir zamanda rütbə nərdivanında yüksəlmişdi.
Əyyub xan İrəvani İran Kazak briqadasının Mazandaran dəstəsində xidmət etmişdi. Tarixi sənədlər sübut edir ki, o, bu dəstədə hərbi vəzifəsini şərəflə yerinə yetirmişdi.
Əyyub xan İrəvani 1911-ci ildə kazakların başında şahsevənlərin, qaradağlıların qiyamını yatırmışdı. Bu əməliyyatda onun yanında Rza xan Savadkuhi və Yədulla xan Bəydili də vardı.
Əyyub xan İrəvani Birinci Dünya müharibəsi dönəmində Həmədan dəstəsində (otryadında) sərhəng rütbəsində xidmət edirdi. 1915-ci il sentyabr, oktyabr aylarında məşhur inqilabçı Ehsanulla xan Dustarın başçılığı ilə 300 nəfərə qədər silahlı mücahid və mayor Məhəmmədtağı xan Püsyanın rəhbərliyi ilə jandarm hissələri Həmədanı Antanta məmurlarından və onların tərəfdarlarından təmizləmək istəyirlər. Kirmanşahdan qovulmuş ingilis və çar konsulları, onların tərəfdarları Həmədan valisi Salar Ləşgərin və İran kazaklarının yardımına arxalanaraq, mücahidləri və jandarmları Həmədandan qovub çıxartmağa çalışırdılar. Hər iki tərəf biri digərinə qarşı hücum etməyə əlverişli şərait gözləyirdi. Noyabr ayının əvvəllərində mücahidlər və jandarm hissələri Salar Ləşgərin ixtiyarında olan kazak dəstələrinə hücum edərək, onları tərksilah və parakəndə etdilər. Kazakların komandiri yavər Rza xan, vali Salar Ləşgər həbs edildilər. Kazakların çoxu məscidlərdə bəstə əyləşdilər. Çoxlu miqdar silah və sursat jandarmların əlinə keçdi. Mayor Məhəmmədtağı xan Püsyan demokratik qüvvələr tərəfindən Həmədana vali təyin edildi.İngilis və çar konsulları, Antantanın digər məmurları Həmədanı tərk etməyə, Qəzvinə, Tehrana getməyə məcbur oldular. Amma bu durum uzun sürmədi. Çar generalı Nikolay Nikolayeviç Baratovun ordusu öz sürətli yürüşü ilə əvvəlcə Həmədanın ətraf bölgələrini, sonra 1915-ci il dekabrın 15-da Həmədan şəhərini tutaraq mücahidləri və jandarm qüvvələrini Kirmanşaha doğru geri çəkilməyə məcbur etdi.
Əyyub xan İrəvani üsyan qaldırmış Sənəndəcə hücum etmişdi. Kürdüstan qiyamçılarını məğlub etmişdi.
Əyyub xan İrəvani 100 nəfər piadanın, 500 nəfər atlının və 1 ədəd topun rəhbərliyində Semnana hücum etmişdi. Burda asilərin qiyamını dəf etmişdi.
Əyyub xan İrəvani 1919-cu ildə mirpənc (general-mayor) rütbəsində idi. Mirzə Kiçik xana qarşı vuruşmuşdu.
Əyyub xan İrəvani hərbi nazir Rza xan Sipəh tərəfindən Astrabada rəis təyin edilmişdi.
Əyyub xan İrəvani döyüş meydanlarındakı şücaətləri və ordu quruculuğunda gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdı. O, ingilis hərbçi-mütəxəssislərinin diqqətini cəlb etmişdi. Hətta onu şahlığa layiq bilmişdilər.
Böyük Britaniya generalı, baron Edmund Ayronsayd (1880-1959) Sultan Əhməd şahın yerinə İran Kazak diviziyasından iki nəfəri gözaltı eləmişdi: Mirpənc Əyyub xan və mirpənc Rza xan. Onlar haqqında İngiltərə səfirinə məlumat verdi. Əyyub xan savadlı, intellektual şəxs kimi təqdim etdi. Savad bizim dərdimizin dərmanı deyil, deyə səfir Əyyub xanın şahlığına razılıq vermədi.
Müasirləri onu yüksək intellektual xüsusiyyətə malik bir insan kimi dəyərləndirmişdilər.
Harada və hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq, o təkcə vəzifə borcunu yerinə yetirməklə kifayətlənməmiş, həmişə işgüzarlığı, təşəbbüskarlığı, qayğıkeşliyi, uzaqgörənliyi ilə fərqlənmişdi.
Əyyub xan 1925-ci ildən sonra Nəsiri soyadını qəbul etmişdi.
Əyyub xan Nəsiri döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə “Şire-Xurşid” ordenin üç dərəcəsi ilə təltif edilmişdi.
Əyyub xan Nəsiri 1936-cı ildə uzun sürən xəstəlikdən sonra Tehran şəhərində vəfat edib. Atasının da basdırıldığı Şah Əbdüləzim gorgahında dəfn edilib.
Bütün mənalı ömrünü, bilik və bacarığını vətəninə, dövlətinə həsr etmiş Əyyub xan Nəsiri Azərbaycan oxucuları tərəfindən tanınmır. Biz onun tanınmasına təşəbbüs göstərdik. Onun kimi hərbçilər çox az-az yetişir Bu həqiqətən belədir. Belə şəxsiyyətlərdən, belə hərbçilərdən ibrət götürüləsi çox şeylər var.

Ənvər ÇİNGİZOĞLU, jurnalist-etnoqraf
Xudaferin.eu
15:17