Tarixdə elə şəxsiyyətlər var ki, onlar xeyirxah, nəcib əməlləri ilə özləri tarix yazırlar. Belə şəxsiyyətlərdən biri qarabağlı şair, xəttat, tərcüməçi və ictimai xadim Mirzə Kərim bəy Hacıyevdir.
Mirzə Kərim Qarabağda, Şuşada tanınmış hacıyevlər soyundandır. Bu soyun ulu babası Kərbəlayı Məmmədəli Hacı oğludur. O, 1765-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Məmmədəli Xeyrənsə xanımla ailə qurmuşdu. Qurban, Həsən adlı oğulları vardı.
Kərbəlayı Məmmədəlinin ikinci oğlu Həsən 1824-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul idi. Pak Хorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. İsmayıl bəy Murad bəy oğlu Qarapirimlinin rəiyyəti idi.
Məşədi Həsən Ayna ilə ailə qurmuşdu. Kərim, Əsəd adlı oğulları vardı.
Kərim Məşədi Həsən oğlu 1845-ci ildə Şuşa şəhərinin Dəmirçilər məhəlləsində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Dövlətdən bəy ünvanı almışdı. Tərcüməçi kimi qəza idarəsində işə başlamışdı. Qazax qəzasının 3-cü şöbəsində barışdırıcı münsifin yanında tərcüməçi, 1866-cı ildən Şuşa qəzasında mirzə, 1872-ci ildə tərcüməçi, 1889-cu ildən Cavanşir qəzasında tərcüməçi, 1903-cü ildə Qazax qəzasında tərcüməçi kimi çalışmışdı.
Mirzə Kərim bəy Hacıyev 1888-ci ildə kollej qeydiyyatçısı, 1892-ci ildə quberniya katibi, 1898-ci ildə titulyar müşavir, 1901-ci ildə kollej asessoru mülki çinləri almışdı.
Mirzə Kərim bəy Hacıyev gözəl xəttat idi. Bir çox xəttlərlə yazmağı bacarırdı.
Mirzə Kərim bəy Hacıyev şair idi. Xorasanda, Məşhəddə ticarətlə məşğul olan qardaşı Əsəd bəy Hacıbəyovla şeirlə məktublaşırdı.
Mirzə Kərim bəy 15 noyabr 1909-cu ildə vərəmdən vəfat edib.
Mirzə Kərim bəy Hacıyev Gövhər xanım Əhməd bəy qızı Haqverdiyeva ilə ailə qurmuşdu. Məmmədhəsən bəy, Məhəmməd bəy adlı oğulları, Sara xanım, Rəxşəndə xanım, Məhbubə xanım, Həcər xanım, Əziz xanım, Qönçə xanım, Sultan xanım, Kübra xanım adlı qizları vardı.
Mirzə Kərim bəy Hacıyev Azərbaycandakı şəkinskilərin, mirzəcamalovların, vəlibəyovların, səfiyevlərin, Türkiyədəki qaratəkinlərin ulu babasıdır.
Onun qapısı nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmişdi. Hər kəsə dost, simsar olan bu nəcib insan çətinliyə düşən, ona üz tutan, ürək qızdıranlara kömək etməyə can atırdı. Hər bir kəsin dərdini duyması və bu dərdi, ağrını öz dərdi, ağrısı kimi yaşaması Mirzə Kərim bəy Hacıyevi xarakterizə edən ən gözəl cizgilərdi. Bizcə yazını bu notlarla bitirsək yaxşıdır.
Mirzə Kərim bəy Hacıyev: Nəciblik nümunəsi

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
12:57