Elə əməllər var ki, hər mənada insanlığın, vətəndaşlığın, fədakar alim fəaliyyətinin parlaq nümunəsidir. Biz Rza Növrəsli nümunəsindən söhbət açacağıq.
Rza Növrəsli Qarabağda, Şuşada məşhur olan əhmədbəyovlar soyundandır. Bu soyun ulu babası Əhmədxan bəydir. Əhmədxan bəy təxminən 1753-cü ildə Cavanşir-Dizaq mahalının Zərgər obasında (indiki Füzuli rayonunun Zərgər kəndində) anadan olmuşdu. Molla yanında oxumuşdu. Qarabağ xanlığının qonşu ölkələrlə savaşlarında iştirak еtmişdi.
Əhmədxan bəy Şuşa şəhərinə köçmüş Zərgər məhəlləsində məskunlaşmışdı. Bu məhəllə sonra Merdinliyə birləşib.
Əhmədxan bəyin törəməsi Əhmədbəyov soyadını daşıyırdı.
Əhmədxan bəyin Abdin bəy adlı oğlu vardı.
Abdin bəy Əhmədxan bəy oğlu 1788-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. İbrahimxəlil xana, sonra Mеhdiqulu xana xidmət еtmişdi. Sonra zərgərliklə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət еtmişdi.
Kərbəlayı Abdin bəy Hürü xanımla yaşam qurmuşdu. Rza bəy, Nəcəf bəy, Ələkbər bəy, Ələsgər bəy adlı oğulları, Bacıxanım xanım, Əzəd xanım, Nənəş xanım və Minə xanım adlı qızları vardı.
Kərbəlayı Abdin bəy dördüncü oğlu Ələsgər bəy 1839-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı ilə çağrılırdı.
Mirzə Ələsgər bəy şair idi. Növrəs təxəllüsü ilə yazıb-yaradırdı.
Mirzə Ələsgər bəy Növrəs 1912-ci ildə vəfat еdib.
Mirzə Ələsgər bəy Növrəsin Camal bəy adlı oğlu, Fatma xanım adlı qızı vardı.
Camal bəy Mirzə Ələsgər bəy oğlu Əhmədbəyov Şuşa şəhərində doğulmuşdu. Şuşa real məktəbini bitirmişdi.
Camal bəyin Rza bəy adlı oglu vardı.
Rza Camal bəy oğlu 1918-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Orta təhsilini dogma şəhərində almışdı. 1940-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsini bitirmişdir. Şair babası Mirzə Ələsgər Növrəsin təxəllüsünü özünə soyad götürmüş, ondan sonra gələn nəsli Növrəsli familiyasını daşımışdır.
Rza Növrəsli 1942-ci ildə tarix elmləri namizədi elmi ünvanına sahib olmuşdu.
Rza Növrəsli Böyük Vətən müharibəsi illərində baş leytenant rütbəsində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, qələbədən sonra Bakıda Baş Senzura İdarəsində işləmişdir.
Rza Növrəsli 1947-ci ildə Daşkənd şəhərinə köçmüş, müxtəlif vəzifələrdə, o cümlədən, Özbəkistan SSR Maarif Nazirinin ümumi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır.
Rza Növrəsli ədəbiyyata böyük maraq və həvəs göstərmiş, gənc yaşlarında poeziya ilə məşğul olmuşdur. O, Mirzə Ələsgər Növrəsin şeirlərini toplayaraq ərəb qrafikasından kirill əlifbasına köçürmüş və Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmalar Fonduna vermişdir.
Rza Növrəsli 21 may 2002-ci ildə Daşkənddə vəfat edib. Orda da dəfn edilib.
Rza bəyin Növrəs bəy adlı oglu var.
Rza Növrəslinin şərəfli ömür kitabında fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun mənəvi keyfiyyətlərini, şəxsi dəyərlərini tamamlayır, alim ictimai xadim, həmçinin zamanın nəbzini tutan publisist kimi xarakterizə edir.
Rza Növrəsli öz dədə-baba ənənələrini davam etdirmiş, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən yazıları ilə tariximizə layiqli töhvələr vermişdir. Onun fəaliyyəti, yaradıcılığı da, öz növbəsində, ləyaqətli övladların yetişməsində tarixin əhəmiyyətli bir mərhələsi olmuşdur.
Rza Növrəsli: Baba adına məhəbbətlə

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
12:27