Sarı bəy Sultanov: Qanı qanla yumuş igid..

Əhalisi soyqırım və talanlara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. Bu torpağı müdafiə edənlərdən biri isə Sarı bəy Sultanovdur.

Sarı bay Qarabağda, onun bir guşəsi Zəngəzurda məşhur olan sultanovlar soyundandır. Sultanovlar Püsyan elinin Babalı oymağına bağlıdırlar. Bu soyun ulu babası Həsən sultan II İbrahim sultan oğlu 1760-cı ildə Püsyan elinin Babaylı oymağında dünyaya pənah gətirmişdi. Molla yanında oxumuşdu. Atasından sonra sultan ünvanı ilə oymaqlarına başçılıq etmişdi.

Həsən sultan böyük mülkədar idi. Onun Zəngəzur ərazisində xeyli mülkü vardı. Sonra bu mülkü oğlanları arasında böldü.

Həsən sultanın Nəsir bəy, Məhəmmədhüseyn bəy, Abdin bəy, Nəcəf bəy, Əsəd bəy, Allahverdi bəy, Mehdi bəy, Rüstəm bəy, Atakişi bəy adlı oğlanları vardı.

Həsən sultanın altıncı oğlu Allahverdi bəy Püsyan mahalının Bəxtiyarlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Mülkədar idi. Bir çox oba və kəndlərə yiyəlik edirdi.

Allahverdi bəy Mehdiqulu xan Sarıcalı-Cavanşirdən sultan ünvanı almışdı.

Allahverdi sultan rus ordusunda xidmət etmişdi. 1829-cu ildən praporşik rütbəsi daşıyırdı.

Allahverdi sultan 1857-ci ildə vəfat edib.

Allahverdi sultanın Hüseyn bəy, Səməd bəy, Bəylər bəy, Xanlar bəy adlı oğlanları vardı.

Allahverdi sultanın üçüncü oğlu Bəylər bəy 1843-cü ildə Şuşa qə­zasının Zəngəzur sahəsinin Malıbəy kəndində anadan olmuşdu. Mol­la yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran ke­çi­rir­di.

Bəylər bəyin Sarı bəy, Abdulla bəy, Səmid bəy adlı oğlanları vardı.

Sarı bəy Bəylər bəy oğlu Sultanov 1856-cı ildə Şuşa qəzasının Zən­gəzur sahəsinin Malıbəy kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.

Sarı bəy Sultanov 1805-1806-cı illərdə erməni quldurlarının basqınlarına qarşı müdafiədə iştirak etmişdi.

1905-ci il sentyabrın 22-də Xoznavar və Xənəzək erməniləri ətraf kəndlərdən gələn silahlı dəstələrin köməyi ilə türk kəndlərinə hücum edərək Bayandurda 50, Hələkdə 35, Kosalarda 25, Malıbəydə 50, Cağacurda 40, Çaylıda 10, Kalavalaxda 25, Novruzluda 15 evi sakinləri ilə birlikdə yandırıb dağıtdılar. Birinci üç kənd isə tamamailə qarət edilir. (A-do, s.266).

Türk-müsəlman birliyi də öz kəndlərini qorumaq üçün quldur yuvası Xoznavar və Xənəzək kənd­lərinə hücum etmişdilər. Sarı bəy Sultanovun və digər el qəhrəmanları barəsində Zən­gə­zur qəza polis rəisi rot­mistr Fon-Mеnzеnkampf öz raportunda ya­zır­dı: «Xoznavar və Xənəzək kənd­lərinə basqında iştirak еdən camaatlar: Şahsuvarlı, Qarakişilər, Bayandur, Ma­lı­bəy, Piçənis və Sеyidlər. Xalq bu hərakatın başçılarını nişan vеrir: xozna­var­lı­lar­dan (Xoznavar qarışıq kənddir) – Camal bəy Həzrətqulubəyov, Əsgər bəy Rüs­təm­bəyov, Mənsum Məmmədyar oğlu, qarakişilərdən, Sadunlılar – Məşədi Hü­sеyn Allahvеrdi oğlu, Sülеyman Kərbəlayı Yusif oğlu, Həmzə Kərim oğlu, Rüs­təm Əhməd oğlu, şahsu­var­lı­lar­dan –Mollaəhmədli Fərəc Aşıq Salman oğlu, Kə­rim Ağakişi oğlu, Hü­sеynxan Tanrıvеrdi oğlu, Ələkbər Məşədi Mövlan oğlu, ba­yan­dur­lulardan, Bayandur kəndindən – Molla Məhəmmədnuru Xu­da­vеr­di oğlu, Rüstəm Cavad oğlu, Nəcəfqulu və Həzi Kərbəlayı Hə­şim oğulları, malıbəylərdən, Malıbəydən – Nağı və Tağı Hüsеyn oğul­ları (Nağı 2-ci sahənin pristavı Mə­lik­as­lanovun xidmətçisidir, özü­nün dəstəsi var), Adil bəy Xanlar bəy oğlu, Sarı bəy Sul­tanov, Xa­say bəy Abdulla bəy oğlu, piçənislilər, Qasımuşağı kəndindən –Sul­tan bəy Muradov və qardaşı İskəndər bəy Muradov, sеyidlər ca­maatından, Sе­yid­lər – Alxaslı kəndindən, – sеyidlər: Sеyid İbrahim Sеyid Məmməd oğlu və «Ca­had»a başçılıq еdən Sеyid Salman…"(http://www.genocide.ru/lib/alibegov/elizavetpole.html Елисаветпольские кровавые дни перед судом общества)

Sarı bəy Sultanov erməni əsilli polis pristavı Baqrat Əsilovu öldürmüşdü. Bir arxiv sənədində göstərilir ki, 1905-ci il martın 5-də Zəngəzur qəzasının 1-ci polis sahəsinin sakinlərinin Yelizavetpol qurbernatoruna göndərdikləri müraciətdə qeyd edilirdi ki, hələ 1903-cü ildə polis məmuru Baqrat Əsilov 1-ci sahəyə rəis təyin edildikdən sonra bacanağı qarakilsəli Vağarşak Safrazbəyovun göstərişi ilə şübhəli təbliğatçı rolunu öz üzərinə götürmüşdür. Əsilov və Safrazbəyovun fəaliyyətləri nəticəsində sahənin erməni və azərbaycanlı əhalisi heç bir səbəb olmadan bir-birlərinə qarşı düşmən kəsilmişlər. Qəza rəisi R. Pfelerin sayəsində Əsilov 1-ci sahədən uzaqlaşdırılsa da, 1905-ci ilin fevralında Bakıda qırğınlar başlanandan dərhal sonra yenidən 1-ci polis sahəsinə gəlib, erməniləri qızışdıraraq söyləmişdir ki, iki millət arasında böyük iğtişaşlar gözlənilir. Əsilovun fəaliyyətinin qəzada tezliklə qırğınlara səbəb olacağından və bunun qarşısını hökumətin ala bilməyəcəyindən ehtiyatlanan yerli əhali qubernatordan təcili tədbirlər görməyi xahiş edirdi. (ARTA, fond 62, siy. 1, iş 42, v. 41-41).

A-donun yazdığına görə, iyunun 24-də Xoznavarda gedən atışma zamanı türklər Baqrat Əsilovu qətlə yetirmişdilər.

 

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

16:28