Məni Şuşa həmişə heyrətləndirib. Əhalisini “noxud sayanlar” deyə simicliklə suçlayanların əksinə çox comərd görmüşəm. Bir-biriləri ilə yola getməsələr də, dostluqda tay-bərabərləri yoxdur. Etinasız olsalar da, Vətən dərdinə biganə olmayıblar. Bu təzad dolu şəhərin məşhurları saysızdır.
Heyratamiz Şuşanın el təəssübü çəkən oğullarından biri də Nəriman Yüzbaşovdur.
Nəriman Qarabağda, Şuşada tanınmış yüzbaşovlar soyuna bağlıdır. Bu soyun ulu babası Məhəmməddir. Məhəmməd XVIII yüzilin sonu, XIX yüzilin önündə Şuşa şəhərinin Saatlı məhəlləsində yaşamışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Məhəllələrinin dini işləri ilə ilgilənirdi.
Molla Məhəmməd Məhəmmədqasım ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi. Onun rəiyyətləri arasında qeyd olunub.
Molla Məhəmmədin Cəfər, Yüzbaşı adlı oğlanları vardı.
Molla Məhəmmədin ikinci oğlu Yüzbaşı 1804-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Yüzbaşı Xeyrənsə və Bədirlə dünya evinə girmişdi. Fərhad, Əhməd, Əsəd, Şirin adlı oğlanları, Şahnisə, Şərəf adlı qızları vardı.
Fərhad Kərbəlayı Yüzbaşı oğlu 1837-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Fərhad Qarabağın sərvət sahibi tüccarlarından sayılırdı.
Qaçaq Nəbi Kərbəlayı Fərhad Yüzbaşovun nökəri olmuşdu.
Kərbəlayı Fərhadın Nəriman adlı oğlu, Qiymət adlı qızı vardı.
Nəriman Kərbəlayı Fərhad oğlu Yüzbaşov 1873-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Ticarətlə məşğul idi. O, Cəbrayıl qəzasının Xocahan kəndində dükan işlədirdi.
Nəriman Yüzbaşov məşhur "Difai" təşkilatının, Qarabağ məclisinin üzvü olmuşdu. Cəbrayıl komitəsi sayca iri komitə idi. Onun Cəbrayılda, habelə Xocahan və Genlik kəndlərində şöbələri vardı. Cəbrayıl şöbəsinin üzvləri Cəfər Əmiraslan oğlu, Mahmud Qaryağdıyev, Adışirin Əliyev, Məşədi İbiş İsmayılov, Məşədi Məmməd Həsənov, Məşədi Dadaş Səfərov, Süleyman İmamverdiyev və Təhməz Nəcəfquliyev, Xocahanda Hacı Cəfər bəy Xocahanski, Nəriman Yüzbaşov, Məşədi Aslan bəy Əlibəyov, Əbdürrəhman Səfərov, Kərbəlayı Bəşir Məmmədov, Məşədi Zülfüqar Əsədov, Qanbay Əliyev, Dadaş Hacıyev, Məşədi Ələkbər Hüseynov, Genlikdə Hacı Seyid Məmməd ağa Hacı Mir Cəfər oğlu, Seyid Hüseyn Riza oğlu, Firidun bəy Sultanov, Zülfüqar Məşədi Şərif oğlu, Məmməd Kərbəlayı Məmmədyar oğlu, Əhməd Hacı Məmmədbağır oğlu, Məmmədəli Kərbəlayı Ələsgər oğlu, Məşədi Yusif Quliyev, Əmrah Kərbəlayı Rüstəm oğlu, Kərbəlayı Məmməd Kərbəlayı Rəşid oğlu, Bəşir Həmid oğlu, Mehdi Məşədi Mahmud oğlu idi. Qəzanın bütün kənd komitələri mərkəzi (Ağdam, Bərdə, Cəbrayıl və s.) komitələrə, onlar isə öz növbəsində Şuşa komitəsinə tabe idi.
Nəriman Yüzbaşov təşkilatın hesabına xeyli pul ayırmışdı. Bu pulla silah alınmış, fəallara paylanmışdı.
Nəriman Yüzbaşov sonralar pristav istintaqına məruz qalmışdı. Erməni siyasi partiyalarının və onların silahlı dəstələrinin Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında törətdikləri kütləvi qırğınlar, çoxsaylı terror aksiyaları məni, dinc bir taciri əlinə silah almağa məcbur etdi,-deyə özünü müdafiə etmişdi.
Nəriman Yüzbaşov: zülmə göz yummayan..
Yüzbaşovların ailə arxivindən

Kərbəlayı Yüzbaşının törəmələri Yüzbaşov soyadını daşıyırlar.

Nəriman Yüzbaşovun dəftərindən:
Mən aşıq Xocahanı,
Gəzmişəm Xocahanı.
Sorun eşq bazarından,
Mənimtək xoca hanı?
Nəriman Yüzbaşovun İskəndər adlı oğlu vardı.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
14:27