Rza şah Pəhləvinin əsli-nəsli, soy-sopu haqqında müxtəlif mülahizələr mövcuddur. Müxtəlif tədqiqatçılar, genealoqlar həm anasının, həm atasının nəsil-nəsəbini öyrənməyə çalışsalar da, sonunda ya dalana dayanıblar, ya da çıxmaza düşüblər. Biz də genealogiya ilə məşğul olduğumuzdan, natamamlıqları aradan qaldırmaq fikrinə düşdük. Əvvəlcə nəticələri nəzərdən keçirək.
Əksər İran tarixçi və tədqiqatçıları Rza xanın anasının gürcü əsilli olduğunu yazırlar. Bu onların şovinist baxışlarından irəli gəlir. Dəqiq faktlar onlara sərf eləmir. Rza şahın soy-kökündə kim dayanırsa, dayansın. Tək türkdən başqa. Əsas nədəni odur ki, İran tarixində türkdən başqa hökmüdar tapa bilmirlər.
Türkiyəli tədqiqatçı doktor Rəcəb Albayrak isə Rza xanın anasının çərkəz olduğunu ehtimal edir. O, yazır: “Anası Nuşafərin xanım Quzey Qafqazlıdır. Ehtimalən də Çərkəsdir. Çünki Savadkuh bölgəsində kiçik bir Quzey Qafqaz koloniyası bugün dəxi mövcuddur. Rza xan Savadkuhinin (daha sonra Pəhləvi) ailə kökəninin Quzey Qafqazlı Çərkəs olduğu söyləntisinin əsli budur. Atası deyil, anası Nuşafərin xanım Quzey Qafqazlıdır”. (Recep Albayrak, Türklerin İranı, Ankara, Berikan Yayinevi, 2013, s.416) Rəhmətlik Rəcəb Albayraq isə İranlı tədqiqatçıların “gürcü” hipotezinin çoxsaylı olnmasından sarpmışdır. Mən isə dabbaqxanaya çox baş vurduğumdan, onların gönlərinə bələdəm. Həmin dövrə aid onlarla arxiv sənədi, memuar və digər materiallar olsa da, “kor tutduğunu buraxmır” misalındakı kimi korranıblar. Kor-koranə atılmış təxmini fərziyyələrin heç bir elmi nəticəsi olmayacaq. Deməli doğru, dürüst nəticəni təsdiq edək. Anası Nuşafərin xanımın kimliyi.
Nuşafərin xanım əslən Ayrım elindəndir. Ayrım eli Qərbi Azərbaycanın Türk tayfasıdır. Qacarlar dövlətinin İrəvan və Naxçıvan vilayətlərini itirdiyi 1828-ci il Türkmənçay müqaviləsindən sonra, Türk tayfalarının döyüş bacarığını dəyərləndirən vəliəhd Abbas mirzə, güzəştə gedilmiş torpaqların sakini olan bir sıra Türk tayfalarını, onlara mükafat kimi münbit torpaqlar və bol otlaqlar təklif edərək, Araz çayının güneyində yurd salmağa həvəsləndirdi. Onlardan biri də, Gümrü yaxınlığındakı irsi mülklərindən, Avacığa, Makunun qərbindəki mahala köçmüş Ayrım eli idi. Ayrım eli bəzi farsdilli ədəbiyyatda Ayrumlu adlanır.
Ayrım eli ən azı iki XIX yüzil səyyahı tərəfindən təsvir edilmişdir. Freyzer (A Winter’s Journey from Constantinople to Tehran, London, 1838. Səh. 327-328) və J. A. de Qobino (Trois ans en Asie de 1855 à 1858, Paris, 1922. Səh. 266-269) qeyd edirlər ki, onların başlıca kəndi Kilsəkəndidir. Ayrımların yaşadıqları digər kəndlər Qarabulaq, Pir Əhməd kəndi, Siyahçeşmə, Səngitəpə, Ərəb Dizəçi, Camalkəndi və Bəykəndidir. Onlar indi tamamilə oturaqdırlar.
Nəsrulla bəy Ayrım indiki Alaverdi bölgəsindən köçkün düşüb Maku xanlığının Avacıq kəndində butalanmışdı.
Nəsrulla bəyin Əli bəy, Əbülqasim bəy adlı oğlanları, Nuşafərin adlı qızı vardı. Onlar Makuda dolanışın çətin olduğunu görüb Tehrana daşınmışdılar. Böyük oğlu həkim, kiçik oğlu dərzi kimi çalışmışdı.
Mirzə Əli bəy əvvəlcə Naibəssəltənə Kamran mirzə Qovanlı-Qacarın şəxsi həkimi olmuşdu. Qacarlar dövlətinində hərbi və baş nazir kimi yüksək vəzifələr tutan Kamran mirzə Əli bəyə atasından xanlıq fərmanı almışdı.
Abbasəli xan (bəzi qaynaqlara görə Dadaş bəy) (1815-1878) Savadkuhda yavər (mayor) rütbəsində xidmət edirdi. O, Tehranda həkim işləyən Mirzə Əli xan Ayrımın yanına gəlib gedirdi. Bir müddət onun xəstəsi olmuşdu. Mirzə Əli xanın bacısı Nuşafərin xanım Abbasəli xanı (Dadaş bəyi) burda görüb könül vermişdi. Nuşafərin xanım Savadkuha, Alaşta gedəndən sonra, həm günü, həm qaynana tənə-təhnizindən çərlədi. Dürlü xəstəliklərə yaxalandı. Rza xan dünyaya gəldikdən sonra, az keçməmiş ərini itirdi. Oğlunu da götürüb Tehrana yollandı. Səngiləc məhəlləsində, Hacı İsmayıl xan Sərdari Vaqenin evində mənzil kirələdi. Qardaşları Əli xanın və Əbülqasim bəyin yardımı ilə keçindi. Onlardan sonra da qardaşı oğlu Nəsrulla xanın köməyi ilə güzəran sürdü.
Rza xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərinə bağlı Alaşt kəndində anadan olmuşdu. İran tədqiqatçılarının hələ də dəqiqləşdirmədikləri Abbasəli xan (Dadaş bəy) Rza xan 6 aylıq olmamış vəfat etmişdi. (Cyrus Ghani, Sirus Ghani. Iran and the Rise of the Reza Shah: From Qajar Collapse to Pahlavi. — p. 162.) Nuşafərin xanım Tehranda ərə getmişdi. Rza xan dayısı Əbülqasım bəyin evində yaşamışdı. Doktor Rza Niyazmənd “Rza şah əz təvəllüd ta səltənət” (Rza şah doğuluşdan şahlığadək) adlı kitabında yazır ki, Rza xan həmişə ona “Dayıcan” deyə müraciət edərdi. (Rza Niyazmənd, Rza şah əz təvəllüd ta səltənət, Tehran, 1387, s.54)
Əbülqasım bəy dərziliyi buraxıb İran Kazak briqadasına yazılmışdı.
1895-ci ildə Əbülqasım bəy 3-cü fövcün vəkil rastı (kiçik praporşik) idi. (Из тегеранского дневника полковника В. А. Косоговского. Издательство восточной литературы. М. 1960)
Əbülqasıım bəy Ayrım sonra naibi moin (kiçik leytenant) rütbəsi daşımışdı. İran Kazak briqadasında xidmət edərkən bacısı Nuşafərin xanımın oğlu Rza xanı öz övladı kimi böyütmüşdü. Bu nəcib insan heç vaxt Rza xana atasızlığını hiss etdirməmişdi. Tarixçilər onun kasıb olduğunu qeyd edirlər. Tehranın Səngiləc məhəlləsində kasıbyana bir evi olduğunu yazırlar. Kasıb olduğuna baxmayaraq, bütün qohum-əqrabasına həvəslə yardım edirdi. Bacısı Nabat xanıma və ailəsinə, əmisi qızı Nunuş xanıma və digərlərinin dolanışığına baxırdı.
Əbülqasım bəy Kazak briqadasında rütbəcə tərəqqi edib, sərhəng (polkovnik) olmuşdu. Bütün orduda “Sərhəng Əbülqasım bəy İrəvanlı” kimi tanınmağa başlamışdı. (Rza Niyazmənd, Rza şah əz təvəllüd ta səltənət, Tehran, 1387, s.55)
Əbülqasıım bəy Ayrım 12 yaşlı bacısı oğlu Rza xanı İran Kazak briqadasının məktəbinə gətirir. Məktəbə uşaqlar 14 yaşından götürüldüyündən onu qəbul etmirlər. İri gövdəli, canlı-başlı olduğundan kazarmada işə götürürlər. Kazakların çəkmələrini təmizləyir, paltarlarını yuyurdu. Boş vaxtalarında onlarla məşq edirdi. Axır ki, dayısı onu piyada kazak dəstəsinə qəbul etdirir.
Əbülqasıım bəy Ayrım dostu mirpənc Kazım ağaya yaxınlaşır ki, gəl, bu uşağı götür, öz dəstənə. Mənim bu dünyada ondan başqa bir kimsənəm yoxdur. Həm qarnı doyar, həm əyni sevinər. Sənə də savaba çatar. General Kazım ağa dünyanın yaxşı və rəhmdil adamlarından biri idi. Dostunun sözü ilə Rza xanı öz himayəsinə götürdü. (Rza Niyazmənd, Rza şah əz təvəllüd ta səltənət, Tehran, 1387, s.69)
Əbülqasıım bəy Ayrım Rza şahın səltənətinin orta illərində vəfat edib. (Məhəmmədtağı Məlikəşşüara Bahar, Əhzabi siyasiyi İran)
Rza xan ömrü boyu türk dilində, Ayrım ləhcəsi ilə danışırdı. Tədqiqatçı Stven Vard Rza xanın türkdilli ailədə doğulduğunu qeyd edir. (Stewen R. Ward. Immortal: A Military History of Iran and Its Armed Forces)
Bir çox tədqiqatçılar Rza xanın atasının da Qafqazdan gəldiyini yazırlar. Onlar Şah ordusunda xidmət etmişdilər. (Ervand Abrahamian. The iron fist of Reza Shah // A History of Modern Iran.)
Rza xan atasını görməmişdi. Tanımırdı və sevmirdi. Məsud Behnud “İn se zən” (Bu üç qadın) kitabında yazır ki, şahlığa yetişəndən sonra Rza xan ətrafı ilə Şah Əbdüləzim qəbrstanlığını gəzməyə çıxmışdı. Yaxınlarından biri ona yarınmaq üçün üstü təzə götürülmüş qəbri şaha göstərir:
-Qurban, bir bura baxarsanmı?
-Nə olub, bu kimdir?!
-Atandır, əlahəzrət!
-Ay onun goruna!..
Və bu qəbr yaddan çıxmışdı..
Bir çox sosioloqlar şəxsiyyətin formalaşmasında irsiyyətin rolunu inkar edirlər. İnsan xarakterinin formalaşmasında mühitin rolu böyükdür. Rza xan təmiz türk mühitində biçimlənmişdi.
Bəllidir ki, sоsiаl mühit əlverişli qurulduqdа, tənzim edildikdə şəxsiyyətin təbii imkаnlаrının аçılmаsınа, inkişаf etməsinə şərаit yаrаnır. Bunu qiymətləndirmədikdə neçə-neçə qаbiliyyəti оlаn insаn аdi ömür yаşаyır, оnlаrdа оlаn istedаd, qаbiliyyət inkişаf üçün özünə imkаn, sоsiаl şərаit tаpmаdığındаn qаpаlı qаlır. Əks halda parlayır...
Rza şah Pəhləvi İrəvanlıdır

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
14:26