Məmo bəy Mamai: Olu zülmətkədə bu Şişeyi-viran, getmə...

Qarabağ ədəbi mühitinə daxil olan bir sıra şairlər, ədəbi simalar ədəbiyyat tariximizdən kənarda qalmış, oxucuya tanıdılıb təqdim edilməmişdir. Bunlardan biri də Məmo bəy Məmaidir.
Məmo bəy Qarabağda, Şuşada tanınmış mamayevlər soyundandır. Bu soyun ulu babası Mamay bəydir. Mamay bəy Gürcüstan ağzında Dəmirçihəsənli nahiyəsində yaşamışdı. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Mamay bəyin törəmələri Mamayev soyadını daşıyırlar.
Mamay bəyin Abdulla bəy adlı oğlu vardı.
Abdulla bəy Mamay bəy oğlu Gürcüstan ağzında Dəmirçihəsənli nahiyəsində yaşamışdı. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi.
Abdulla bəy Pənahəli xan Sarıcalı-Cavamşirin təklifi ilə ailəsi və obası ilə birlikdə köçüb Qarabağda məskunlaşmışdı. Gürcüstan ağzından gələnlər bir ucu Xonaşın, bir ucu Muğana səpələnib, yurd tutmuşdular. Bu bölgə Dəmirçihəsənli mahalı adlandı.
Abdulla bəyin Şərif bəy adlı oğlu vardı.
Şərif bəy Abdulla bəy oğlu Qarabağın Dəmirçihəsənli mahalının Mamaylı obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi.
Hacı Şərif bəy ailəsi və obası ilə Şuşa şəhərinə köçmüş, Mamayı məhəlləsini bina etmişdi.
Hacı Şərif bəyin Məhəmməd bəy adlı oğlu vardı.
Məhəmməd bəy Hacı Şərif bəy oğlu Şuşa şəhərində doğulmuşdu. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul idi. Məkkəyi-mükərrəmi ziyarət еtmişdi.
Hacı Məhəmməd bəy Tükəzban xanımla ailə qurmuşdu. Əhməd bəy adlı oğlu vardı.
Əhməd bəy Hacı Məhəmməd bəy oğlu 1812-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla yanında təhsil almışdı. Ticarətlə məşğul idi. II gildaya tacir ünvanı almışdı. Məkkəyi-mükərrəmi ziyarət еtmişdi.
Hacı Əhməd bəy Fatı xanım İbrahimxəlil qızı ilə ailə qurmuşdu. Məhəmməd bəy, Yusif bəy adlı oğlanları, Hüsnücahan xanım, Tükəzban xanım, Səltənət xanım, Əziz xanım adlı qızları vardı.
II Məhəmməd bəy Hacı Əhməd bəy oğlu 1849-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Ailədə Məmo çağrıldığından bu adla tanınmışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa Müsəlman məktəbində oxumuşdu. Şair idi. Məmai təxəllüsü ilə incətəb şeir yazırdı. Xurşidbanu Natəvanın başçılıq etdiyi “Məclisi-üns” şairlər birliyinin üzvü idi.
“Məclisi-üns»də hərdən “Məclisi-fərəmuşan»ın üzülərindən də iştirak edənlər olurdu. Bir dəfə “Məclisi-üns»ün üzvləri Növrəsi Fatma xanım Kəminənin xidmətinə göndərərək onu məclislərinə dəvət edirlər. Növrəs Kəminənin hüzurunda namünasib söz dediyi üçün şairə incimiş və şair Məmo bəy Məmaini yanına çağırıb şikayətlənmişdir. (AƏİ, B – 1478, Əlyazma pərakəndə haldadır, səhifələnməmişdir.) Məmai də bu münasibətlə Növrəsə farsca bir şeir yazmışdır. “Məclisi-üns»ü xarakterizə edən Məmai şeirində yazır ki, “Məclisi-üns» bizim ali məclisimizdir. Hamıya hörmət göstərmək bizim borcumuzdur. Bura əhli-dil məskənidir. Korlar buraya gələ bilməzlər. Qafillərin bu məclisə yolu yoxdur.
Məmo bəy Məmai Fatma xanım Kəminəyə yüksək qiymət verərək bayram günü münasibətilə ona həsr etdiyi şeirində deyir:
Sənin şeirlərinin şirinliyibilirsənmi nədir?
Ləl dodaqdan süzülən ənnab şəkəridir.
O, sənətilə əlaqədar Rusiya, Orta Asiya, Türkiyə yə İranın bir çox şəhərlərini gəzmiş, aldığı təsssüratı, gördüyü şəxslərdən eşitdiklərini qələmə alaraq "Səyahətnamə" adlı əsər yazmışdır. Lakin həmin əsər hələlik əldə edilməmişdir.
Əsərlərini klassik üslubda, Azərbaycan və fars dillərində yazan Məmainin bədii irsindən xeyli nümunə qalmışdır.
Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,
"Məhfili-üns" sənin canına qurban, getmə.
Sən ilə gülşəni-ümmiddə güllər açılır,
Qönçə tək etməgilən, gəl, ürəyin qan, getmə.
Sən ilə cəm idi bu silsileyi-alinəsəb,
Etmə bu silsiləni bari pərişan, getmə.
Gər tulu etməsə Xurşid camalın bir dəm,
Olu zülmətkədə bu Şişeyi-viran, getmə.
Olmasın nərgisi-bimarın bu dəm bimar,
Qılma bu dideyi-giryanımı giryan, getmə.
Yetsə hər dərd sənə ver məni-məhzunə onu
Kim, sənin dərdin olur dərdimə dərman, getmə.
Ziynəti-bəzmi-məhəbbətdi sənin göftarın,
Olma xamuş ki, xamuş olu yaran, getmə.
Məmo bəy Məmai 1918-ci il hadisələrinə həsr olunan şeirdən bir parça.
Rumdan Qafqaza üz qoydu axır daşnaqiyun,
Düşdü ortalığa aşübü bəla, fitnə, cünun,
Bu qədər qanlara bais onlar oldu əknun,
O axan qan, o gedən canlara əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Şimdi aləm yığışıb səy edər azad olsun
Ki, gərək bir-birinə xalqdan imdad olsun,
Qalmasın zülmü sitəm, evləri abad olsun,
Bu qədər zülmü sitəmlər olub, əfsus olsun,
Bizi məyus edən dəhrdə məyus olsun.
Məmo bəy Məmai gözəl xəttat idi.
Məmo bəy Məmainin 1874-cu ildə Şuşa şəhərində tərtib еtdiyi cung Əlyazmalar institutunda saxlanılır. (B-724). Buraya, əsasən, Qarabağ şairlərindən Fatma xanım Kəminə, Əbdussəməd bəy Aşiq, Məhəmmədəli bəy Məxfi, Xurşidbanu bəyim Natəvan, Mir Möhsün Nəvvab və s-nin şеirləri daxil еdilmisdir. Bu nüsxənin qiymətli cəhəti kitabda Məmanın qеydlərinin və qədim sozlər lüğətindən оlmasıdır.
Məmo bəy Məmai 1918-ci ildə Şuşada vəfat etmişdir.
Məmo bəy Xeyrənsə xanım Əsəd bəy qızı Haqverdiyeva ilə qurmuşdu. Əhməd bəy, Fərman bəy, Hüseyn bəy, Xosrov bəy adlı oğlanları, Tükəzban xanım, Fatma xanım adlı qızları vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
12:53