Əksər mədəni dünya xalqlarında olduğu kimi, Azərbaycan ədəbiyyatında da XIX əsr görünməmiş sürətli inkişaf, humanist ideallara, maarifçiliyə doğru dönməz bir yürüş, ağılın hakimiyyətini əsaslandırmağa ilk ciddi cəhd dövrü kimi özünü büruzə verir. Xüsusən Azərbaycanın Şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonra, bu tarixi prosesin bütövlükdə mürtəce, müstəmləkəçi mahiyyətinə baxmayaraq, ədəbi-mədəni inkişafda cənubla müqayisədə müəyyən irəliləyişlər müşahidə edilir. Bu dövrün ədəbi simaları arasında Hacı Abbas Ağahın da öz yeri var.
Hacı Abbas Ağah Şuşada, Qarabağda məşhur olan hüseynovlar soyuna məxsusdur. Bu soyun ulu babası Hüseyndir. Hüseyn XVIII yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərinin Saatlı məhəlləsində yaşamışdı. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Hüseyn Gülpəri ilə ailə qurmuşdu. Məmmədhəsən, Məhərrəm adlı oğlanları vardı.
Kərbəlayı Hüseynin ikinci oğlu Məhərrəm 1809-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Məhərrəmin Şuşa şəhərində karvansarası vardı. Tarixçi Baharlı yazır: “Bir qitə karvansara - timçəli. Hacı Məhərrəm təmir edib. Əvvəlinci karvansara budur və günbəgün abaddır. Bunun timcəsinin xərci vəqfdir ki, hər il on gün məhərrəm həmən timcədə təziyeyi imam Hüseyn saxlarlar. Onun mədaxilini imam ehsanı edərlər”. (Qarabağnamələr, II kitab, Bakı, "Yazıçı", 1991)
Hacı Məhərrəm 1858-ci ildə vəfat edib.
Hacı Məhərrəm Bacıxanım və Xədicə Molla Qədim qızı ilə ailə qurmuşdu. Abbas, Məmməd adlı oğlanları, Şəkər, Zibeydə adlı qızı vardı.
Abbas Hacı Məhərrəm oğlu 1841-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Ticarətə məşğul olmuş, II gildiya dərəcəsini almışdı.
Hacı Abbas Şuşa ədəbi mühitində tanınmış şairlərdən idi. Agah təxəllüsü ilə ruhsar şeirlər qələmə alırdi. Şəhərdə fəaliyyət göstərən "Məclisi-üns” ədəbi məclis onun evində qərar tuturdu.
Mir Möhsün Nəvvab onun haqqında yazır: “Hacı Abbas rəhmətlik Hacı Məhərrəmin oğlu Qarabağın Şuşa əhalisindəndir, orada da anadan olub. Yaşı təqribən 56-57 olar. Karvansaraları və dükanları var. “Məclisi-üns”ün üzvlərindən biridir. Çox vaxt farsca və Azərbaycanca qəzəllər, qəsidələr, tərci-bənd məsnəvilər və sairə yazır. Bəzi məsnəviləri mənim “Məclisi-üns”lə sual-cavabım əsasında yazılıb. Ancaq divanı yoxdur, şeirləri pərakəndədir. Təxəllüsü Agahdır. İşlərində çox ləng və ağır tərpənəndir. Belə ki, kağız göndərmişdim ki, şeirlərindən seçib, öz dəsti-xətti ilə bu təzkirəyə köçürsün. Məni bir il məəttəl qoydu. Mən təkrar və təkid eləməkdən yoruldum. Axır əlacsız qalıb aşağıdakı şeirləri yazdım.
1310-cu il rəbbi-ül əvvəl ayı (1910 miladi)”. [Mir Möhsün Nəvvab, Təzkireyi-Nəvvab, Bakı, “Azərbaycan”, 1998, səh.370].
Arizin görmək ilə tərk-i dil ü can etdim,
Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Tərk-i can eyləyibən hüsnünə mayil oldum,
Oəmü dərdini könül şəhrinə mehman etdim.
Küfr-i zülfün buraxıb dil, yüzünə mayil olub,
Şükrlillah kim, onu tazə müsəlman etdim.
Vəsl-i rüxsarını bu xəstə könül istər ikən,
Zövq-i müjkanını dil dərdinə dərman etdim.
Yetməyə ol xət-i rüxsarın üçün qərd-i rəhin,
Didədən əşq sər-i kuyinə əfşan etdim.
Müxtəsər olmadı, unvanı mütəvvəl yazdım,
Zülfünün şərhini sərdəftər-i divan etdim.
Küfr-i zülfünlə tutub üns könül müddətdir,
Ol səbəb tərk-i rəh-i din ilə iman etdim.
Görəli gün kimi rüxsarını min izzət ilə,
Gətirib mehrini dil mülkünə sultan etdim.
Agahı tərk eləyib qeyri ilə tutdun ülfət,
Bivəfa yar, səninlə belə peyman etdim?
Hacı Abbasın böyük kitabxanası vardı. Bu kitablardan biri Mirzə Əbülhəsən xan Elçiyə aid idi. Mirzə Əbülhəsən xan ibn Mirzə Məhəmmədəli xan Tair Şirazi h.1192 (=1778)-ci ildə anadan olmuş, h.1247 (=1831)-ci ildə Kirmanşahda taun xəstəliyindən vəfat etmişdir. O, məşhur siyasətçi, Ağaməhəmməd şah Qacarın və Fətəli şahın vəziri İbrahim xan Etimadüddövlənin bacısı oğludur.
Divanın həmin nüsxəsi ağ, saya vərəqlərə injə nəstəliq-şikəstə xətti ilə iki sütunda, qara mürəkkəblə yazılmışdır (ölçüsü: 12x20 sm., həjmi: 218 vərəq). Qəhvəyi rəngli medalyonlu cildi vardır. Əlyazmaya qəsidə, qitə, qəzəl, rübai və fərdlər daxil edilmişdir. Paleoqrafik xüsusiyyətlərinə görə XIX əsrdə köçürüldüyü ehtimal olunur.
1a vərəqindəki qeyddən məlum olur ki, əlyazma Şuşada h.1332 (=1913)-ji ildə istehsal olunmuşdur. Abidədə Bəhmən mirzənin qeydləri və üzərində «Bəhmən ibn Naibüssəltənə Abbas mirzə Qacar» sözləri olan möhür, Abbas ibn Hacı Məhərrəmə məxsus qeyd və möhür də vardır.
Hacı Abbas Ağah: “Məclisi-üns”ün yiyəsi..

Hacı Abbasın Əli adlı oğlu vardı.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
16:57