XIX əsrdə Şuşa şəhər əhalisinin sosial tərkibi kifayət qədər öyrənilməmişdir. Belə ki, XIX əsr müəllifləri əsərlərində əhalinin sosial tərkibinə lazımi əhəmiyyət verməmiş, habelə dövrün dövlət məmurları da bu istiqamətdə statistik qeydləri aparmamışdılar ki, bu da məsələnin həlli üçün böyük çətinlik törədir. Bununla belə, ilk mənbələrdə və tarixi ədəbiyyatda təsadüf etdiyimiz son dərəcə məhdud materiallar əsasında Şuşa şəhər əhalisinin sosial tərkibini aşağıdakı kimi təqdim etmək olar: dörd təbəqədən ibarət olan ali zümrə-hərbi əyanlar, mülki bürokratiya, ali ruhanilər, iri və kiçik torpaq sahibləri; ticarətlə məşğul olan iri, orta və kiçik tacirlər; şəhərlərin başlıca istehsalçıları olan sənətkarlar; şəhərətrafı torpaqları becərənlər və heyvandarlıqla məşğul olanlar; günəmuzd fəhlələr və digərləri. Bizim qəhrəmanımız Hacı Qulu tacir zümrəsinə aid idi.
Hacı Qulunun atası Məhəmmədəlidir. Məhəmmədəli təxminən 1763-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin məiyyətində idi.
Məhəmmədəli Hürü ilə ailə qurmuşdu. Qulu, Abbas adlı oğulları vardı.
Qulu Məhəmmədəli oğlu 1792-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət etmişdi. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müqəddəsi ziyarət etmişdi.
Ədəbiyyatşünas Bəylər Məmmədov onun haqqında yazır: “Qarabağın məşhur tacirlrindən olan Hacı Qulu Qasım bəy Zakirlə, Cəfərqulu xan Nəvayla, Xurşidbanu Natəvanla bir dövrdə yaşamış, əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplamışdır. Vaxtilə onun Şuşada tikdirdiyi əzəmətli saray öz memarlıq üslubu və milli koloriti ilə indi də tamaşaçılarda heyrət doğurmaqdadır. O, qazanc mənbəyi kimi, əsasən, icarədarlıqdan və podrat üsulundan istifadə edə bilmiş, iqtisadiyyatda qənaət metoduna üstünlük vermişdir. Hacı Qulunun zirəkliyi, hazırcavablığı və xəsisliyi haqqında yaranan lətifələr, məsəllər və səhnəciklər bu gün də xalq arasında yaşayıb yayılmaqdadır. Qasım bəy Zakir şeirlərinin birində Hacı Qulunun tacir təbiətinə gülərək yazırdı:
Nəinki cənabi Hacı Qulu tək,
Xanın bostanının növbəri gəlcək,
Zorlayıb yaxşısın evə göndərə,
Çarığın-çuruğun təhvilə verə”. [Bəylər Məmmədov, Qarabağın baməzə adamları, Bakı, “Yazıçı”, 1992, səh. 35.]
Böyük şairin yazdığı kimi Hacı Qulu Cəfərqulu xana xidmət edərkən xeyli vəsait əldə etmişdi. Qasım bəy Zakir başqa bir şeirində Cəfərqulu xan Nəvaya yazırdı:
Cəfərqulu xana
Hacı Qulu səndən, ey taci-sərim,
Ziyadə-ziyadə xürrəm olubdur!
Söz veribdir sizə Qruzenştern,
Poçotniklik işi möhkəm olubdur.
Dünən güzar etmiş idi bu yana,
Çox söhbət eylədi Süleyman xana,
Guya bu mücdədən olub divana,
Papaq və saqqalı püfhəm olubdur.
Həmişə sizlərdən eylərdi qeybət,
Deyərdi, verməzsiz qədrinə qiymət.
Hanı onda indi əvvəlki halət?
Bi əcaib məddah adəm olubdur!
Bundan əqdəm on put qədri həlviyat,
Mir pəncəyə sizdən olubdur sövqat.
Döşüyəndə Hacı Quluya qat-qat,
Nisfindən artıcaq, bil, kəm olubdur!
Dedi: “Gərçi etdim onda bu işi,
İndi dəyişmişəm belə rəvişi.
Mən olmuşam xana ixlaslı kişi,
Köhnə niyyətlərim bərhəm olubdur”.
Pənah xan nəslindən dəxi bir adəm,
Tövbə etdi, aldatmayam dəmadəm.
Haciyi-möhtərəm, ey qibləgahəm,
Guya İbrahimi-Ədhəm olubdur!
Bundan belə olsun sizə bəşarət,
Hacı olub indi əhli-kəramət.
Gərək ola ona hər yerdə hörmət,
Cənabi-dövlətdən əkrəm olubdur!
Qruzenşternə sizdən bir namə,
Gərəkdir yazıla, yetə əncamə.
Yəqindir yetirir işin itmamə,
Zəxminə vədəsi mərhəm olubdur!
Bəylər Məmmədov Hacı Qulunun adı ilə bağlı olan folklor nümunələrini toplayıb öz kitabında nəşr etdirmişdir. Həmin örnəklərdən:
Sənə ki, pul çıxar
Neçə gün idi ki, Hacı Qulu qapısında su quyusu qazdırırdı. Bir gün quyunun yanına gəlib, işin nə yerdə olduğunu öyrənmək istədikdə, kənkan deyir:
Hacı, bu quyudan sənə su çıxmaz!
Hacı Qulu cavabında deyir:
Eybi yox, mənə su çıxmasa da, sənə pul çıxar!
Rzaquluya bax, şükr eylə
Şuşada ən dövlətli şəxs Hacı Qulu, ən kasıb adam isə cır-cındır paltarla su daşıyan yetim Rzaqulu hesab edilirdi. Bir gün söhbət əsnasında Hacı Quluya deyirlər ki, sənin adın çəkilərkən camaat dərindən köks ötürür. Hacı Qulu cavabında həmin adamlara belə məsləhət görür:
Çox nahaq yerə, qoy camaat Hacı Quluya baxıb ah çəkincə, Rzaquluya baxıb şükr eləsin!
Qaşıq
Hacı Qulunun çoxdan bəri işlətdiyi bir taxta qaşığı görən qonşusu, belə sınıq, əldən getmiş qaşığı saxlamaq üstündə Hacını məzəmmət edəndə, Hacı bunu bəhanə gətirir:
-Qaşığı çoxdan atardım, amma indiyə qədər öz canına çəkdiyi yağa heyfim gəlir.
Qazanc yolu
Bir dəfə dostları Hacı Quluya deyirlər: “Ay Hacı, bəzi adamlar maraqlanıb soruşurlar ki, görəsən Hacı bu qədər var-dövləti, cah-calalı necə qazanıbdır”? Hacı Qulu bir qədər qımışıb, hiyləgərcəsinə gülümsədikdən sonra:
-Bunu çoxları məndən xəbər alırlar. Cavabı isə sadədir, - deyir. – Əgər onlar varlanmaq istəyirlərsə, gərək mənim haqqımda az düşünlər. Çünki hər dəfə baş sındırıb fikirləşdikcə gec yatmalı, neft işlədib çıraq yandırmalı, odun yarıb ocaq qalamalı, səhər də yuxudan gec durmalı olurlar ki, bu da izafi xərcdir. Bu cür israfçılığın əvəzində tezdən durub iş dalınca qaçsalar, yəqin ki, onlar da dövlət sahibi ola bilərlər.
Ucuz nökər
Bir gün Hacı Qulu oğlunu öyrədib bazara göndərir ki, ucuz qiymətə işləyən bir nökər tapsın. Oğlu da xeyli axtarıb arayandan sonra az maaşla işləməyə razı olan nökər tutub evə qayıdır. O, atasına şad xəbər verir ki, bəs istədiyin nökər tapılıb. Hacı Qulu tezcə oğlundan soruşur:
Bala, de görüm, ayı neçəyə danışmısan?
Oğlu sevinclə cavab verir:
Ata, ayı səkkiz manata, yeməyi də özündən.
Hacı Qulu başını bulaya-bulaya narazılığını bildirir:
Yox, oğul, bir az bahadur. Gərək sən bizim yeməyimizi də ora əlavə edəydin.
Pul çatdı
Cavan bir oğlan Hacı Quluya yaxınlaşıb, bir aylığa ondan 25 manat borc istəyir. Hacı Qulu oğlanın sağlam vücuduna baxıb belə qərara kəlir ki, hələ pulu verməmiş onu bir qədər işlətsin. Həyətdəki un tayını oğlana göstərib deyir:
Oğul, zəhmət olmasa bu kisələri götür, qoy anbara.
Oğlan tapşırığı yerinə yetirəndən sonra xahiş edir ki, qatırların yükünü alsın. Oğlan bu işi də görüb qurtarmağa yaxın Hacı başqa sifariş verir ki, bəs o nərdivanı də damın üstünə qaldırsan. Cavan oğlan görür ki, Hacı bu minval ilə onu axşama qədər işlədəcək. Odur ki, oradan yayınıb gedir. Hacı neçə gündən sonra oğlanla rastlaşarkən Hacı Qulu deyir:
Ay oğul, niyə gəlib o əmanəti aparmadın?
Cavabında oğlan rişxəndlə: - Hacı, narahat olma pul çatdı – deyir.
Ağır dərd
Dost-tanışların biri Hacı Qulunu pərişan görüb soruşur:
Ay Hacı, niyə məyus-məyus cavab verir:
- Axı nə bəla üz verib ki? – deyə dostu yenə də təkidlə xəbər alır.
- Nə olacaq? İki siçan dadanıb dükana, hərəsi gündə beş dənə buğda yesə, gör indi ayı neçəyə düşür.
Can deyil ha
Hacı Qulu malının, canının və dükanlarının salamatlığı üçün hər ay qeyri-rəsmi şəkildə pristava pul verirmiş Bir gün pristav özü pulu Hacıdan almağa vaxtı çatmadığındam dalınca başqa adam göndərir. O da pristavın sifarişini Hacı Quluya yetirir. Hacı çox əzab-əziyyətdən sonra əlini daıla uzadıb pul götürür və saydıqca əlləri başlayır əsməyə. Kənardan Hacıya göz qoyan adam:
Hı, Hacı, nədir, pul sayanda əllərin titrəyir?! – deyə zarafatla Hacıya sataşır.
Hacı isə pul saya-saya cavab verir:
- Ədə, əllərim əsməsin neyləsin, puldur ey bu, can deyil ha, verəsən! [B. Məmmədov, gös. əsər, səh.35-38.]
***
Demək olar ki, külli Qarabağda Hacı Qulunu tanımayan olmayb. Bir gün Hacı ev tikdirmək üçün bir neçə usta çağırır. Onlar qiymət üstündə çəm-xəm, çənə-boğaz edirlər. Mübahisənin qızğın yerində oğlu Hacıya yaxınlaşıb, bazara gedəcəyini bildirir. Hacı ona bir neçə şeylə yanaşı yumurta almağı tapşırır. Söhbət əsnasında cibindən bir həlqə çıxarıb, oğluna uzadır:
-Bala, al bu halqanı, hansı yumurta halqadan keçməsə, onu alma.
Ustalar bir-birinə ima-işarəynən baxışırlar. Deyirlər çətin bu xəsis, qırnaz adamdan haqq alalar. Çənə-boğazı buraxın gedək. Başlayırlar dillərini sürüməyə.
Dünyagörmüş hacı onları xatircəm edir:
-Ay mənim əzizlərim, alver başqa işdi, ev tikmək başqa iş. Oğlum hələ gəncdir. Alverin yol-yolağasını bilmir. Bu halqaynan demək istəyirəm ki, ay oğul, onu bil ki, ticarət bir məktəbdi, gərək hər şeyə, hətta yumurtaya da diqqət yetirəsən. Pul qazanmaq asan, xərcləmək çətindi. Yumurta burda vasitədi. Mən oğluma pul xərcləmək dərsini öyrədirəm. Siz evi tikməkdə olun...
***
Hacı Qulu mesenat idi. O, qardaşı Məşədi Abbasla birlikdə Bakı Qız məktəbinin nəfinə 4.000 manat ianə vermişdi.
Hacı Qulunun törəməsi Quliyev soyadını daşıyırlar.
Hacı Qulu Sənəmlə ailə qurmuşdu. Əbdüləli, İbrahim, Mustafa adlı oğulları, Bədir, Dürnisə adlı qızları vardı. [ARDTA, fond 10, siyahı 1, iş 81, vərəq 122.]
Hacı Qulu Qarabaği: Əhvalati-mərdi-xəsis

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
12:27