Əhəd Qarabağda, Şuşada tanınmış bağırovlar soyundandır. Bu soyun ulu babası Məhəmməd Qarabağidir. O, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şuşa şəhərində yaşamışdı. Hacı Əmiraslan bəyin rəiyyəti idi. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi.
Hacı Məhəmməd Tükəzlə ailə qurmuşdu. Bağır, Rza adlı oğlanları vardı.
Bağır Hacı Məhəmməd oğlu 1810-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Hacı Əmiraslan bəyin kürəkəni, Mirzə Qasım bəyin rəiyyəti idi. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi.
Hacı Bağırın törəmələri Bağırov, Bağırzadə soyadını daşıyırdılar.
Hacı Bağır Hacı Tükəz xanımla ailə qurmuşdu. Əbutalıb, Hacıməmməd, Kərim, Allahverdi adlı oğlanları, Güllü xanım adlı qızı vardı.
Hacı Bağırın üçüncü oğlu Kərim 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi.
Hacı Kərim Mahtəban xanım Hüseyn bəy qızı Hacıyeva ilə ailə qurmuşdu. Mütəllib, Rüstəm, Zülfiqar adlı oğlanları vardı.
Hacı Kərimin üçüncü oğlu Zülfüqar 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa şəhər məktəbini bitirmişdi. Ticarətlə məşğul idi. Şuşa şəhərinin Təzəməhəlləsində xeyriyyəçiliklə məşğul olmuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Zülfüqar Dürnisə xanımla ailə qurmuşdu. Əhəd, Nüsrət, Adil adlı oğlanları vardı.
Əhəd Zülfiqar oğlu Bağırzadə 10 iyun 1913-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Ailəliklə Qaryagin (indiki Füzuli) şəhərinə köçmüşdülər. Qalalılar məhəlləsində məskunlaşmışdılar. Əhəd Bağırzadə orta məktəbi Qaryagində tamamlamışdı. Sonra Bakı Pedaqoji Texnikumunu (1930) və Sov.İK(b)P yanında Ali Partiya Məktəbini (1948) bitirmişdi. Pedaqoji fəaliyyətə Xaçmaz rayonunun Yalama kənd məktəbində başlamışdı. “Nümunəvi sinif və dəstə uğrunda” Ümumittifaq yarışında birincilik qazanmış və ÜİLKGİ-nin birinci katibi A.Kosarevin qəbulunda olmuşdu. Gənc pedaqoqun iş təcrübəsi İttifaq miqyasında bəyənilmiş və bütün ölkədə yayılmaq üçün tövsiyyə edilmişdi. Bu uğurlu işinə görə o, irəli çəkilərək bir müddət Azərbaycan LKGİ MK-nın Mərkəzi Pioner Bürosunda məktəb bölməsinin müdiri (1931-1934), komsomolun Bakı komitəsində pionerlər şöbəsi müdirinin müavini (1934-1937), Azərbaycan LKGİ MK-nın məktəbli-gənclər şöbəsinin müdiri (1937-1940), eyni zamanda komsomolun Mərkəzi Komitəsi nəzdindəki pedaqoji sahə üzrə instruktiv düşərgənin rəis müavini (1934-1936), “Pioner” jurnalının baş redaktoru (1936-1940) vəzifələrində çalışmışdı.
Əhəd Bağırzadə İkinci Dünya müharibəsi başlananda oxuduğu ali partiya məktəbində təhsilini yarımçıq qoyub, könüllü olaraq cəbhəyə yollanmış, Moskva yaxınlığındakı döyüşlərin birində ağır yaralanaraq arxa cəbhəyə göndərilmişdi. 1941-1944-cü illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Partiya Komitəsinin katibi olmuş, 1944-1945-ci illərdə Tehranda Sovet səfirliyinin mədəniyyət evinə və Təbriz Mədəniyyət Mərkəzinə rəhbərlik etmişdi.
Əhəd Bağırzadə 1946-cı ildə Bakıya qayıtmış, Azərbaycan SSR Kinematoqrafiya Komitəsi sədrinin müavini (1947-1949), Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi (1949-1951), Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatının direktoru (1951-1955) vəzifələrində işləmişdi. Sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş (1955-1962), M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda Sov.İKP tarixi kafedrasına rəhbərlik etmişdi (1962-1985).
Əhəd Bağırzadə “Azərbaycan komsomolu 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə Kommunist Partiyasının sədaqətli köməkçisidir” (1958) və “Azərbaycan Kommunist Partiyası Böyük Vətən müharibəsi illərində (1941-1945) respublika ziyalılarının yaradıcı qüvvələrinin təşkilatçısıdır” (1970) mövzularında namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdi. İstedadlı alim gənclərin kommunist tərbiyəsi məsələlərinin tədqiqində, respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, uzun müddət Azərbaycan Pioner Təşkilatı Veteranları Şurasının sədri olmuş, “Azərbaycan pioneri” qəzetinin ilk nömrələrinin çıxmasında yaxından iştirak etmişdi.
Əhəd Bağırzadə 170 elmi məqalənin, 17 monoqrafiya və broşuranın, o cümlədən, “Azərbaycan pioner təşkilatının tarixi (1922-1940-cı illər)”, “Gənclərin vətənpərvərliyi”, “Azərbaycan komsomolu Böyük Vətən müharibəsi illərində”, “Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində” kitablarının müəllifidir. “Moskvanın müdafiəsinə görə”, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”, “Şərəfli əməyə görə”, “S.İ.Vavilov adına elmi biliklərin təbliğinə mühüm töhfə”, Qələbənin 20 və 40 illiyi medalları, dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmiş, “Azərbaycan SSR gənclərinin əməkdar hamisi” fəxri adına layiq görülmüşdü.
Əsərləri
Bağırzadə, Əhəd Zülfiqar oğlu. Sov. İKP XXVI qurultayının ümumdünya tarixi əhəmiyyəti; AzSSR "Bilik" Cəmiyyəti, Bakı , 1982
Bağırzadə, Əhəd Zülfiqar oğlu. V. İ. Lenin Sovet Sosialist Respublikaları İttifaqının təşkilatçısıdır; AzSSR "Bilik" Cəmiyyəti, Bakı, 1982.
Bağırzadə, Əhəd Zülfiqar oğlu. Qəhrəman gənclik, Bakı : Gənclik , 1983.
Əhəd Bağırzadə haqqında sinif yoldaşı, yazıçı İlyas Əfəndiyev 1983-cü ildə “Duyğuların estafeti” adlı xatirə yazmışdı. Həmin xatirədən bir hissəni oxuculara təqdim edirik.
«Bizim görkəmli alimlərimizdən olan tanınmış tarixçi dostum, professor Əhəd Bağırzadə haqqında düşünərkən, uzaq uşaqlıq illərimiz yadıma düşür. Biz Qaryagin (indiki Füzuli) şəhərində ibtidai məktəbdə oxuyurduq. Əhəd mənə nisbətən şən, uşaqlarla oynamağı sevən, lazım gələndə, öcəşməyi, dalaşmağı, vuruşmağı bacaran bir oğlan idi. Mən isə, uşaqlarm səs-küylü oyunlarından, zarafatlarından həmişə kənarda, çox zaman da tək-tənha gəzibdolanardım. Kim bilir, bəlkə Əhədlə məni bir-birimizə yaxınlaşdıran, dost eləyən də elə xasiyyətlərimiz arasındakı bu ayrılıq idi. Bəlkə də, elə buna görə, Əhədin mənimlə münasibəti başqa uşaqlarla münasibətindən fərqli idi. Onlarla həmişə ötkəm, bəzən də təhdidlə danışan bu xurmayı-saçlı, alagöz oğlan nə üçünsə mənimlə mehriban, səmimi, necə deyərlər, incə rəftarlı olurdu. Bizim dostluğumuzda lirik bir ahəng vardı.
Qarabağda bahar həmişə coşğun gəlir. Fevralın axırlarında qarın içindən nərgiz baş qaldırır, Novruz bayramına yaxın kolların dibində bənövşələr açır, daha sonra ağ ləçəkli çobanyastığı, sarı qatırdırnağı çiçəkləri, qıpqırmızı lalələr görünür. Apreldə, mayın əvvəllərində ağ, sarı, qırmızı, fıruzəyi çiçəklərlə dolu yaşıl otlar dizə qədər qalxır. Zəmilər bahar yağışı altında xəfif küləklə dalğalanır. Biz - iki kiçik dost dərsdən sonra bu çöllərdə yemlik, quşəppəyi, quzuqulağı yığıb yeyə-yeyə söhbət edirdik”. (http://ilyasafandiyev.musigi-dunya.az/gotovie_knigi/hetireler/duyuglarin_estafeti/files/publication.pdf)
Əhəd Bağırzadə 10 oktyabr 1985-ci ildə Bakı şəhərində vəfat edib.
Əhəd Bağırzadə: duyğular işığında..

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
11:33